• In Masally very hard-working, patriotic and true citizens of Azerbaijan live...
  • Heydar Aliyev
  • AZ
  • RU
  • » » Masallıda “Yeni Azərbaycan Partiyası Qələbələr partiyasıdır” mövzusunda onlayn konfrans

    Masallıda “Yeni Azərbaycan Partiyası Qələbələr partiyasıdır” mövzusunda onlayn konfrans

    Masallıda “Yeni Azərbaycan Partiyası Qələbələr partiyasıdır” mövzusunda onlayn konfrans 

    Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı partiyanın yaranmasının 28 illiyi ilə əlaqədar “Yeni Azərbaycan Partiyası Qələbələr partiyasıdır” mövzusunda onlayn konfrans keçirmişdir.
    İlk öncə Yeni Azərbaycan Partiyasının qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla yad edilmişdir.
    Sonra konfrans iştirakçıları Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətini izlədilər.
    Onlayn konfransı giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev acmış, Yeni Azərbaycan Partiyasının qurucusu və memarı Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
    Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev öncə 20 noyabr tarixinin Ağdamın, o cümlədən ölkəmizin tarixinə qızıl hərflərlə yazıldığını bildirib: "Sentyabrın 27-də işğalçı Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun apardığı 44 günlük Vətən müharibəsi qələbəmizlə başa çatdı və imzalanan üçtərəfli bəyanata uyğun olaraq işğalçı ölkə əsgərləri noyabrın 20-də tamamilə Ağdamdan çəkildilər. Mən bu qələbə münasibətilə başda cənab Prezidentimiz İlham Əliyev olmaqla Azərbaycan xalqını, o cümlədən masallıları təbrik edirəm". Çıxışına davam edən rayon təşkilatının sədri daha sonra partiyanın fəaliyyəti barədə ətraflı məlumat verib.
    Konfransda Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Masallı rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxış edərək bu əlamətdar gün münasibəti ilə konfrans iştirtakçılarını təbrik etmiş və Yeni Azərbaycan Partiyasının çətin şəraitdə yaradıldığını diqqətə çatdırmışdır: "Bu, həmin ərəfə idi ki, Azərbaycanda xaos hökm sürürdü, dövlət büdcəsi talan olunmuşdu, ölkədə hər addımbaşı cinayətlər törədilirdi. Müstəqil respublika elan olunsaq da, ancaq bu müstəqilliyi qoruyub-saxlamaq qeyri-mümkün bir hala çevrilmişdi. Azərbaycan xalqının çıxılmaz durumda olmasına baxmayaraq, o vaxt iqtidarda olanlar ancaq öz şəxsi niyyətlərinə, şəxsi arzularına xidmət edirdilər. Cəmiyyət ümumxalq inamına malik olan və ilk növbədə, milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu. Bu səbəbdən də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında yeni siyasi partiya yaratmaq istəyi ilə 1992-ci ilin oktyabrında ziyalılar "Səs" qəzeti vasitəsilə Ona müraciət ünvanladılar. 21 noyabr 1992-ci ildə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi”.
    Çıxaşını davam etdirən Şahin Məmmədov diqqəti ölkəmizin əldə etdiyi uğurlara qazanılan nailiyyətlərə və qələbələrə çəkərək bildirib ki, Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir: “Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərəcək, bir yumruq kimi dövlətimizin başçısının ətrafında sıx birləşəcək. Gələcək nəsillər 2020-ci ilin Zəfər tarixini qürurla öyrənəcəklər. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.
    Sonda Şahin Məmmədov qeyd etmişdir: “Rayonumuzda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı görülən tədbirlər çərçivəsində vətəndaşlar arasında maarifləndirmə işinin aparılması məqsədi ilə yaradılmış mobil qrupların fəaliyyəti davam etdirilməkdədir. Hər birimiz sosial məsuliyyətə əməl etməklə yanaşı digər insanlara da bunu təşviq etməli, insanları sosial məsuliyyətli olmağa çağırmalıyıq. Bu işləri görmək bizim vətəndaş kimi vəzifələrimizdən biridir.”
    Konfransda həmçinin Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının Şura üzvləri Əfrail Fərziyev, Seymur Nuriyev, Heydər Əliyev Mərkəzi ərazi ilk partiya təşkilatının sədri Dilbər İbayeva və başqaları çıxış edərək bildiriblər ki, çox zəngin, siyasi mübarizələrlə dolu şanlı tarixi olan YAP 28 illik fəaliyyəti dövründə müstəqil Azərbaycanın inkişafında son dərəcə mühüm rol oynayıb, dövlətçiliyimizin, dövlət müstəqilliyimizin qarantı olub.
     
    “Yeni həyat”,      
    www.yeniheyet.az
    DİGƏR XƏBƏRLƏR
    Latest News
    1. Azərbaycan Prezidenti İlham Əliyev ICESCO-nun Baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
    2. Azərbaycanda Medianın İnkişafı Agentliyi yaradıldı
    3. Prezident İlham Əliyev: Regionun bundan sonrakı davamlı və təhlükəsiz inkişafını təmin etmək üçün görüş çox vacib idi
    4. Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin ikitərəfli görüşü olub
    5. YAP Masallı Rayon Təşkilatı Gənclər Birliyi şəhid ailələri və qaziləri ziyarət ediblər
    6. Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfərə gəlib
    7. ANDINA, SÖZÜNƏ SAHİB – TORPAĞI VƏTƏNLƏŞDİRƏNLƏR
    8. RHİM İB-nin sədri Masallıda şəhid ailələri ilə görüşüb
    9. Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib
    10. Masallı Gənclər idarəsinin əməkdaşları qazi Nofəl Nuhuzadə ilə görüşüb
    11. YAP Masallı rayon təşkilatınının sədri qazilərlə görüşüb
    12. YAP Masallı RT Qadınlar Şurasının şəhid ailələri və qazilərə diqqəti
    13. Masallıda şəhid ailəsinə təqaüd kartı təqdim edilib
    14. Masallıda şəhid ailələri və qazilərə qayğı
    15. Masallıda şəhid ailələrinə diqqət göstərilir
    16. Masallı RİH başçısı şəhid ailələrini ziyarət edib
    17. Dünya azərbaycanlılarına
    18. BÖYÜK QƏLƏBƏDƏ MASALLI BİOLOJİ TƏBABƏTÇİLƏRİNİN DƏ PAYI VAR
    19. SƏN YAŞAYACAQSAN!
    20. “ZƏFƏRİMİZ QÜRURUMUZDUR” – Masallıda onlayn rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
    21. ÖLÜMSÜZLÜYƏ QOVUŞAN ELMİR
    22. İNTİQAMIN İNTİQAMINI DÖYÜŞ YOLDAŞLARI ALDI
    23. Arif Fərzəli: ZƏFƏR YAĞIŞI
    24. Əbədiyaşar şəhidlər
    25. Masallı və Laçın məktəbliləri arasında onlayn tədbir keçirilib
    26. Masallıda karantin qaydalarının pozulmasına qarşı reydlər davam edir
    27. Doing Business 2020 hesabatında Azərbaycanın göstəriciləri
    28. Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında iştirak edib
    29. Masallının çay plantasiyalarında qış becərməsinə başlanılıb
    30. Toy mağarına “Vağzalı” ilə deyil, “Azərbaycan əsgəri” marşının sədaları ilə daxil olan şəhid mayor Anar Novruzov
    31. Xalq düşmənə birlik, iradə, əzmkarlıq və milli ruh sayəsində qalib gəldi
    32. MASALLI – Xırmandalı körpüsü təmir edilib
    33. MASALLI – Köçəkli kəndində şəhidlərin xatirəsinə abidə ucaldılır
    34. Qardaşı Aprel döyüşlərində, özü isə Vətən müharibəsində - Şuşada şəhid oldu
    35. Masallıda doqquz mindən çox tut tingi əkilib
    36. MASALLI - Bədəlanda abidə-bulaq komleksi tikilir
    37. Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini qəbul edib
    38. Masallıda Azərbaycan xalqının Ümummilli Lideri anılıb
    39. Masallı məktəbliləri üçün “Gələcəyimizin könüllüləri” layihəsinə start verilib
    40. Masallıda Ümummilli Liderin anım günü ilə bağlı gənclərin onlayn konfransı keçirilib
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    All news
    «     2021    »
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    World News