• In Masally very hard-working, patriotic and true citizens of Azerbaijan live...
  • Heydar Aliyev
  • AZ
  • RU
  • » » “İnsan alveri cinayətlətlərinin profilaktikasında ictimaiyyətin rolu”

    “İnsan alveri cinayətlətlərinin profilaktikasında ictimaiyyətin rolu”


    İnsan alveri gələcəyimiz üçün təhlükədir

    Masallı Dövlət Regional Kollecində “Polisə Dəstək” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İnsan alveri cinayətlətlərinin profilaktikasında ictimaiyyətin rolu” mövzusunda seminar-mühazirə keçirilib.
    Kollecin direktoru, “Tərəqqi” medallı Vidadi Nəzərov mövzunun aktuallığından, insan alveri və onun ağır nəticələri, bu dəhşətli bəla ilə mübarizə yolları barədə tələbələrin məlumatlandırılmasının vacibliyindən danışıb.
    “Polisə Dəstək” İB-nin sədri Şəmsəddin Əliyev bildirib ki, savadsızlıq və məlumatsızlıq insan alveri cinayətlərinə zəmin yaradan amillərdəndir. Belə amilləri cəmiyyətin sosial faciəsi kimi də qəbul etmək olar. Bu baxımdan maarifləndirmə işi təhsil səviyyəsi ilə sıx bağlı olduğundan tədris proqramlarında hüquqi mövzulara diqqət artırılmalıdır.
     
    İnsan alveri ilə mübarizədə ictimaiyyətlə əlaqənin gücləndirilməsini və bu istiqamətdə cinayətlərin qarşısını almaq üçün ictimai dəstəyin təmin edilməsini vacib sayan Ş.Əliyev maarifləndirici xarakterli profilaktik tədbirlərin keçirilməsinin bu işdə mühüm rol oynadığını xüsusi qeyd edib:” Çünki bu tədbirlər şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli əməllərdən, sağlamlığa ziyan vuran, ictimai mənəviyyatın pozulmasına təsir edə biləcək, hüquqa zidd hərəkətlərdən qorunmaq işinə ictimaiyyətin dəstəyini təmin etmək imkanı yaradır.”
    Ş.Əliyev deyib ki, insan alverinə təsir edən səbəblərdən biri də işsizlikdir. Bu mənada yeniyetmələrin əksər qrupu təklif edilən boş vədləri fikirləşmədən qəbul edir. Belə şəxslərin bədbin ovqatla yaşaması, gələcəyə və özünə inanmamaları köləliyə məruz qalmalarına yol açır.
    Bildirilib ki, insan alveri ilə mübarizənin əsas məqsədi müəyyən qisim insanların köləliyə çevrilməsinin qarşısını almaq, cəmiyyəti təhlükəsiz, ədalətli və vahid vətəndaş cəmiyyətinə çevirmək, sosial ədalətin yeganə təminatçısı olan məhkəmə hakimiyyətinin nüfuzunu və etibarını təsdiqləmək, belə cinayətlərlə mübarizədə ictimai fəallığın artırılmasına nail olmaq, cəzanın labüdlüyünü və məqsədini prinsipallıqla reallaşdırmaqdan ibarətdir.
    Ona görə də, həm əhali və onun riskli təbəqəsi, həm də miqrantlarla maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ictimaiyyət üçün faydalı olar. Nəticədə ölkədə insan alveri vahiməsinə məruz qala biləcək qurbanlar – vətəndaşlar və ictimaiyyət faydalanacaqlar.
    Mövzunu şərh edərkən konkret həyati faktlara istinad edən məruzəçi - “Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev insanları xaricdə iş seçimləri edərkən ehtiyatlı olmağa, bu barədə müvafiq qurumları operativ məlumatlandırmağa çağırıb.
    Masallı Rayon Polis Şöbəsinin azyaşlılarla iş üzrə polis inspektoru Samit Əliyev çıxışında gəncləri insan alveri qurbanlarına çevirməməyə çağırıb. O, bildirib ki, məktəb, valideynlər bu sahədə əlbir çalışmalı, maarifləndirməyə önəm verməlidirlər.
    Maarifləndirmə tədbirinin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
     
    “Yeni həyat”,
    www.yeniheyet.az

     
    DİGƏR XƏBƏRLƏR
    Latest News
    1. Masallı cüdoçuları regional birincilikdə 13 qızıl, 4 gümüş, 6 bürünc medal qazanıblar
    2. Masallıda mərhum şair-publisist Rəsul Rzayevin yaradıcılıq gecəsi keçirilib
    3. Masallıda Milli Qəhrəman Elşad Hüseynovun xatirəsi ehtiramla anılıb
    4. Masallı “Dəfinə” məktəb-liseyində maarifləndirici tədbir
    5. Masallıda Milli Qəhrəman Səfəralı Məmmədov anılıb
    6. Masallıda seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilib
    7. Masallıda Müstəqillik Günü münasibətilə yürüş keçirilib
    8. Mənsur şeirin ustadı
    9. "QARABAĞ AZƏRBAYCANDIR!" – YAP Masallı rayon təşkilatında tədbir
    10. Vergilər nazirinin birinci müavini Masallıda vətəndaşları qəbul edib
    11. Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib
    12. Prezident İlham Əliyevin bir neçə ölkənin rəhbəri ilə görüşü olub
    13. Masallı RİH başçısının Qızılavar ərazisində səyyar görüş-qəbulu
    14. Masallıda abituriyentlərlə bağlı layihə uğurla davam edir
    15. Masallı taekvondoçuları Ümumrusiya turnirində 3 medal qazanıblar
    16. Masallıda kənd təsərrüfatında uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı zona müşavirəsi
    17. İndoneziyadakı səfirimiz Masallıdandır
    18. Masallıda inşa-yazı müsabiqəsi keçirilib
    19. Masallının təsərrüfat xəbərləri
    20. Masallıda cüdo üzrə rayon birinciliyi keçirilib
    21. Koreyada 2 milyon əcnəbidən seçilən masallılı gənc
    22. Masallıda peşə təmayüllü siniflər yaradılıb
    23. Masallı RİH başçısının Xırmandalı ərazisinin Ərəb kəndində səyyar görüş-qəbulu
    24. “Heydər Əliyev və Masallı”
    25. Prezident İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edib
    26. “İnsan alveri cinayətlətlərinin profilaktikasında ictimaiyyətin rolu”
    27. MASALLIDA XEYİRXAH AKSİYALAR GENİŞLƏNİR
    28. Türkiyəli məşhur yazıçının əsəri Masallıda səhnəyə qoyulacaq
    29. Masallıda taekvondo üzrə açıq rayon birinciliyi keçirilib
    30. Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini qəbul edib
    31. Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib
    32. MÜƏLLİM ÖMRÜ HƏR ÖMÜRDƏN UCADIR
    33. Masallıda “5 Oktyabr - Müəllimlər günü” qeyd edilib
    34. Masallı şəhər Ağsaqqallar klubunda "Müəllimlər günü" münasibətilə tədbir keçirilib
    35. Masallı RİH başçısının Hişkədərə ərazisində səyyar görüş - qəbulu
    36. Erməni təxribatı nəticəsində həlak olan mülki şəxs Masallıda dəfn olundu
    37. Nəsiminin 650 illiyi ilə bağlı Masallıda tədbir keçirilib
    38. Masallıda "İstedadlara dəstək" layihəsi çərçivəsində seçim turu keçirilib
    39. Dünya Bankının Regional Direktoru cənab Sebastian Molineus Masallıda
    40. Masallıda “Breyn rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilib
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Masallı turizm mərkəzinə çevrilir
    Masallı turizm mərkəzinə çevrilir
     Masallı turizm mərkəzinə çevrilir İstisuda müalicəvi turizm şəhərciyinin salınması təkcə rayonu yox, bölgəni böyük mərkəzə Ətraflı oxu
    All news
    «     2019    »
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    World News