Главная > Təhsil > “Ölkəmizi tanıyaq“ tur- aksiya iştirakçıları arasında inşa müsabiqəsi

“Ölkəmizi tanıyaq“ tur- aksiya iştirakçıları arasında inşa müsabiqəsi


. Разместил: admin44
"Ölkəmizi tanıyaq" tur- aksiya iştirakçıları arasında inşa müsabiqəsi

Masallı şəhər 4 nömrəli tam orta məktəbində “Ölkəmizi tanıyaq“ maarifləndirici tur-aksiyasında iştirak etmiş rayon məktəbliləri arasında “Doğma yurdum Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.
Şagirdlər inşa yazılarında “Ölkəmizi tanıyaq” tur-aksiyası barədə təəssüratlarını əks etdiriblər.
Müsabiqədə Binə-Xocavar kənd tam orta məktəbinin IX sinif şagirdi Nemət Rufullalı birinci, şəhər 4 nömrəli tam orta məktəbin XI sinif şagirdləri Təranə və Kəmalə Abbasova bacıları müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.
40 şagirdin qatıldığı inşa yazı müsabiqəsinin nəticələrinə əsasən ilk üç yeri tutan məktəblilərə Masallı Rayon Təhsil Şöbəsinin Fəxri fərmanları təqdim edilib.
Qeyd edək ki, ölkə rəhbərinin təşəbbüsü ilə reallaşan “Ölkəmizi tanıyaq” devizi ilə Masallı məktəbliləri 8-ci maarifləndirici tur-aksiya çərçivəsində 11-14 noyabr 2017-ci il tarixdə Gəncə-Şəmkir-Göygöl rayonlarında olublar.

                                                                                                                          "Yeni həyat",
                                                                                                                    www.Yeniheyet.az
Вернуться назад