Главная > Siyasət > Masallı rayon İcra Hakimiyyətinin başçısı vətəndaşları onlayn qəbul edib

Masallı rayon İcra Hakimiyyətinin başçısı vətəndaşları onlayn qəbul edib


. Разместил: admin44
Masallı rayon İcra Hakimiyyətinin başçısı vətəndaşları onlayn qəbul edib 

Mayın 12-də Masallı rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaşların onlayn qəbulunu keçirmişdir.
Onlayn qəbulda rayonun aidiyyatı idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Onlayn qəbulu açan rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov dünyanı bürüyən koronavirus (COVİD-19) pandemiyası ilə əlaqadar vətəndaş qəbullarının dayandırılması və onları narahat edən məsələləri dinləməsi üçün onlayn qaydada vətəndaşların qəbulunun təşkil edilməsini bildirmişdir.
Sonra rayon rəhbəri vətəndaşların onlayn qəbuluna başlamışdır.
İlk öncə rayon rəhbəri Təklə kənd sakini Məhərrəmova Həcər Muxtar qızını narahat edən məsələni dinləyib. Vətəndaş H. Məhərrəmova gənc yaşında dünyasını dəyişən gəlinin ölüm haqqında şəhadətnaməsini ala bilməməsi barədə müraciət edib. Vətəndaşa müraciətinin Məhkəmə tərəfindən araşdırıldığı və yaxın günlərdə nəticəsi barədə ona məlumat veriləcəyi bildirilib.
Sonra Ətçələr kənd sakini Əliyev Tural Vidadi oğlu və Masallı şəhər sakini Əmənova Mehparə Yusif qızı əlillik dərəcəsinin təyin edilməsi barədə müraciətlərini ediblər. Hər iki vətəndaşa mövcud karantin rejimi ilə əlaqədar əlillik və digər vəziyyətlər üzrə təyinatların dayandırıldığı bildirilib.
Sonda Ərkivan qəsəbə sakini Bakı Dövlət Universitetində əyani təhsil alan tələbə Mənsimli Məhəmməd Şahin oğlu koronavirusla bağlı karantin günlərində işsizlərə ödənilən birdəfəlik 190 manat yardımı ala bilməməsi barədə müraciət edib.
Vətəndaşa qanunamüvafiq cavab verilib, həmçinin müraciətinin nəzarətə götürülərək araşdırılacağı və nəticəsi barədə ona qısa müddətdə məlumat veriləcəyi bildirilib.
Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verərək virtual qəbulda qaldırılan məsələləri nəzarətə götürmüşdür.
 
“Yeni həyat”,
www.yeniheyet.az
Вернуться назад