Главная > Texnologiya > “Facebook”un baş mühəndisi Masallıdandır

“Facebook”un baş mühəndisi Masallıdandır


. Разместил: admin44
“Facebook”un baş mühəndisi Masallıdandır
 
Dünyanın ən nüfuzlu şirkətlərindən biri olan “Facebook”da (ABŞ) proqram təminatı üzrə baş mühəndis vəzifəsində işləyən gənc azərbaycanlı – RÜSTƏM HƏŞİMOV 
  
Rüstəm Rəsul oğlu Həşimov 1991-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. Həsənəküçə tam orta məktəbinə gedib, sonra təhsilini Lənkəran liseyində davam etdirib. Daha sonra Ankaranın Orta Şərq Texniki Universitetində kompüter mühəndisliyi üzrə təhsil alıb.
Tələbə ikən üç ay “Microsoft” şirkətinin baş ofisində təcrübəçi kimi çalışdıqdan sonra daimi iş təklifi alıb. Türkiyəyə qayıdıb universitet təhsilini başa vurandan sonra ABŞ-a köçüb. Bir müddət “Microsoft”da işlədikdən sonra “Facebook”da işləməyə başlayıb.
Məlumat üçün bildirək ki, Bakıda 4-7 dekabr 2018-ci il tarixində 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransı keçirilib. Təşkilatçılar ilk dəfə olaraq sərgi çərçivəsində yeni müzakirə platforması “Bakutel Tech Talks” proqramını təşkil ediblər. Tədbirin birinci sessiyası “Bizimkilər” adlanıb. Məhz bu sessiyaya üçün xüsusən təşkilatçılar tərəfindən məruzəçi qismində: “LG Electronics”, “Google” və “Facebook” kimi dünyaca məşhur İT şirkətlərində, eləcə də Niderland Krallığının Leyden Qabaqcıl Kompyuter Elmləri İnstitutu (LIACS) və Avropa Nüvə Araşdırmaları Təşkilatında (“CERN”) çalışan həmvətənlərimiz dəvət edilib. Məruzəçilər arasında həmyerlimiz Rüstəm Həşimov də olub. Sessiya R.Həşimovun “Onlayn platformalarda individual tövsiyə sistemləri: Müasir dövrdə proqram təminatının işlənib hazırlanması və onun nəticələri üzrə praktiki nümunənin araşdırılması” məruzəsi ilə yekunlaşıb.

Akif AĞAYEV,
“Yeni həyat”,
www.yeniheyet.az 
 
Вернуться назад