Главная > Siyasət > Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşib

Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşib


. Разместил: admin44
Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşib

Oktyabrın 9-da “Azərbaycan Sərhəd Mühaizəsinin 100 illiyi” və “Hərbi əməkdaşlıq sahəsindəki xidmətlərə görə” medallı şəhid Səfərəli Alışovun 40 mərasimi və adına verilmiş küçənin açılışı keçirilib.
Bu münasibətlə keçirilən tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov və aparatı, Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant Azad Ələkbərov, hüquq mühafizə orqanları rəhbərləri, rayonun ziyalıları, ağsaqqalları, DSX-nin Sərhəd Qoşunlarının əsgər və zabitləri, ictimaiyyət nümayəndələri, yüzlərlə sakin iştirak ediblər.
İcra başçısı Rafil Hüseynov və general-leytenant Azad Ələkbərov çıxış edərək şəhidimizin hünər yolundan danışıblar.
Şəhidin adının əbədiləşdirilməsi məqsədilə kəndin mərkəzi küçəsinə onun adı verilib , şəhidin adını bildirən küçənin barelyefinin açılışı olub.
Tədbir iştirakçıları guşəyə təzə tər dəstələri düzərək şəhidin xatirəsini ehtiramla yad ediblər.
Mərasim bu günlərdə şəhidin şərəfinə əsaslı təmirdən sonra istifadəyə verilmiş Əmirtürbə kənd məktəbində davam edib. Sinif otaqlarına, "Prezident Masallıda", "Azərbaycanın Milli Qəhrəmanları", “Şəhidlər ölməz", güllütəpəli Aprel şəhidi Firdövsi Bağırzadəyə həsr olunmuş stendlərə baxış keçirilib.
Sonra şəhidin doğulduğu evə baş çəkilib, məzarı ziyarət edilib.
Çıxışlarda bildirilib ki, Səfərəli Abışov düşmənlə təmas xəttinə yaxın ərazilərdəki mövqelərimizdə ekskavatorçu kimi təminat yollarının salınması ilə məşğul olub. Əməyini sevib, hamının hörmətini qazanıb. İşlədiyi müddətdə dəfələrlə düşmən atəşinə tutulub. Amma, düşmən hiyləsindən, düşmən gülləsindən qorxmayıb. 2 oktyabr saat 16:55 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində, iş başında olan Səfərəli Alışov düşmən tərəfindən vurulub, ağır güllə yarası alıb. Buna əhəmiyyət verməyən Səfərəli işini cəsarətlə davam etdirməyə səy edib. Hadisə yerində dərhal mümkün tibbi yardım göstərilib, yaralının təcili təxliyəsi təmin olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb...
İndi onun haqqında hamı danışır. O, təkcə doğulduğu, boy atdığı torpağın, Masallının yox, bütün Azərbaycanın igid oğludur.
Natiqlər Azərbaycan Ordusunun nailiyyətlərindən danışıb, şəhidə Allahdan rəhmət diləyiblər. Bildirilib ki, Səfərəlinin xidmət apardığı kənd "Əmirtürbə postu" adlandırılıb.
Şəhdin Əmirtürbə kənd qəbiristanlığındakı məzarı gül-çiçəyə bürünüb, əklillər düzülüb. Ruhuna dualar oxunub, ehsan verilib. Məzarı başında əmirtürbəli məktəblilər Vətəni, ölkəmizi vəsf edən şeirlər söyləyiblər.
Natiqlər şəhidin ailəsinə dərin hüznlə başsağlığı verərək bildiriblər ki, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş soydaşlarımızın qisası yerdə qalmayacaq. Tezliklə Azərbaycanın üçrəngli Bayrağı Şuşada, Qarabağda, işğal altında olan digər ərazilərimizdə dalğlanacaq. Hamı Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşib.
Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhəddində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatı nəticəsində 1958-ci il təvəllüdlü Səfərəli Ələkbər oğlu Alışov bu ilin 3 oktyabrında anadan olduğu Masallı rayonu Güllütəpə ərazisinin Əmirtürbə kəndində torpağa tapşırılıb.
Bu gün Səfərəlinin toprağa tapşırılmasından 40 gün keçir. Onun xatirəsi ehtiramla yad edilir. O, doğma kəndinin, onun əsrarəngsiz gözəlliyinin vurğunu idi. Ən böyük arzusu Qarabağımızın azad olunmasını görmək idi. İndi Səfərəlinin bu arzusunun gerçəkliyini onun övladları, nəvələrı, hamı görəcək...
 








 

“Yeni həyat”,
www.yeniheyet.az
 
 
Вернуться назад