• In Masally very hard-working, patriotic and true citizens of Azerbaijan live...
  • Heydar Aliyev
  • AZ
  • RU
  • » » Əzizimiz Şirvan müəllim

    Əzizimiz Şirvan müəllim

    Əzizimiz Şirvan müəllim

    Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasının formalaşmasında, sıralarını gündən-günə genişləndirən YAP Masallı rayon təşkilatının təməlinin qoyulmasında və fəaliyyətində Şirvan Əbilovun xidmətləri böyükdür. Onun təşkilatçılığı ilə YAP rayon təşkilatı təxminən 9 nəfərlə formalaşmışdısa, bu gün təşkilatımızın sıralarında artıq 11000 nəfərdən çox partiya üzv birləşir. Şirvan müəllimin Ulu Öndər Heydər Əliyevə sonsuz məhəbbəti, Möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu siyasətinin əhali arasında təbliğ olunması sahəsində göstərdiyi fəallıq, partiya həyatında yaxından iştirakı partiyamızın nüfuzunun yüksəlməsinə və sıralarının gündən-günə genişlənməsinə səbəb olurdu. Qürur hissi ilə qeyd etmək lazımdır ki, rayon təşkilatımız yarandığı gündən bu günə kimi respublikanın qabaqcıl təşkilatları sırasındadır.
    Şirvan Rəşid oğlu Əbilov 1932-ci il sentyabrın 10-da Masallı rayonunun Mahmudavar kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1951-ci ildə Boradigah qəsəbə orta məktəbini əla qiymətlərlə bitirmiş, 1951-1956-cı illərdə Gəncə Kənd Təsərrüfatı Akademiyasında təhsil almış, 1957-1960-cı illərdə Masallı rayonunun Qızılavar və Mahmudavar kəndlərində kolxozun baş aqronomu, 1960-1963-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin 27 saylı dəstəsinin rəisi, 1963-1969-cu illərdə Azərbaycan KP Masallı Rayon Komitəsində təlimatçı və partya komisiyasının sədri,1969-1979-ci illərdə Masallı Rayon Daxili İşlər Şöbəsində siyasi tərbiyə işləri üzrə rəis müavini, (1973-1975-ci illərdə) Bakı Milis Məktəbində (indiki Polis Akademiyası) qiyabi təhsil almış və oranı əla qiymətlərlə bitirmiş, 1979-1988-ci illərdə Cəllabad Rayon Daxili İşlər Şöbəsində pasport bölmə rəisi,1988-1992-ci illərdə Mahmudavar kəndində sovxoz direktoru,1993-2007-ci illərdə YAP Masallı rayon təşkilatının sədri,1993-1999-cu illərdə Boradigah 1 saylı çay fabrikinin direktor müavini, 1999-2007-ci illərdə Masallı Rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin sədri vəzifəsində çalışmışdır.
    Şirvan Əbilovun həyat və fəaliyyətinin ən mənalı və məzmunlu dövrü ötən əsrin 90-cı illərin əvvələrindən başlandı. Belə ki, o, xalqın, vətənin taleyini öz taleyinə çevirərək, seyrçi mövqedə durmadı, əsl vətənpərvər kimi ictimai-siyasi hərəkata qoşuldu. Bu dövrlərdə Vətənimiz Azərbaycanın başının üstünü qara buludlar almış, ölkəmiz çox ağır siyasi-iqtisadi, sosial-mənəvi böhranla üzləşmişdi. Torpaqlarımız erməni qəsbkarları tərəfindən zəbt olunur, hərbi uğursuzluqlar bir-birini əvəz edirdi. Ölkədə siyasi hakimiyyət uğrunda mübarizə gərginləşir, müxtəlif siyasi qüvvələr arasında qarşıdurma güclənir, ziddiyyətlər dərinləşirdi. Vəziyyət vətəndaş müharibəsi həddinə çatmışdı. İqtisadiyyatın dağılması nəticəsində respublikada ciddi ərzaq qıtlığı, kütləvi aclıq təhlükəsi yaranmışdı. Ümumiyyətlə, Azərbaycan böyük bir fəlakət və uçurumun kənarında olmaqla, məhv olub dağılmaq ərəfəsində idi. Ölkəni baş alıb gedən total hərc-mərclik və anarxiyadan xilas etmək üçün xalqın böyük rəhbərə, dahi şəxsiyyətə, zamanın qəhrəmanına ehtiyacı var idi. Bu xilaskarlıq missiyasını Böyük Tanrı, Ulu Öndər Heydər Əliyevin taleyinə yazmışdı, zaman ona möhtac idi, onunla nəfəs alırdı, tarix bu dahi insanın diqtəsi ilə yaranırdı. Tarixi yalnız kütlələr, xalq deyil, həm də tarixi hadisələrə öz fərdi təsirini göstərən, ona rəhbərlik edən böyük və görkəmli şəxsiyyətlər yaradırlar.
    İngilis filosofu, tarixçisi və publisisti T.Karneyl (1795-1881) yazırdı: “Ümumdünya tarixi, əslində yer üzündə zəhmət çəkmiş böyük insanların tarixidir, onların əməlləri bəşər tarixinin ruhudur... Nə qədər oğul vardır ki, xalqlar onların şöhrəti arxasında dayanıb...” Tarixdə şəxsiyyətin rolu danılmazdır. Buna bariz nümunə Heydər Əliyev idi. Bəhs etdiyimiz dövrdə xaq böyük fəlakətlərin yaxınlaşdığını hiss edirdi. Ölkənin uzaqgörə, mütərəqqi qüvvələri, tanınmış şəxsiyyətləri, qabaqcıl adamları, ziyalıları, sadə əmək adamları ardıcıl olaraq Heydər Əliyevə müraciət edir, dəfələrlə onun yanına - qədim Naxçıvana gedib xalqın, ölkənin, dövlətin, vətənin xilası naminə ondan yenidən böyük siyasətə qayıtmasını xahiş edir, ona çoxsaylı müraciətlər ünvanlayırdılar. Ulu Öndər o illəri xatırlayaraq sonralar deyirdi: ”Vətənpərvər insanlar Azərbaycanı ağır vəziyyətdən çıxartmaq üçün axtarış apararkən çox vaxt mənim adım üzərində durur, böyük çətinliklərə baxmayaraq, Naxçıvana gəlir, mənə müraciət edirdilər. Mən onların hamısına dərin təşəkkürümü bildirirəm” (“İki sahil” qəzeti,10 sentyabr,2002). H.Əliyevin yenidən siyasətə qayıtmasını isə o dövrün iqtidarı heç cür qəbul etmək istəmir, onlar buna görə ciddi təşviş keçirir, nəyin bahasına olursa-olsun, hətta fiziki cəhətdən məhv etmək istəyir, ona qarşı hər cür sui-qəsdlərə, terrora əl atır, əleyhinə güclü təbliğat kampaniyaları aparılırdı. Ölkədə nəinki Heydər Əliyevi açıq müdafiə etmək, hətta haqqında xoş söz demək, adını çəkmək belə böyük cəsarət tələb edirdi. Belə bir çətin və mürəkkəb şəraitdə ölkənin vətənpərvər ziyalılarından biri kimi Şirvan Əbilov doğru-düzgün seçim edərək Azərbaycanın nicatını və xoşbəxtliyini xalqın yeganə və alternativsiz rəhbəri, görkəmli siyasətçi, dahi xilaskar Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasında görür və bu amalı uğrunda mübarizəyə qoşulur.
    ...19 noyabr 1992-ci il tarixdə Şirvan Əbilov Yeni Azərbaycan Partiyasının təsis konfransında iştirak etmək üçün təyyarə ilə Bakıdan Naxçıvana yola düşən 40 nəfərdən biri, cənub bölgəsindən isə yeganə nümayəndə idi. O, böyük bir hərəkatda, siyasi həyatda ilk uğurlarını qazandı. Yeni Azərbaycan Partiyasının təsis konfransında iştirak etmiş, 550 nəfər nümayəndə arasında çıxış edən 17 nəfərdən biri, Siyasi Şuranın 51-ci, hazırda üzvlərinin sayı 700 mindən çox olan YAP-ın 71-ci üzvü oldu (partiya biletinin №-si 000071-dir) (“İki sahil” 5 may 2001-ci il, 8 sentyabr 2007, ”Azad söz ” 15 noyabr 2002, ”Səs” 10 sentyabr 2002 qəzetləri). Ş.Əbilov yaşadığı bölgənin əhalisinin mütləq əksəriyyətinin iradəsini konfransda ifadə etdi.
    Ş.Əbilovun ömür yolunu təhlil edərkən, məlum olur ki,onun həyatının ən şərəfli səhifəsi Ulu Öndər Heydər Əliyevlə bağlı anlardır, xüsusilə Naxçıvan səfəri, YAP-n təsis konfransında iştirakıdır. O dövrdə Naxçıvana gedib Heydər Əliyevlə görüşmək böyük cəsarət, qəhrəmanlıq tələb edirdi. Ümummilli Lider Heydər Əliyev YAP-nın 10 illiyinə həsr olunmuş yubiley mərasimində partiyanın yaranması ilə əlaqədar keçmiş illəri xatırlayarkən demişdi:”... Beləliklə, o dövrü bu gün burada yada salanda, dünən o sənədləri oxuyanda düşündüm ki, həm bizim partiyanı yaratmağa təşəbbüs göstərənlərin, can atanların, həm də 1992-ci il noyabrın 21-də Naxçıvanda təsis konfransında iştirak edənlərin hamısı həqiqətən vətənpərvər, uzaqgörən olublar. Azərbaycanın aqibəti haqqında düşünüblər, millət, Vətən, xalq haqqında düşünüblər” (“Azərbaycan müəllimi” qəzeti, 29 noyabr-5 dekabr, 2002-ci il).
    Möhtərəm Prezidentimiz İlham Əliyev YAP-ın 15 illik yubileyi ilə əlaqədar mərasimdə həmin illəri bir daha xatırlayaraq demişdi: “O vaxt noyabrın 21-də Naxçıvanda yığışmış insanlar əsl vətənpərvər insanlar, cəsarətli insanlar idi. Çünki o vaxt Azərbaycanda azad söz boğulurdu, Azərbaycanda senzura tətbiq edilirdi. Başqa fikirdə olan insanlar təqib edilirdi, onlara qarşı fiziki təzyiqlər göstərilirdi, həbs olunurdular. Sərbəst toplaşmaq azadlığı qadağan edilmişdi. O ağır şəraitdə Naxçıvana gəlmək, Heydər Əliyevlə görüşmək belə, böyük qəhrəmanlıq hesab olunurdu. Ancaq bu insanlar, bu cəsarətli və vətənpərvər insanlar öz hərəkətləri ilə əlbəttə ki, Yeni Azərbaycan Partiyasının yaradılmasında öz rolunu oynamışlar və bütövlükdə Azərbaycanın o bəlalardan qurtarmasında və Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsində fəal rol oynamışlar. Biz bunları unutmamalıyıq. O insanların fəaliyyətini yüksək qiymətləndirməliyik və bu gün bu, belədir” (“Respublika” qəzeti, 23 noyabr 2007-ci il). “İki sahil”qəzeti 10 sentyabr 2002-ci il tarixli sayında yazılır:” 1992-ci ilin həmin dövründə quş-quşluğu ilə qorxudan Naxçıvana uça bilmirdi ki, Heydər Əliyevə məktub aparır, deyə göydə vurarlar. Şirvan Əbilov isə AXC–Müsavat hakimiyyətinin təqiblərindən, hədələrindən qorxub-çəkinməyərək Naxçıvana getdi, Heydər Əliyevdən Azərbaycana rəhbərlik etmək üçün Bakıya qayıtmağı xahiş etdi. Onu da deyim ki, Şirvan müəllimi Heydər Əliyevə sevdirən xüsusiyyət onun əqidə bütövlüyü, qorxmazlığı, cəsarətidir... Bu doğrudan da böyük qəhrəmanlıq idi.
    Naxçıvandan qayıtdıqdan sonra Şirvan Əbilov YAP-nın Cənub bölgəsində təşkil olunması işinə başladı. O, ilk növbədə ailə üzvlərini, ən yaxın qohum-əqrabasını, sədaqətli dostlarını, tanışlarını, qonşularını ətrafına yığıb yaşadığı kənddə YAP-ın ilk dayaq dəstəsini, özəyini yaratmaq qərarına gəldi. Ona tezliklə kənd ziyalıları, əmək adamları, sadə insanlar qoşuldular və beləliklə, 28 noyabr 1992-ci il tarixdə Cənub bölgəsində, ilk dəfə yaşadığı Mahmudavar kəndində YAP-ın ilk özəyi, dayaq dəstəsi yarandı. Qısa müddət ərzində sıralarına 157 nəfər üzv, 335 nəfər təəssübkeş yazıldı (M.Mirzəyev:” Mahmudavar ”, səh. 44-45, B-1997).
    YAP-ın Cənub bölgəsində yaranması prosesi sürətləndi. 26 fevral 1993-cü ildə 165 nəfərin iştirakı ilə YAP Masallı rayon təşkilatının təsis konfransı keçirildi. Konfrans Ş.Əbilovu YAP rayon təşkilatının sədri seçdi.
    Şirvan Əbilov 1993-2007-ci ilədək YAP Masallı rayon təşkilatının sədri, YAP Siyasi Şurasının üzvü olmuş, partiya və dövlətin bütün tədbirlərində fəal iştirak etmiş, gərgin, məsul və şərəfli fəaliyyəti layiqincə qiymətləndirilmiş, fəxri fərmanlara, mükafatlara, təşəkkürlərə layiq görülmüş, dəfələrlə Ulu Öndər Heydər Əliyevlə və möhtərəm prezidentimiz İlham Əliyevlə görüşmüşdür. Hörmətli Prezidentimiz İ.Əliyev hər dəfə Masallıya səfər edəndə onu qarşılayan birincilər arasında Şirvan Əbilov olmuşdur.
    Möhtərəm Prezidentimiz İlham Əliyev 7 sentyabr 2007-ci il tarixdə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Şirvan Əbilova Azərbaycan Respublikasının fərdi təqaüdü verilməsi haqqında Sərancam imzalamışdır. Bu təqaüd Şirvan Əbilovun əməyinə verilən ən yüksək qiymətdir. Şirvan müəllimin ötən illərdəki fəaliyyəti ilə tanış olduqda məlum olur ki, onun mənalı ömrünün ən xoş anları Heydər Əliyevlə bağlı xatirələri, siyasi fəaliyyətinin müdriklik çağlarını yaşayan, mübarizədən qorxmayan cəsur bir insanın siyasi nəğməsidir. Ulu öndər Heydər Əliyev YAP-ın yaradılmasında böyük xidmətləri olmuş insanları, xüsusilə Ş.Əbilov kimi veteranları “Partiyanın qızıl fondu” adlandırmış və onlara müraciətlə “Siz fırtınalardan çıxmış adamlarsınız”-demişdi.
    Ümummilli Liderimiz Heydər Əliyevin bizə əmanəti olan müstəqil Azərbaycan, bu gün öz tarixinin ən şərəfli günlərini yaşayır! Azərbaycan Ordusu, əsgəri Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında dünya düzəninin yeni tarixini yazdı, işğal altında olan Vətən torpaqlarımızın azad olunmasını təkbaşına təmin etdi, xalqımızın, ordumuzun zəfər salnaməsini və yeni reallıq yaratdı! Azərbaycan ən qısa müddətdə Ermənistan üzərində qələbə qazandı. Torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Azərbaycan bayrağı Qarabağın hər yerində dalğalanır, tarixi ədalət bərpa edildi. Ulu Öndərimizin və bütün şəhidlərimizin ruhu hüzur tapdı.
    İnanıram ki,ölkəmizin ictima-siyasi həyatında, rayonumuzun abadlıq və quruculuq işlərində yaxından iştirak etmiş, həmçinin gənc nəslin milli-mənəvi dəyərlərə, dövlətçiliyimizə sədaqət ruhunda tərbiyə olumasında səy və bacarığını əsirgəməmiş Şirvan müəllimin əziz xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır!
     
    Seyfəddin ƏLİYEV,
    YAP Masallı Rayon Təşkilatının sədri. 
    DİGƏR XƏBƏRLƏR
    Latest News
    1. Azərbaycan Prezidenti İlham Əliyev ICESCO-nun Baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
    2. Azərbaycanda Medianın İnkişafı Agentliyi yaradıldı
    3. Prezident İlham Əliyev: Regionun bundan sonrakı davamlı və təhlükəsiz inkişafını təmin etmək üçün görüş çox vacib idi
    4. Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin ikitərəfli görüşü olub
    5. YAP Masallı Rayon Təşkilatı Gənclər Birliyi şəhid ailələri və qaziləri ziyarət ediblər
    6. Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfərə gəlib
    7. ANDINA, SÖZÜNƏ SAHİB – TORPAĞI VƏTƏNLƏŞDİRƏNLƏR
    8. RHİM İB-nin sədri Masallıda şəhid ailələri ilə görüşüb
    9. Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib
    10. Masallı Gənclər idarəsinin əməkdaşları qazi Nofəl Nuhuzadə ilə görüşüb
    11. YAP Masallı rayon təşkilatınının sədri qazilərlə görüşüb
    12. YAP Masallı RT Qadınlar Şurasının şəhid ailələri və qazilərə diqqəti
    13. Masallıda şəhid ailəsinə təqaüd kartı təqdim edilib
    14. Masallıda şəhid ailələri və qazilərə qayğı
    15. Masallıda şəhid ailələrinə diqqət göstərilir
    16. Masallı RİH başçısı şəhid ailələrini ziyarət edib
    17. Dünya azərbaycanlılarına
    18. BÖYÜK QƏLƏBƏDƏ MASALLI BİOLOJİ TƏBABƏTÇİLƏRİNİN DƏ PAYI VAR
    19. SƏN YAŞAYACAQSAN!
    20. “ZƏFƏRİMİZ QÜRURUMUZDUR” – Masallıda onlayn rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
    21. ÖLÜMSÜZLÜYƏ QOVUŞAN ELMİR
    22. İNTİQAMIN İNTİQAMINI DÖYÜŞ YOLDAŞLARI ALDI
    23. Arif Fərzəli: ZƏFƏR YAĞIŞI
    24. Əbədiyaşar şəhidlər
    25. Masallı və Laçın məktəbliləri arasında onlayn tədbir keçirilib
    26. Masallıda karantin qaydalarının pozulmasına qarşı reydlər davam edir
    27. Doing Business 2020 hesabatında Azərbaycanın göstəriciləri
    28. Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında iştirak edib
    29. Masallının çay plantasiyalarında qış becərməsinə başlanılıb
    30. Toy mağarına “Vağzalı” ilə deyil, “Azərbaycan əsgəri” marşının sədaları ilə daxil olan şəhid mayor Anar Novruzov
    31. Xalq düşmənə birlik, iradə, əzmkarlıq və milli ruh sayəsində qalib gəldi
    32. MASALLI – Xırmandalı körpüsü təmir edilib
    33. MASALLI – Köçəkli kəndində şəhidlərin xatirəsinə abidə ucaldılır
    34. Qardaşı Aprel döyüşlərində, özü isə Vətən müharibəsində - Şuşada şəhid oldu
    35. Masallıda doqquz mindən çox tut tingi əkilib
    36. MASALLI - Bədəlanda abidə-bulaq komleksi tikilir
    37. Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini qəbul edib
    38. Masallıda Azərbaycan xalqının Ümummilli Lideri anılıb
    39. Masallı məktəbliləri üçün “Gələcəyimizin könüllüləri” layihəsinə start verilib
    40. Masallıda Ümummilli Liderin anım günü ilə bağlı gənclərin onlayn konfransı keçirilib
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    All news
    «     2021    »
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    World News