• In Masally very hard-working, patriotic and true citizens of Azerbaijan live...
  • Heydar Aliyev
  • AZ
  • RU
  • » » Masallıda 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olundu

    Masallıda 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olundu

     
    Masallıda 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olundu

    Martın 7-də Masallı şəhər “İlqar Plaza” şadlıq sarayında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilmişdir.
     
    İlk öncə rayonun idarə, müəssisə və təşkilatlarında çalışan bir qrup qadın Masallı şəhər Heydər Əliyev parkında ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
     
    Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov bayram münasibətilə qadınları təbrik edərək onların cəmiyyətdəki rolundan söhbət açmışdır. Natiq dövlətin hərtərəfli qayğısı ilə əhatə olunan Azərbaycan qadınının bu gün ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatının fəal iştirakçısına çevrildiyini xüsusilə qeyd etmişdir. Azərbaycan qadınlarının ölkəmizin həyatındakı çoxşaxəli rolundan danışan rayon rəhbəri bu sahədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın, Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın xüsusi xidmətlərini qeyd edərək Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan qadınına xas olan ən dəyərli keyfiyyətləri özündə birləşdirməklə qadınlarımızı dünyada ləyaqətlə təmsil etdiyini vurğulamışdır. RİH başçısı həmçinin qeyd etmişdir ki, Azərbaycan qadınları ilə bir sırada inamla addımlayan masallılı qadınlar da bu gün iqtisadiyyatımızın gücləndirilməsində, idarəetmə, təhsil, səhiyyə, mədəniyyət, aqrar və digər sahələrdə əzmlə çalışırlar.
     
    Tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirakına görə bir qrup qadına Masallı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Fəxri fərman və qiymətli hədiyyələr verilmişdir.
     
    Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi, Əməkdar mədəniyyət işçisi, “Tərəqqi” medallı Lətifə Mövsümova, Şərəfə kənd tam orta məktəbinin tarix müəllimi Sərmayə Musayeva, Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatı qadınlar Şurasının sədr müavini Əntiqə Tağıyeva, Masallı Regional “Asan Xidmət”in əməkdaşı Zeynəb Məmmədova, Aprel döyüşlərində şəhid olmuş Firdovsi Bağırzadənin anası Sehranə İbrahimova və başqaları Azərbaycanda qadına, anaya daim böyük ehtiram və hörmət bəslənməsindən, müdrik, cəsur, istedadlı qadınlarımızın adlarının çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmasından danışmışlar. Bayram münasibətilə xoş arzularını bildirən çıxışçılar qadınlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.
     
    Bayram tədbirində həmçinin Masallı rayonunun ictimai-siyasi həyatında fərqlənən bir qrup təhsil və səhiyyə işçisinə Fəxri fərman və qiymətli hədiyyələr verilmişdir.
     
    Tədbir Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin özfəaliyyət kollektivi və Masallı şəhər Heydər Əliyev Mərkəzinin rəqs qrupu üzvlərinin maraqlı çıxışları ilə yekunlaşmışdır.
     

    Həsənağa ƏLİYEV,
    “Yeni həyat”,
     
    www.yeniheyet.az
     
     
    DİGƏR XƏBƏRLƏR
    Latest News
    1. Ağcabədi, Bərdə, Ucar və Ağdam məktəbliləri Masallıda
    2. Təhsil Nazirliyinin Masallıdakı layihəsinə yekun vurulub
    3. Beyləqan, Füzuli, İmişli, Saatlı və Sabirabad məktəbliləri Masallıda
    4. Masallının 11 güləşçisi XXV respublika turnirinin mükafatını qazandı
    5. “Ölkəmizi tanıyaq!” — Qax, Şəki, Balakən və Zaqatala məktəbliləri Masallıda
    6. Səfərbərlik rəisi Masallıda vətəndaşların qəbulunu keçirib
    7. Prezident İlham Əliyev Dünya dini liderlərinin II Sammitinin açılış mərasimində iştirak edib
    8. Masallı Polisi tələbələrlə görüş keçirib
    9. Oğuz, Qəbələ, İsmayıllı, Kürdəmir və Şamaxı məktəbliləri Masallıda
    10. Masallıda çiyələk əkininə başlanılıb
    11. Masallıda V Biznes təliminə start verilib
    12. Masallı məktəbliləri Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə yola düşüblər
    13. Masallıda “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları ilə görüş keçirilib
    14. Masallı taekvondoçuları Tbilisidə keçirilən beynəlxal turnirdə 2 qızıl, 1 bürünc medal qazanıblar
    15. Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşib
    16. Masallı və Cəlilabadda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyətə başlayıb
    17. Ədliyyə nazirinin müavini Masallıda vətəndaşları qəbul edib
    18. Masallıda Dövlət Bayrağı və Konstitusiya günləri qeyd olundu
    19. “Bayrağına canım qurban, Azərbaycan!” – Masallıda tədbir
    20. Masallıda yunan-roma güləşi üzrə respublika turniri keçiriləcək
    21. Masallı RİH başçısının Masallı şəhər ərazisində səyyar görüş-qəbulu keçirilib
    22. Masallıda “Breyn rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilib
    23. Masallıda tədbir – "Dini radikalizm, narkomaniya və erkən nikahlarla mübarizədə təhsilin rolu"
    24. Masallı karateçilərinin növbəti uğuru
    25. “Ərkivan” (Masallı) səfərdən qələbə ilə qayıdıb
    26. Masallıda MSK-nın regional seminarı keçirilib
    27. Masallıda tanınmış jurnalist Həsənağa Əliyevin 70 illik yubileyi keçirilib
    28. “İradənlə qalib gəl!” – Masallıda açıq qapı günləri
    29. ÖMRÜN 70-Cİ PİLLƏSİNDƏ
    30. “Yeni həyat”a abunə olun!
    31. Masallı RİH başçısının Qızılağac ərazisində səyyar görüş-qəbulu
    32. MASALLIDA GƏNCLƏR DÜŞƏRGƏSİ BAŞA ÇATIB
    33. Masallıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair tədbir
    34. Masallıda FHN-nin mülki müdafiə məşqi keçirilib
    35. Masallı RİH başçısının Boradigah ərazisində səyyar görüş-qəbulu
    36. Prezident İlham Əliyev bir neçə ölkənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
    37. Masallıda “İdeya dolu gənclik” mövzusunda təlim keçirilib
    38. Masallının təsərrüfat xəbərləri
    39. Masallı karateçiləri ölkə birinciliyində 3 medal qazanıb
    40. "Heydər Əliyev və neft strategiyası"
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Masallı turizm mərkəzinə çevrilir
    Masallı turizm mərkəzinə çevrilir
     Masallı turizm mərkəzinə çevrilir İstisuda müalicəvi turizm şəhərciyinin salınması təkcə rayonu yox, bölgəni böyük mərkəzə Ətraflı oxu
    All news
    «     2019    »
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    World News