Главная > Təhsil > Masallıda onlayn qaydada keçirilən yarışların qalibləri mükafatlandırılıb

Masallıda onlayn qaydada keçirilən yarışların qalibləri mükafatlandırılıb


. Разместил: admin44
Masallıda onlayn qaydada keçirilən yarışların qalibləri mükafatlandırılıb 

Masallı Rayon Gənclər və İdman İdarəsində xüsusi karantin rejimi günlərində onlayn qaydada keçirilən “Nə? Harada? Nə Zaman?”, “Breyn-rinq”, “Xəmsə” intellektual oyunlarının və “Foto Mən” müsabiqəsinin qalibləri mükafatlandırılıb.
“Nə? Harada? Nə Zaman?” intellektual oyunu üzrə rayon birinciliyinin qalibləri “Therion”, “Big-Bang” və “New Graduates” komandalarının üzvləri olub.
Fərdi qaydada keçirilən “Breyn-rinq” intellektual oyunu üzrə qalib adını Şamxal Cəbiyev, Qadir İbrahimov və Murad Xəlilov qazanıb.
“Xəmsə” intellektual oyununun qalibləri isə Şamxal Cəbiyev, Toğrul Teymurlu və Nicat Baxşıyev olub.
“Foto Mən” müsabiqəsinin qalibləri adına Abı Bağırov, Səbinə Zahidova və Qulamhüseyn Kərimov layiq görülüb.
Qaliblər rayon gənclər və idman idarəsinin diplomları, kubok və hədiyyələrilə mükafatlandırılıb.
 
“Yeni həyat”,
www.yeniheyet.az
Вернуться назад