• In Masally very hard-working, patriotic and true citizens of Azerbaijan live...
  • Heydar Aliyev
  • AZ
  • RU
  • » » Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki

    Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki

    Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki

    - Əziz həmvətənlər.

    2017-ci il arxada qalır. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanda sabitlik təmin edildi. Sabitliyin mənbəyi xalq-iqtidar birliyidir. Dünyada gedən xoşagəlməz proseslər, qanlı toqquşmalar, müharibələr, münaqişələr göstərir ki, sabitlik olmayan yerdə inkişafdan söhbət gedə bilməz. Azərbaycan xalqı 2017-ci ildə sabitlik şəraitində yaşamışdır.

    Bizim beynəlxalq əlaqələrimiz bu il daha da genişləndi. Bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı gündən-günə artır. Azərbaycan dünyada özünü ləyaqətli və etibarlı tərəfdaş kimi göstərir. Qonşu ölkələrlə əlaqələrimiz daha yüksək pilləyə qalxmışdır. Bu əlaqələr hər bir ölkə üçün çox önəmlidir, bizim üçün də. Bütün qonşularımızla qarşılıqlı hörmət əsasında dostluq əlaqələrimiz regional sabitliyə müsbət təsir göstərir.

    Azərbaycan bu il İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal iştirak edib və İslam həmrəyliyinin inkişafına, güclənməsinə öz dəyərli töhfəsini vermişdir. Bildiyiniz kimi, 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmuşdur və bu il ərzində həm ölkə daxilində, həm xaricdə bir çox önəmli tədbirlər keçirilmişdir. Eyni zamanda, bu il Avropa İttifaqı ilə əlaqələrimiz yeni pilləyə qalxıb, yeni saziş üzərində danışıqlar başlamışdır. Bildiyiniz kimi, keçən il Azərbaycanda “Multikulturalizm İli” elan olunmuşdur. Azərbaycan dinlərarası, mədəniyyətlərarası dialoqun inkişafında öz dəyərli rolunu oynayır və hesab edirəm ki, dünya miqyasında bu sahədə mərkəzlərdən birinə çevrilmişdir.

    Mən bu il 20-dən çox xarici səfər etmişəm. Bu səfərlər çərçivəsində Azərbaycanın milli maraqlarını müdafiə etmişəm. Deyə bilərəm ki, xarici tərəfdaşlarla əlaqələrimiz bir daha göstərir ki, Azərbaycanın dünya miqyasında çox müsbət imici və reputasiyası vardır.

    Xarici siyasətimizin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllidir. Bu istiqamətdə nəticələr olmasa da, hesab edirəm ki, 2017-ci ildə bizim mövqelərimiz daha da möhkəmləndi. Birinci onu qeyd etməliyəm ki, separatist rejim tərəfindən keçirilmiş qondarma “referendum” dünya ictimaiyyəti tərəfindən qəbul edilmədi. Nə qonşu ölkələr, nə Avropa İttifaqı, nə də ki bütün başqa ölkələr bu qondarma “referendum”u tanımadılar və beləliklə, bir daha göstərdilər ki, bütün dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bu da təbiidir. Çünki Dağlıq Qarabağ bizim əzəli tarixi torpaqlarımızdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb, qurub. Sadəcə olaraq, mənfur qonşular tərəfindən bizim tarixi, dini abidələrimiz məhv edilibdir və uzun illərdir ki, bu torpaqlar işğal altındadır.

    Hesab edirəm, ikinci önəmli məsələ ondan ibarətdir ki, Ermənistan qeyd-şərtsiz danışıqlara qoşuldu, baxmayaraq ki, şərt qoyurdu. Aprel məğlubiyyətindən sonra Ermənistan tərəfindən irəli sürülmüş heç bir şərt Azərbaycan tərəfindən qəbul edilmədi. Danışıqlar qeyd-şərtsiz bərpa edildi. Ümid edirəm ki, danışıqlar nəticəsində biz məsələnin həllinə nail ola bilərik. Əlbəttə ki, danışıqlarda bizim mövqeyimizi güclü iqtisadi və hərbi potensial daha da gücləndirir. Aprel məğlubiyyətindən sonra Ermənistan hələ də özünə gələ bilməyib. Hesab edirəm, bu məğlubiyyət onlar üçün yaxşı dərs olmalıdır, bir daha bütün dünyaya göstərməlidir ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq.

    Aprel qələbəmizdən sonra Ağdərə, Cəbrayıl, Füzuli rayonlarında vaxtilə işğal altında olmuş torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Gün gələcək bizim bayrağımız bu gün hələ də işğal altında olan bütün torpaqlarda, o cümlədən Şuşada dalğalanacaqdır. Bunu deməyə əsas verən Azərbaycan xalqının əyilməz iradəsidir, Azərbaycan rəhbərliyinin siyasətidir.

    Bu il Cocuq Mərcanlı kəndinə uzun fasilədən sonra həyat qayıtdı. Cocuq Mərcanlının inkişafı bizim əyilməz ruhumuzun rəmzidir. Uzun illər o kəndin sakinləri başqa yerlərdə yaşamışlar. Ancaq Azərbaycan dövləti orada qəsəbə salandan sonra onlar öz doğma torpağına qayıtmışlar. Cocuq Mərcanlının bərpası bizim qürur mənbəyimizdir. Bu gün orada 150 evdən ibarət gözəl qəsəbə salınıb, məktəb, tibb məntəqəsi, uşaq bağçası və Şuşa məscidinin – vəhşi qonşular tərəfindən dağıdılmış Şuşa məscidinin bənzəri olan məscid tikilib.

    Qeyd etməliyəm ki, bu il məcburi köçkünlərin problemlərinin həlli işində digər çox önəmli və deyə bilərəm ki, tarixi hadisə baş vermişdir. Vaxtilə işğal altında olan Şıxarx qəsəbəsində 1170 ailə üçün tikilmiş şəhərcik açılmışdır. Bu önəmli hadisə bir tərəfdən onu göstərir ki, məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Digər tərəfdən, onu göstərir ki, işğaldan azad edilmiş torpaqlarda Azərbaycan yeni həyat qurur, yeni ictimai binalar, yaşayış binaları salınır və minlərlə köçkün bu torpaqlara qayıdır.

    Bizim hərbi potensialımız bu il də diqqət mərkəzində olmuşdur. Ordumuz üçün nə lazımdırsa onu da biz həll etdik. Bu gün bütün beynəlxalq reytinqlər göstərir ki, Azərbaycan Ordusu nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır. Düşmən bunu bilir və bilməlidir. Bundan sonra da ordu quruculuğu üçün bütün lazımi tədbirlər görüləcək, yeni texnika, silahlar, ən müasir döyüş vasitələri alınır və alınacaqdır.

    Əlbəttə ki, qarşımızda duran bütün vəzifələri icra etmək üçün güclü iqtisadiyyat lazımdır. Biz bu istiqamətdə də bu il çox fəal işləmişik. 2017-ci il tarixdə dərin, köklü və nəticə verən iqtisadi islahatlar ili kimi qalacaqdır. Baxmayaraq ki, neftin qiyməti hələ də aşağı səviyyədədir və Azərbaycanda neftin hasilatı düşür, Azərbaycan apardığı islahatlar nəticəsində çətin vəziyyətdən şərəflə çıxa bilmişdir. Bunu beynəlxalq mötəbər təşkilatlar da qeyd edir. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına, ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə Azərbaycan dünya miqyasında 35-ci yerdədir. Bu, ilk növbədə, onu göstərir ki, ölkəmizdə aparılan çox ciddi islahatlar gözəl nəticələr verir.

    Bu il iqtisadiyyatın qeyri-neft sektoru 2 faizdən çox, iqtisadiyyatımızın qeyri-neft sənayesi 3 faizdən çox, kənd təsərrüfatı isə 4 faizdən çox artmışdır. Hesab edirəm ki, indiki şərait üçün bu, çox yaxşı nəticədir. Əminəm ki, 2018-ci ildə rəqəmlər daha da böyük olacaq. Eyni zamanda, biz öz valyuta ehtiyatlarımızdan da çox səmərəli şəkildə istifadə etdik. Baxmayaraq ki, neftin qiyməti aşağı düşüb, biz valyuta ehtiyatlarımızı artıra bilmişik, özü də böyük dərəcədə. Valyuta ehtiyatlarımız 4,5 milyard dollardan çox artmışdır. Bu da bizim strateji ehtiyatımızdır, bizə həm iqtisadi, həm də siyasi müstəqillik verən və onu gücləndirən amillərdən biridir.

    Azərbaycanın regionları bu il sürətlə inkişaf etmişdir. Mən bu il regionlara 30-dan çox səfər etmişəm. Hər yerdə quruculuq-abadlıq işləri göz oxşayır.

    Bu il neft-qaz sektorunda tarixi hadisələr baş vermişdir. “Azəri-Çıraq-Günəşli” neft yatağının istismar müddətinin uzadılması məsələsi həll olundu. Bu kontrakt 2050-ci ilə qədər qüvvədə olacaq və ölkəmizə milyardlarla dollar gəlir gətirəcək. Sadəcə olaraq, Azərbaycana verilən bonus 3 milyard dollardan çoxdur. Cənub Qaz Dəhlizinin icrası demək olar ki, son mərhələyə qədəm qoyub. Gələn il TANAP layihəsinin açılışı gözlənilir. Bu da tarixi hadisədir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində çox önəmli tərəfdaşa çevrilir.

    Bu il digər tarixi layihə öz həllini tapmışdır, Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi Bakıda keçirilmişdir. Bu dəmir yolu layihəsi qitələri birləşdirir. Bakı-Tbilisi-Qars Asiya ilə Avropa arasında ən qısa və etibarlı yol olacaq, bundan sonra onilliklər ərzində Azərbaycana həm iqtisadi, həm siyasi dividentlər gətirəcək. Azərbaycan önəmli tranzit ölkəsinə çevrilir. Əgər biz Şimal-Cənub nəqliyyat dəhlizini də qeyd etsək görərik ki, Azərbaycan dünya miqyasında, - baxmayaraq ki, bizim açıq dənizlərə çıxışımız yoxdur, - strateji nəqliyyat mərkəzinə çevrilir.

    Bu il idmançılarımız bizi qələbələrlə sevindirmişlər. Bakıda ən yüksək səviyyədə keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları birinci yerə layiq görüldülər. Bütün müsəlman aləmində birinci yeri qazanmaq çox böyük tarixi nailiyyətdir. Əgər biz 2015-ci il Avropa Oyunlarını yada salsaq, orada da Azərbaycan komandası ikinci yerdə idi. Yəni, bu, bir daha onu göstərir ki, Azərbaycan güclü idman dövlətidir.

    Bu il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmuşdur. Hər zaman olduğu kimi, Azərbaycan bütün məsələlərdə İslam həmrəyliyinin güclənməsinə öz töhfəsini verir. Bu il də istisna olmamışdır.

    Bir sözlə, 2017-ci il ölkəmiz üçün uğurlu olub, əminəm ki, gələn il də uğurlu olacaqdır. Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Fürsətdən istifadə edərək bütün dünyada yaşayan azərbaycanlıları bu bayram münasibətilə təbrik edirəm.

    Hörmətli həmvətənlər, mən sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə bir daha ürəkdən təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik arzulayıram.

    Bayramınız mübarək olsun!
    DİGƏR XƏBƏRLƏR
    Latest News
    1. Masallıda tütün yığımına başlanılıb
    2. Masallı Rayon Mənzil İstismar Sahəsi təmizlik işlərini davam etdirir
    3. Qida Təhlükəsizliyi Agentliyi Masallıda reyd keçirib
    4. Masallının Sığdaş kənd sakinindən nümunəvi addım
    5. Masallı RİH başçısı tərəfindən vətəndaşların növbəti videoqəbulu
    6. Masallıda pandemiya ilə bağlı görülmüş işlər barədə
    7. Masallıda karantin qaydalarının pozulması hallarına qarşı reydlər
    8. Masallıda təhsil işçilərinin onlayn müşavirəsi keçirilib
    9. Masallıda növbəti virtual qəbul keçirilib
    10. Masallı Rayon İcra Hakimiyyəti başçısından yeni təyinatlar
    11. MASALLIDA QADIN MOLLALARLA MAARİFLƏNDİRİCİ VİDEOMÜŞAVİRƏ KEÇİRİLİB
    12. Masallıda xüsusi karantin rejiminin sərtləşdirilməsilə bağlı rayon icra hakimiyyəti başçısının geniş tərkibdə onlayn müşavirəsi keçirilib
    13. MASALLIDA “MƏNİM POLİSİM” ADLI SOSİAL AKSİYA KEÇİRİLİB
    14. Masallı RİH başçısı növbəti onlayn qəbul keçirib
    15. Koronavirusun profilaktikası çərçivəsində Masallıda reydlər davam etdirilir
    16. Masallıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni inşa olunacaq uşaq bağçasının təməli qoyuldu
    17. Milli mətbuatımızın 145 illik yubileyi ölkəmizdə geniş qeyd olunacaq
    18. MASALLIDA TAXIL BİÇİNİ BAŞA ÇATDI
    19. MASALLIDA İCRA BAŞÇISININ NÖVBƏTİ VİRTUAL QƏBULU
    20. Masallıda karantin rejiminə ciddi nəzarət olunur
    21. Dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsünü dəstəklədi
    22. MASALLININ KOLATAN KƏNDİNDƏ YOLLAR TƏMİR EDİLİR
    23. Bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir
    24. MASALLI: OPERATİV QƏRARGAH (COVİD–19)—QAYNAR XƏTT
    25. Masallıda pandemiya ilə bağlı tədbirlər davam edir
    26. Kərim Ağayev “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub - MASALLI
    27. Masallıda RİH başçısı növbəti onlayn qəbulunu keçirib
    28. Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin nəticələri
    29. Masallıda xüsusi karantin rejiminin sərtləşdirilməsilə bağlı onlayn müşavirə keçirilib
    30. MASALLI RİH BAŞÇISININ NÖVBƏTİ VİRTUAL QƏBULU
    31. MASALLIDA - Şərəfə kəndində çiyələk yığımı
    32. MASALLIDA TÜTÜN ƏKİNİ BAŞA ÇATIB
    33. Masallı RİH başçısının növbəti virtual qəbulu
    34. Masallıda xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı onlayn müşavirə keçirilib
    35. MASALLIDA TAXIL BİÇİNİ DAVAM EDİR
    36. Torpağın sinəsini bəzəyən xırmandalılar
    37. MASALLIDA BARAMA TƏDARÜKÜ DAVAM EDİR
    38. Masallıda RİH başçısı növbəti dəfə virtual qəbul keçirib
    39. Masallıda onlayn şahmat yarışı keçirilib
    40. Masallı məktəblilərinin Respublika Fənn Olimpiadalarında uğurlu nəticələri
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Masallı turizm mərkəzinə çevrilir
    Masallı turizm mərkəzinə çevrilir
     Masallı turizm mərkəzinə çevrilir İstisuda müalicəvi turizm şəhərciyinin salınması təkcə rayonu yox, bölgəni böyük mərkəzə Ətraflı oxu
    All news
    «     2020    »
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    World News