• In Masally very hard-working, patriotic and true citizens of Azerbaijan live...
  • Heydar Aliyev
  • AZ
  • RU
  • » » “Masallılar.az” saytının təqdimatı

    “Masallılar.az” saytının təqdimatı

    “Masallılar.az” saytının təqdimatı

    Masallı şəhər “Asan xidmət” Mərkəzinin "İncəsənət məktəbi"ndə "Masallılar.az" saytının təqdimat mərasimi keçirilib.
    Tədbirdə ziyalılar, ictimaiyyət nümayəndələri, tanınmış həmyerlilərimiz, veteranlar, jurnalistlər iştirak ediblər.
    Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov qeyd edib ki, ölkəmizin bütün bölgələri kimi Masallı da inkişaf edir. Buna görə ölkə rəhbəri cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarıq. Bu gün əlamətdar bir hadisədir.
    Respublika ərazisində, uzaq ölkələrdə, yaşadığı yerdə dövlətimizin, öz yaşadığı torpağın qədrini bilən həmvətənlərimiz, o cümlədən masallılar üçün böyük elektron ensklapediya, həm də ünsiyyət, insanları öz əhatəsinə ala biləcəyini bildirən rayon rəhbəri geniş nitqində saytın ən böyük məziyyətlərlərindən biri olduğunu bildirib. Bunun timsalında Kolatan, Çaxırlı, Ərkivan, Qəriblər və başqa ərazilərdən olan həmvətənlərimizin, masallılı diaspor fəallarının işini nümunə göstərib.
    RİH başçısı tədbir iştirakçılarının timsalında bütün masallıları əlamətdar hadisə münasibəti ilə təbrik edib.

    Masallı RİH-nin İnformasiya təminatı və təhlili sektorunun müdiri Elvin Fəttayev bildirib ki, ümummilli lider Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində, son illər ölkəmizdə güclü inkişaf müşahidə olunur və Azərbaycan inkişaf dinamikasına görə dünya ölkələri sırasında öndə gedir.
    Prezident İlham Əliyevin informasiya texnologiyalarına aparan iqtisadiyyatın formalaşması siyasəti, öz bəhrələrini verməkdədir. Yaradılan "Masallilar.az" elektron ensklopediyası ölkədə və ölkədən kənarda yaşayan soyadaşlarımızın elektron texnologiyalar vasitəsilə rayonumuzla bağlı ətraflı informasiyaya malik olmalarına, o cümlədən Masallının müxtəlif peşə sahiblərinin rayonumuzdan, həmçinin ölkədən kənardakı fəaliyyətləri və rayonumuza verdikləri töhfələrin öyrənilməsinə təminat yaradacaqdır.
    Yeni internet resursu haqqında geniş məlumat verən saytın ideya müəllifi, "Cənub xəbərləri" qəzetinin baş redaktoru Zahir Əmənov bildirib ki, sayt-elektron ensklopediya bura daxil olan bütün oxucular üçün maraqlıdır. O, saytın həyata necə "vəsiqə" almasından danışaraq deyib ki, burda Masallının təhsilindən, səhiyyəsindən, mətbuatından, mədəniyyət tarixindən tutmuş günü bu günə qədər olan müasir tarixi, müasirləri, alimlərı, tananınmışları yer alıb.Sonrası daha zəngin olacaq. Belə layihə ölkədə ilk dəfə Masallıda yaradılıb. Z.Əmənov saytdakı materialların zaman-zaman qəzetinin xüsusi buraxılışlarında oxuculara təqdim olunduğunu vurğulayıb.
    Təqdimat mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Tarix” kaferasının professoru, Əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü , Masallının Xıl kəndindən olan Musa Quluzadə, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AYB Hərbi Vətənpərvərlik Komisiyasının sədri ,İlesam Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məsləklər Birliyinin üzvü, MDB Beynəlxalq Yazıçılar Birliyinin üzvü, Dünya Tibbi Araşdırmalar Texnik və Etik Bilimlər Akademiyasının (WAMBES) idarə heyətinin üzvü, əslən Qızılağaclı Şahin Musaoğlu, " Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyinin sədri, əslən Masallılı Arzu Bağırova, "Masallı zıyalıları" İctimai Birliyinin sədri, "Tərəqqi" medallı Qardaş Fətullayev və başqaları da çıxış edərək fikirlərini bölüşüblər, ayrı-ayrı təkliflər veriblər.
    Qeyd edək ki, tədbir birbaşa yayımlanmış, həmvətənlərimizdən ABŞ-da yaşayan riyaziyyat elmləri doktoru, əslən Ərkivanlı, 32 yaşlı Tural Sadıqov, RF Norilsk Sənaye İnstitutunun dosenti, regional Azərbaycan diasporunun sədri, "Fundament" Elmi İstehsal Birliyinin direktoru, əslən Qəriblərli Əli Kərimov və RF Sankt-Peterburq şəhərinin nüfuzlu simalarından biri, Sankt-Peterburqda Azərbaycan Milli Mədəni Muxtariyyəti Cəmiyyəti sədrinin birinci müavini, “Viləş” şirkətlər qrupunun prezidenti, SSRİ idman ustası, Rusiya Federasiyasının əməkdar məşqçisi, RF Güləş Federasiyasının Şimal-Qərb regionu üzrə prezidenti, Rusiya Güləş Federasiyasının vitse-prezidenti, əslən Ərkivanlı Məşkur Qasımovla videbağlantılar olub. Onlar 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Yeni il münasibətilə masallıları təbrik edib, xoş sözlər söyləyiblər. Sayt barədə təklif və fikirlərini tədbir iştirtakçıları ilə bölüşüblər.
    Tədbirdə incəsənət ustalarının ifasında gözəl mahnılar səslənib.
    Sonda nümayiş olunan videoçarxda ümummilli lider Heydər Əliyevin Azərbaycan və həmvətənlərimiz haqqında dediyi sözlər, görüntülər tədbir iştirakçıları və izləyicilərdə xoş duyğular yaradıb.

    “Yeni həyat”,
    www.yeniheyet.az

    DİGƏR XƏBƏRLƏR
    Latest News
    1. Masallı məktəblisi ikinci dəfə bilik yarışmasının qalibi oldu
    2. Vətəndaşlar məsuliyyətlərini artırmalıdırlar
    3. Masallı RİH başçısı onlayn müşavirə keçirib
    4. Masallıda vətəndaşların növbəti videoqəbulu keçirilib
    5. Masallı RİH başçısının vətəndaşlarla onlayn qəbulu
    6. Masallıda vətəndaşların virtual qəbulu davam edir
    7. Masallı məktəblisi “Virtual əlaçı” bilik yarışmasının qalibi oldu
    8. Masallı Rayon İcra Hakimiyyəti başçısı vətəndaşların növbəti onlayn qəbulunu keçirdi
    9. Masallıda icra hakimiyyəti başçısının məhsul yığan əməkçilərlə görüşü
    10. Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib
    11. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə telefonla zəng edib
    12. Masallı Rayon İcra Hakimiyyəti başçısının bayram təbriki
    13. Masallıda mobil qrupların fəaliyyəti davam etdirilir
    14. Masallıda RİH başçısı tərəfindən vətəndaşların növbəti videoqəbulu
    15. Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
    16. Dövlət-vətəndaş həmrəyliyinə töhfə: kölgədən işığa doğru
    17. Masallıda vətəndaşların videoformatda qəbulu davam edir
    18. Masallıda “Rəsm və əl işləri” müsabiqələrinin qalibləri mükafatlandırılıb
    19. Masallıda vətəndaşların onlayn qəbulu davam edir
    20. Masallıda vətəndaşların onlayn qəbulu ənənə halını alıb
    21. Masallıda kompyuter oyunu üzrə onlayn qaydada rayon birinciliyi keçirilib
    22. Masallıda 38 min əhalinin istifadə etdiyi yol yenidən qurulub
    23. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib
    24. Masallı rayonunda dövlət qurumları və könüllü təşkilatlar əlaqələndirilmiş şəkildə fəaliyyət göstərir
    25. Masallıda vətəndaşların növbəti onlayn qəbulu
    26. 18 may Beynəlxalq Muzeylər günüdür
    27. Masallıda kümçülərə 125 qutu ipəkqurdu toxumu paylanılıb
    28. Masallı Rayon İcra Hakimiyyətinin başçısı yaz-tarla işlərinin gedişi ilə tanış olub
    29. Masallı məktəbliləri “Virtual əlaçı” bilik yarışmasının qalibidir
    30. Masallı rayon İcra hakimiyyəti başçısı vətəndaşların növbəti onlayn qəbulunu keçirdi
    31. Kənd qadınlarının koronavirusla mübarizəyə sosial dəstək aksiyaları
    32. YAP Masallı rayon təşkilatı konfrans keçirib
    33. Masallı Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşların növbəti onlayn qəbulunu keçirdi
    34. Masallı Rayon İcra Hakimiyyətinin başçısı onlayn müşavirə keçirdi
    35. “Vətənimizə virtual səyahət” - MASALLI
    36. Masallı Rayon Mərkəzi Kitabxanası oxuculara onlayn xidmət göstərir
    37. Masallı Rayon İcra Hakimiyyətinin başçısının növbəti onlayn qəbulu
    38. Masallı rayon İcra Hakimiyyətinin başçısı vətəndaşları onlayn qəbul edib
    39. Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşü bir daha ölkəmizə və Prezidentimizə olan inamın, etibarın və etimadın göstəricisidir
    40. Vəzifəli şəxslərin qanunazidd hərəkətlərinin qarşısının alınması və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması ilə bağlı qabaqlayıcı tədbirlər davam etdirilir
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Masallı turizm mərkəzinə çevrilir
    Masallı turizm mərkəzinə çevrilir
     Masallı turizm mərkəzinə çevrilir İstisuda müalicəvi turizm şəhərciyinin salınması təkcə rayonu yox, bölgəni böyük mərkəzə Ətraflı oxu
    All news
    «     2020    »
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    World News