• In Masally very hard-working, patriotic and true citizens of Azerbaijan live...
  • Heydar Aliyev
  • AZ
  • RU
  • » » Bakıda Azərbaycan Gənc Alimlərinin I Qurultayı keçirilib

    Bakıda Azərbaycan Gənc Alimlərinin I Qurultayı keçirilib



     Bakıda Azərbaycan Gənc Alimlərinin I Qurultayı keçirilib


    Dekabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bu qurumun, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Gənc Alimlərinin I Qurultayı keçirilib.
    Qurultay iştirakçıları əvvəlcə Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.
    Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
    Qurultayın açılış mərasimindən əvvəl Azərbaycan gənc alimlərinin son illər əldə etdiyi nailiyyətlərdən ibarət sərgiyə baxış olub. Sərgini ziyarət edənlərə AMEA-nın institut və təşkilatları, regional elmi bölmə və mərkəzləri üçün ayrılmış guşələrdə gənc alimlərin tədqiqatları, həyata keçirdikləri innovativ layihələr və əldə etdikləri elmi nəticələr barədə ətraflı məlumat verilib.
    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.
    AMEA-nın prezidenti, akademik Akif Əlizadə Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamına əsasən təşkil olunan qurultayın əhəmiyyətindən danışıb. O, Dövlət Proqramının gənclər siyasətini daha səmərəli həyata keçirmək, cəmiyyətin sosial-iqtisadi, mədəni-mənəvi həyatında fəal iştirak edən gənclərin innovativ potensialını üzə çıxarmaq, gənc nəslin sağlamlığını qorumaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək kimi hədəflər müəyyənləşdirdiyini diqqətə çatdırıb.
    Akademik Akif Əlizadə müasir Azərbaycan elminin qarşısında duran vəzifələr, elmin müxtəlif sahələrinin inkişafına gənclərin verdiyi töhfələr və innovativ fəaliyyət sahələrində əldə olunan nailiyyətlərdən bəhs edib. Müasir dövr və onun sosial-siyasi reallıqlarının, dünyanın yeni çağırışlarının intellektual gənclik qarşısında bir sıra mühüm vəzifələr müəyyənləşdirdiyini söyləyən AMEA-nın prezidenti bildirib ki, akademiyada gənclərin intellektual potensialının inkişafı, daha geniş miqyasda elmi fəaliyyətə cəlb olunması, biliklər cəmiyyətinin qurulmasında onların rolunun artırılması istiqamətində görülən işlər əvəzsizdir.
    Ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən danışan gənclər və idman naziri Azad Rəhimov bildirib ki, rəhbərlik etdiyi qurum yeniyetmə və gənclərin elmə maraqlarının artırılması istiqamətində bir sıra layihələr həyata keçirir. Belə ki, “İstedadların hazırlığı laboratoriyası” layihəsi artıq beş ildir ki, həyata keçirilir. Layihə riyazi düşüncəyə malik məktəblilərin üzə çıxarılmasında mühüm rol oynayır. Bu illər ərzində 8 min yeniyetmə fizika, riyaziyyat və kimya üzrə olimpiadada iştirak edib. Qaliblər artıq beynəlxalq fənn olimpiadalarında da uğurla iştirak edirlər.
    Azad Rəhimov, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən ilk dəfə keçirilən milli “İdeya var!” müsabiqəsi haqqında məlumat verib. O, bu cür layihələrin kadrların yetişdirilməsində böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.
    Təhsil nazirinin müavini Ceyhun Bayramov ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin ölkəmizdə elm və təhsilin inkişafı üçün bir çox fərman və sərəncamlar imzaladıqlarını qeyd edib. Elm və təhsilin inkişafı ilə bağlı həyata keçirilən layihələrdən danışan nazir müavini bu gün ölkə iqtisadiyyatının tələblərini ödəmək məqsədilə yüksəkixtisaslı mütəxəssis və alimlərin hazırlandığını vurğulayıb. XXI əsrin milli təhsil quruculuğunun “Yol xəritəsi” sayılan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq Təhsil Nazirliyi tərəfindən görülən işlərdən söz açan Ceyhun Bayramov ali təhsil sisteminin yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və formalaşdırılması üzrə həyata keçirilən tədbirlərin ali təhsil müəssisələri qarşısında yeni vəzifələr qoyduğunu söyləyib.
    Sonra qurultayın bəyannamə layihəsinin hazırlanması məqsədilə işçi orqanın yaradılması təklif olunub.
    Tədbirdə təşkilat komitəsi tərəfindən qurultayın mandat komissiyası və katibliyinin tərkibi təsdiq edilib.
    Qurultay gənc alimlərin çıxışları ilə davam etdirilib.AZƏRTAC
    DİGƏR XƏBƏRLƏR
    Latest News
    1. Koronavirusun profilaktikası çərçivəsində Masallıda reydlər davam etdirilir
    2. MASALLIDA TAXIL BİÇİNİ BAŞA ÇATDI
    3. MASALLIDA İCRA BAŞÇISININ NÖVBƏTİ VİRTUAL QƏBULU
    4. Masallıda karantin rejiminə ciddi nəzarət olunur
    5. Dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsünü dəstəklədi
    6. MASALLININ KOLATAN KƏNDİNDƏ YOLLAR TƏMİR EDİLİR
    7. Bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir
    8. MASALLI: OPERATİV QƏRARGAH (COVİD–19)—QAYNAR XƏTT
    9. Masallıda pandemiya ilə bağlı tədbirlər davam edir
    10. Kərim Ağayev “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub - MASALLI
    11. Masallıda RİH başçısı növbəti onlayn qəbulunu keçirib
    12. Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin nəticələri
    13. Masallıda xüsusi karantin rejiminin sərtləşdirilməsilə bağlı onlayn müşavirə keçirilib
    14. MASALLI RİH BAŞÇISININ NÖVBƏTİ VİRTUAL QƏBULU
    15. MASALLIDA - Şərəfə kəndində çiyələk yığımı
    16. MASALLIDA TÜTÜN ƏKİNİ BAŞA ÇATIB
    17. Masallı RİH başçısının növbəti virtual qəbulu
    18. Masallıda xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı onlayn müşavirə keçirilib
    19. MASALLIDA TAXIL BİÇİNİ DAVAM EDİR
    20. Torpağın sinəsini bəzəyən xırmandalılar
    21. MASALLIDA BARAMA TƏDARÜKÜ DAVAM EDİR
    22. Masallıda RİH başçısı növbəti dəfə virtual qəbul keçirib
    23. Masallıda onlayn şahmat yarışı keçirilib
    24. Masallı məktəblilərinin Respublika Fənn Olimpiadalarında uğurlu nəticələri
    25. Masallı Rayon İcra Hakimiyyəti başçısının tibb işçilərinə təbriki
    26. Masallıda vətəndaşların növbəti onlayn-qəbulu
    27. MASALLI - Ərkivan və Mahmudavar ərazilərində abadlıq-quruculuq işləri
    28. Masallı Rayon İcra Hakimiyyətinin başçısı paralimpiyaçı Bəhruz Mirzəyevlə görüşüb
    29. BÖYÜK QAYIDIŞ VƏ DÖVLƏT MÜSTƏQİLLİYİNİN QORUNUB SAXLANILMASI
    30. Masallıda çəltikçiliyə maraq getdikcə artır
    31. Masallı RİH başçısı növbəti onlayn müşavirə keçirib
    32. MASALLININ TAXIL ZƏMİLƏRİNDƏ
    33. Masallı RİH başçısının növbəti virtual qəbulu
    34. TAXIL YIĞIMI ZAMANI YANĞIN TƏHLÜKƏSİZLİYİ TƏDBİRLƏRİ
    35. Yeni Azərbaycan tarixinin görkəmli siması
    36. Masallıda nübar çay məhsulu yığılaraq təhvil verilib
    37. Masallıda vətəndaşların növbəti onlayn qəbulu
    38. Milli Qurtuluş Günü münasibətilə YAP Masallı rayon təşkilatında onlayn görüş
    39. Masallıda ağac əkini ənənə halını alıb
    40. Masallıda pandemiya ilə bağlı görülmüş işlər
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Masallı turizm mərkəzinə çevrilir
    Masallı turizm mərkəzinə çevrilir
     Masallı turizm mərkəzinə çevrilir İstisuda müalicəvi turizm şəhərciyinin salınması təkcə rayonu yox, bölgəni böyük mərkəzə Ətraflı oxu
    All news
    «     2020    »
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    World News