• In Masally very hard-working, patriotic and true citizens of Azerbaijan live...
  • Heydar Aliyev
  • AZ
  • RU
  • » » Toy mağarına “Vağzalı” ilə deyil, “Azərbaycan əsgəri” marşının sədaları ilə daxil olan şəhid mayor Anar Novruzov

    Toy mağarına “Vağzalı” ilə deyil, “Azərbaycan əsgəri” marşının sədaları ilə daxil olan şəhid mayor Anar Novruzov

    Toy mağarına “Vağzalı” ilə deyil, “Azərbaycan əsgəri” marşının sədaları ilə daxil olan şəhid mayor Anar Novruzov
     
    “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının bir qrupu yüksək dövlət mükafatları ilə təltif olunublar. Onların arasında mayor Novruzov Anar Gülverdi oğlunun da adı var. O, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
    Qarabağ müharibəsində Aprel qələbəsinin davamı kimi İyul döyüşlərindən sonra da Azərbaycan xalqı, dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımız bir daha milli birlik, ordumuza, əsgər və zabitlərimizə həmrəylik nümayiş etdirdi.
    Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində şəhid olmuş hərbi qulluqçumuz Novruzov Anar Gülverdi oğlu iyulun 14-də Masallı rayonunun Ərkivan qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.
    Aprel və İyul döyüşlərinin qəhrəmanı Anar Novruzov 1976-cı il mayın 12-də Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. Ailənin sonbeşiyi olan Anar qəsəbədəki C.Cabbarlı adına tam orta məktəbi əla qiymətlərlə bitirib.
    A.Novruzov 1993-cü ildə Bakı Neft Texnikumuna daxil olsa da, 6 aydan sonra işğal altında olan torpaqlarımızı geri qaytarmaq niyyəti ilə orduya yazılıb. Sonra təhsilini davam etdirib.
    1999-cu ildə Ali Birləşmiş Komandanlıq Məktəbini (indiki Heydər Əliyev adına Ali Hərbi Məktəbini) bitirib, “Taktiki motoatıcı qoşunları komandiri” ixtisasına yiyələnib. 1998-2013-cü illərdə ön cəbhə bölgələrində, 2013-2018-ci illərdə Sumqayıtda Vətənə xidməti borcunu ləyaqətlə yerinə yetirib.
    2016-cı ilin Aprel döyüşlərində iştirak edən igid zabit qəlpə yarası alıb, 2018-2020-ci illər ərzində ən qaynar döyüş bölgələrində olub.
    Türkiyədə mükəmməl peşəkar təlim keçən cəsur zabitimiz 25 ildən artıq hərb sahəsində çalışıb, siyasi işlər üzrə tabor komandirinin müavini vəzifəsinə kimi yüksəlib.
    Hündürboylu, sağlam bədənli Anar sanki hərb üçün doğulmuşdu. Xidmət etdiyi illərdə hərbi texnikanın sirlərini dərindən mənimsəyib. Snayperdən atdığı dəqiq atəşlə onlarla düşmən əsgər və zabitini məhv edib.
    Döyüş dostlarının dediyinə görə, tabeliyində olan əsgərlərlə sanki dost, qardaş kimi davranan təcrübəli zabit çətin məqamlarda yüz ölçüb-bir biçməyi üstün tutarmış.
    A.Novruzov müxtəlif illərdə Müdafiə Nazirliyinin “Qüsursuz xidmətə görə” I, II, III dərəcəli, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” yubiley medalları, eləcə də rəhbərlik tərəfindən döyüşlərdə, ictimai-siyasi və mənəvi-psixoloji hazırlığında əldə etdiyi yüksək nailiyyətlərə görə Fəxri fərmanlarla təltif edilib.
    2003-cü ildə ailə həyatı quran cəsur döyüşçü toy mağarına “Vağzalı” musiqisi əvəzinə, “Azərbaycan əsgəri” marşının sədaları altında daxil olub, “Qarabağ şikəstəsi” ilə məclisi yekunlaşdırıb.
    Həyat yoldaşı Nazilə xanım Anar haqqında kövrələ-kövrələ danışırdı: “Çətinliyimiz də, xoş günlərimiz də olub. Anar deyib-gülən, zarafatcıl idi. Onun üçün hər şeydən əvvəl Vətən qarşısında xidməti borc idi. Hər dəfə evə gələndə cəbhədə atəşkəs rejiminin pozulduğunu eşidəndə bir yerdə qərar tutmur, hərbi hissəyə qayıtmağa tələsirdi. Elə sonuncu dəfə evə gələndə də belə oldu. Səhhətindəki problemə məhəl qoymadan, müalicə almadan döyüşə qatıldı. Xidməti ilə əlaqədar onu çox sorğu-suala tuta bilmirdik. Narahat olmamağımız üçün çox şeyi bizdən gizlədərdi. Elə Aprel döyüşlərində yaralanmasını, bir neçə gün hospitalda müalicə almasını da sonradan bildik...”.
    İgid zabitimiz 25 ildən artıq xidmət etməsinə baxmayaraq, o, döyüş meydanından geri çəkilmədi, irəliyə, gələcəyə inamla, ümidlə baxdı. Əbədiyaşarlıq qazanmağa can atdı və buna nail oldu. Övladları da atalarının arzusunu göyərtmək niyyətindədirlər. 13 yaşlı oğlu Nihad hərbi həkim, on birinci sinif şagirdi Firuzə isə polis olmaq istəyir.
    Bu gün Anarı bütün xalq tanıyır, onunla fəxr edir. Qürurluyuq ki, sinəsini Vətənə sipər edən Anar Novruzov sağlığında düşməndən intiqamını aldı.
    Bu gün hər birimiz təskinlik tapırıq ki, igid eloğlumuzun uyuduğu bu müqəddəs məkan, bir parça torpaq bütün azərbaycanlıların, Vətənimizi, xalqımızı sevən hər kəsin and, ziyarət yerinə çevrilib.
    Bu gün hər bir masallılı qürurludur ki, xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb qanı ilə yazdı Anar. Hər bir ərkivanlı fəxr edir ki, uluların bizə miras qoyduğu torpaqlarımız uğrunda son damla qanına kimi vuruşub, müqəddəslik zirvəsini fəth etdi Anar. Novruzovlar ailəsinin ümid çırağını yandırmağa müvəffəq oldu. Nə ölümdən qorxdu, nə də düşməndən...
     




     
    DİGƏR XƏBƏRLƏR
    Latest News
    1. Prezident İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib
    2. Prezident İlham Əliyev Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edib
    3. Masallıda Xocalı soyqırımı ilə bağlı anım tədbirləri keçirilib
    4. Masallıda "Nizami Gəncəvinin əsərlərinin səhnələşdirilməsi" adlı onlayn layihəyə start verilib
    5. Masallının din xadimləri Xocalı soyqırımı qurbanlarını anıblar
    6. YADDAŞLARDAN SİLİNMƏYƏN FACİƏ
    7. Masallıda “Yeni Azərbaycan Partiyası Qələbələr partiyasıdır” mövzusunda onlayn görüş keçirilib
    8. Masallı şahmatçısı respublika birinciliyində ikinci yeri tutub
    9. Uzaqgörən siyasətçi, görkəmli dövlət xadimi
    10. Masallıda "Xocalı soyqırımı XX əsrin faciəsidir" mövzusunda onlayn tədbir keçirilib
    11. Masallıda operativ qərargahın növbəti onlayn müşavirəsi keçirilib
    12. Masallıda “Ana dilimiz milli-mənəvi sərvətimizdir” mövzusunda onlayn tədbir keçirilib
    13. Masallı gəncləri qazini evində ziyarət ediblər
    14. Azərbaycanın Vətən müharibəsində qazandığı böyük qələbəsi ölkəmizin gələcək inkişafını daha da sürətləndirir
    15. "Dəmir yumruq" əməliyyatı tarixi ədaləti bərpa etdi
    16. 44 günlük müharibə milli birliyimizi, ordumuzun qüdrətini dünyaya nümayiş etdirdi
    17. Prezidentin işğaldan azad edilən rayonlara səfəri hər birimizdə qürur və nikbinlik doğurur
    18. Qarabağımız cənnətə çevrilmə mərhələsindədir
    19. Masallıda Xocalı soyqırımına həsr olunmuş virtual kompozisiya nümayiş olunub
    20. Şəhid Masim Qurbanovun 40 mərasimi
    21. Masallıda "Xocalı soyqırımı tariximizin qan yaddaşı" mövzusunda gənclərlə onlayn görüş keçirilib
    22. Masallıda Milli Qəhrəmanın xatirəsi ehtiramla yad edilib
    23. Masallılı gənclər idmançı şəhidin ailəsini ziyarət ediblər
    24. Zəfər qələbəsini həm siyasətdə, həm də döyüş meydanında qazandıq
    25. Bu səfərlər böyük tarixi əhəmiyyət kəsb edir
    26. Masallıda müharibə veteranı şöbə müdiri təyin edilib
    27. Masallı RİH başçısı peyvəndləşmə prosesi ilə tanış olub
    28. SƏNAN ƏTİRLİ TORPAQ
    29. YAP Masallı Rayon Təşkilatı şəhid ailələrini ziyarəti davam etdirir
    30. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar
    31. Masallılı məşqiçi-müəllim fəxri adla mükafatlandırılıb
    32. QƏLƏBƏNİN 100-Cİ GÜNÜ
    33. Masallı gəncləri Dövlət Rəmzləri Muzeyinə ekskursiya ediblər
    34. YAP Masallı Rayon Təşkilatının onlayn hesabat yığıncağı keçirilib
    35. Masallı Xalq Teatrı virtual tamaşa-kompozisiya ilə çıxış edib
    36. Masallıda arıçılıq təsərrüfatlarının sayı artıb
    37. Ombudsman Masallıda şəhid ailələrini ziyarət edib
    38. Masallıda ümumi məhsul istehsalında artım qeydə alınıb
    39. Bir milyona yaxın əhalimizin öz dədə-baba yurdlarına qayıtması əlbəttə ki, Böyük Qayıdışdır
    40. Milli prioritetlərin mütləq üstünlüyü bu proqramda öz əksini tapacaq
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    All news
    «     2021    »
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    World News