• In Masally very hard-working, patriotic and true citizens of Azerbaijan live...
  • Heydar Aliyev
  • AZ
  • RU
  • » » Narkomaniya ilə mübarizə hamının işidir

    Narkomaniya ilə mübarizə hamının işidir

      Maarifləndirici tədbir
     
                            Narkomaniya ilə mübarizə hamının işidir

    Noyabrın 23-də Masallı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun təşkilatçılığı ilə Masallı şəhər Gənclər Mərkəzində maarifləndirici tədbir keçirilib.
    Tədbir narkotik vasitələrin, psixotrop maddələrin və prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planının 4.4.16-cı bəndinin icrası ilə əlaqədar Masallı Dövlət Regional Kollecinin tələbələrinə narkotiklərin və narkomanlığın cəmiyyətə, insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması, o cümlədən gənclərin antinarkotik dünya görüşünün formalaşdırılması məqsədi daşıyır.
    Tədbiri giriş sözü ilə Masallı RİHB aparatı hüquq şöbəsinin müdiri Məmmədhüseyn Hüseynov açıb, qonaqları və iştirakçıları rayon rəhbəri adından salamlayıb, bu sahədə rayonda görülən işlərdən danışıb.
    Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov, rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov narkomanlıqla mübarizə sahəsində ötən dövr ərzində rayonda keçirilən tədbirlərdən, xüsusilə də sosial layihələr çərçivəsində keçirilən tədbirlərin çoxunun narkomaniya və zərərli vərdişlərlə mübarizəyə həsr edilməsini və həmin tədbirlərin əksəriyyətinin məktəblərdə aparıldığını söyləyiblər. 
    Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbər müavini Vasif Quliyev, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin məsul əməkdaşı, polis polkovniki Tanrıverdi Aydınov, Lənkəran şəhər Narkoloji Dispanserin baş həkimi Vüqar Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşı Tural Hüseynzadə və başqaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 iyun 2013-cü il tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018- ci illər üçün Dövlət Proqramı” barəsində məlumat verərək gənc nəslin sağlam tərbiyəsində önəmli rol oynayan narkomaniya və zərərli vərdişlərlə mübarizə işlərinin gündəlik aparılacağını, bu işlərdə milli-mənəvi dəyərlərimizdən daha səmərəli istifadə ediləcəyini deyiblər.
    Çıxışlarda mövzu ilə bağlı real vəziyyət və onunla mübarizə yollarından danışılıb, təklif və rəylər səsləndirilib, bu sahədə görülən işlər sırasında aparılan birgə tədbirlərin əhəmiyyəti xüsusi vurğulanıb.
    Tədbirdə tələbələrin sualları cavablandırılıb.

                                                                                                                        Həsənağa ƏLİYEV,
                                                                                                                                  "Yeni həyat".
    DİGƏR XƏBƏRLƏR
    Latest News
    1. QANIMIZ VƏTƏN TORPAĞINA QARIŞDI
    2. Əzizimiz Şirvan müəllim
    3. Masallıda “Yeni Azərbaycan Partiyası Qələbələr partiyasıdır” mövzusunda onlayn konfrans
    4. ARİF FƏRZƏLİNİN YENİ ŞEİRLƏRİ
    5. Xalq qalib ordunun Ali Baş Komandanını izdiham ilə qarşılayır
    6. Qazi: Oğlum olsa, ona şəhid komandirimin adını qoyacam
    7. Azərbaycan xalqı Qarabağa həyatı qaytaracaqdır
    8. Masallıda 33 kiçik sututarın tikintisi başa çatıb
    9. Masallıda 868 ton çəltik tədarük olunub
    10. Azərbaycanın yaratdığı yeni reallıq – Ermənistanın kapitulyasiyası
    11. Masallıda KOB-ların sahibkarlıq biliklərinin təkmilləşdirilməsi üzrə distant təlimlər keçirilir
    12. Qarabağda əbədi yaşayacağıq
    13. Sevinirəm ki, qələbə salnaməsinin yazılmasında övladlarımın da payı var
    14. Köhnə Alvadı ərazisində taxıl əkini davam edir
    15. Masallıda Qələbə sevinci
    16. Şuşanın azad olunması və Qələbə münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətləri
    17. MASALLDA ƏMƏK BAZARI
    18. Dövlətimizin başçısı Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət etdi
    19. Masallıda pandemiya ilə bağlı görülmüş işlər
    20. MASALLIDA İSTEHLAK BAZARI
    21. Masallıda nəqliyyat
    22. MASALLIDA "QIZIL PAYIZ"
    23. Masallıda pandemiyadan zərər çəkmiş qadın sahibkarlara dəstək layihəsi
    24. Mənzillərin yanğından mühafizəsi
    25. Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib
    26. Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibə verib
    27. Masallıda taxıl əkini gündən-günə sürətlənir
    28. MASALLIDA TİKİNTİ
    29. Masallıda karantin qaydalarının pozulmasına qarşı reydlər davam edir
    30. MASALLIDA DEMOQRAFİK VƏZİYYƏT
    31. Hişkədərə ərazisində quru tütün tədarükü davam edir
    32. Əminik ki, Qarabağın tacı tezliklə işğalçılardan təmizlənəcək
    33. Prezident İlham Əliyevin Rusiyanın “İnterfaks” agentliyinə müsahibəsi
    34. Masallılı məzun Prezident təqaüdünə layiq görülüb
    35. Prezident İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibəsi
    36. Prezident İlham Əliyev xalqa müraciət edib
    37. Qızılağac ərazisində tütün əkib becərilir
    38. Prezident İlham Əliyevin ABŞ-ın “Fox News” televiziya kanalına müsahibəsi
    39. Cəbrayıl sakini: “Hiyləgər, məğlub düşmənin “sudan quru çıxmaq” cəhdi əbəsdir”
    40. Çaxırlı ərazisində yay şumu davam edir
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    All news
    «     2020    »
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    World News