• In Masally very hard-working, patriotic and true citizens of Azerbaijan live...
  • Heydar Aliyev
  • AZ
  • RU
  • » » Cəbrayıl sakini: “Hiyləgər, məğlub düşmənin “sudan quru çıxmaq” cəhdi əbəsdir”

    Cəbrayıl sakini: “Hiyləgər, məğlub düşmənin “sudan quru çıxmaq” cəhdi əbəsdir”

    Cəbrayıl sakini: “Hiyləgər, məğlub düşmənin “sudan quru çıxmaq” cəhdi əbəsdir”

    Sentyabrın 27-dən etibarən Ermənistanın növbəti təxribatlarına qarşı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan genişmiqyaslı Vətən müharibəsində rəşadətli Ordumuz demək olar ki, hər gün qələbə xəbərlərilə bizi sevindirməkdədir.
    Uğurlu əks-həmlə əməliyyatları nəticəsində digər ərazi və yüksəkliklərlə yanaşı Cəbrayıl şəhəri və rayonun 55 kəndi, Xudafərin körpüsü düşmən işğalından azad olunub.
    Odur ki, xalqımızla birgə cəbrayıllılar da böyük sevinc içindədir. Masallı rayonunun Şərəfə kəndində məskunlaşan Əli Hüseynovun ailəsi 27 ildir ki, həsrətində olduqları Cəbrayıl rayonunun Əmirvarlı kəndinə qayıda biləcəklər. Ailənin başçısı Əli kişi ilə görüşüb bu tarixi hadisə barədə fikir və düşüncələrini qələmə almağa çalışdım.
    66 yaşlı müsahibim ilk ənənəvi sualımı bu cür cavablandırdı: “Cəbrayıl şəhəri işğal olunmuşdu. Arazboyu kəndlər qalmışdı. Üç tərəfdən mühasirədəydik. Çıxış yolumuz təkcə Xudafərin körpüsündən idi. Camaat İrana keçməklə canını qurtarmağa çalışırdı. Həyat yoldaşımı üç azyaşlı uşaqla (5 yaşlı oğlum və 7-8 yaşlı iki qızımla) Azərbaycan tərəfə ötürdükdən sonra mən atamla aşağı kənddə, İranla həmsərhəd ərazidə qaldıq. Deyirdilər ki, Arazboyu kəndlər istiqamətindən ordumuz hücuma keçəcək, mühasirəni yaracağıq. Ümidimiz vardı, gözləyirdik. Yuxarı tərəflərdə ermənilərlə ara-sıra atışmalar olsa da, hələ ki, qarşı tərəf hücuma keçmirdi. Bizimkilərdən isə xəbər-ətər çıxmadı ki, çıxmadı. Gözümüz arxada qala-qala, kəndimizə baxa-baxa ayrıldıq...
    İrandan keçməklə əvvəlcə İmişli rayonuna, sonra Masallıya gəldik.
    Biz gələndən sonra, noyabrın 24-də Xudafərin kəndi və körpülər işğal olundu.”
    Ə.Hüseynov sözünə davam edərək bildirdi ki, Masallıda, Şərəfə kəndində məskunlaşdıqdan sonra “Sabir” adına sovxozda işləməyə başladım. Sonradan isə şəxsi heyvandarlıq təsərrüfatı ilə məşğul oldum. Övladlarım burda ailə qurublar. Özümə dəbdəbəli ev də tikmədim. Bilirdim ki, gec-tez yurdumuza qayıdacağıq. Heç nəyim olmasın, təki gedim o quru torpaqda əyləşim.
    İlk andan diqqətimi zəhmətkeş insan kimi cəlb edən bu insan xatirələrini dilə gətirdikcə həm kövrəlir, həm sevinirdi. Hiss edirdim ki, bu mövzuda danışmaq onunçün nə qədər ağrılı və dəhşətlidir. Əli kişi bu hissləri məndən gizlətməyə çalışsa da nəzərimdən qaçmırdı. O, isə arxada qalan, doğma ocaqla bağlı 39 illik yaddaşını təzələməyə cəhd edirdi: “Doğma kəndimizin düşməndən azad edildiyi gün nə dərəcədə sevinc hisslərini yaşadımsa, onu sözlə ifadə etmək olmaz. Hələ müharibənin ilk günündə azad olan əraziləimiz sırasında Böyük Mərcanlının adı çəkiləndə, yəqin etdim ki, yaxın vaxtda kəndimizin də xoş xəbərini eşidəcəyik. 27 ildir ki, bu günü gözləyirdik. Bir an olsun belə Əmirvarlını unutmadım. Düzən yerdə, eyni zamanda dəmir yolu və Laçın-Kəlbəcər yolunun üstündə yerləşən kəndimizin üst tərəfi nisbətən çılpaq dağlardır. 4-5 kilometr uzaqlıqda yerləşən bulaqdan həyətlərə borular vasitəsilə su çəkmişdik. Yan Təpə ərazisində otlaq sahələrimiz vardı. Evin tək övladı olmuşam. “28 may” sovxozunda yem və taxılçılıq briqadiri işləyirdim. Buğda, arpa əkirdik. Qismən maili – sulu, münbit torpaq sahələrində üzüm plantasiyaları salınmışdı. Süfrə və texniki sortlar yetişdirirdik. Atam Məhəmməd kişi (1934-2006) şəxsi təsərrüfatında xirda və iri mal-qara bəsləyirdi. Heyvanların qış yatağı Diridağda idi. Atam çox vaxt Xudafərin kəndində qalardı. Kirayə ev tutmuşdu. Dördüncü sinfi də orda oxumuşam. Min ilə yaxındır təbii qayalar üzərində qərar tutan Xudafərin körpüsünün altından, Arazdan su götürərdik.”
    Dərd kimi sevinc hissləri də dilsiz olur. Yəni tam ifadə etməkdə çətinlik çəkirsən. Əli kişi danışdıqca qulaq asmağa, bütün gizlinlərə aydınlıq gətirməyə çalışırdım.
    —89 yaşlı anam Həsiyyə Məmmədovanın, ömür-gün yoldaşımın, övlad və nəvələrimin arzusu tezliklə doğma ata-baba ocağına qayıtmaq, orada qurub-yaratmaqdır. Sevinirik ki, möhtərəm Prezi­dentimiz İlham Əliyevin köməyilə işğaldan azad edilmiş yurd-yuvamızda yenidən xoşbəxt, firavan həyat sürəcəyik. Hətta Masallıdakı qonşularım da deyir ki, biz də sizinlə gələcəyik Cəbrayıla, görək o tərəflər necədir?
    Şərəfəlilər kimi əmirvarlılar da qonaqpərvərdir.
    Söhbət əsnasında o, bəzi nüansları, narahatlığını da dilə gətirdi: “Bu gün qarşımızda tab gətirməyib qaçan azğın düşmənə heç vəchlə fürsət verməməliyik. Onların xisləti belədir – bir üzü mələk, bir üzü şeytan. İşləri çətinə düşəndə ikiqat əyilər, qəddi düzələn kimi ilana çevrilər. Aman verməməliyik ki, əl-qolları açılsın.”
    Sonda müsahib böyük Qələbəyə əminliyini belə ifadə etdi: “Düşmən bilir ki, artıq onların oyunu bitib. Məğlub Ermənistanın fantaziyası, “sudan quru çıxmaq” cəhdi bir nəticə verməyəcək. Bu kimi fikirləri ölkə rəhbərimiz oktyabrın 20-də xalqa müraciətində də bildirdi: “Bu gün Ermənistan rəhbərliyi yaxşı fikirləşməlidir. Artıq bizim qarşımızda diz çöküb, onlara diz çökdürmüşük, onlara layiq olan yeri göstərmişik. Qovuruq onları bizim torpaqlarımızdan, bundan sonra da qovacağıq! Hər gün xoş xəbərlər gəlir. Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır. Budur, Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü.”
    Gənclərimiz orduya könüllü yazılır. İgid oğullarımız düşmən üzərinə qorxmadan şığıyırlar. Çünki inamları, güvənləri möhkəmdir. Bu cür güclü dövləti, ölkə rəhbəri olan əsgər nədən çəkinsin ki? Hətta mənim kimi yaşlılar da Vətənin səsinə hay verərək qalan torpaqlarımızı yağı tapdağından azad etməyə hazırdır.  
    Əminəm ki, Ali Baş Komanda­nın başçılığı ilə işğal altında olan digər rayon və kəndlərimiz də yağılardan azad ediləcək. Yolumuz Şuşaya, Xankəndinədir...”

    AKİF AĞAYEV,
    “Yeni həyat”,      
    www.yeniheyet.az
     
    DİGƏR XƏBƏRLƏR
    Latest News
    1. Azərbaycan Prezidenti İlham Əliyev ICESCO-nun Baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
    2. Azərbaycanda Medianın İnkişafı Agentliyi yaradıldı
    3. Prezident İlham Əliyev: Regionun bundan sonrakı davamlı və təhlükəsiz inkişafını təmin etmək üçün görüş çox vacib idi
    4. Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin ikitərəfli görüşü olub
    5. YAP Masallı Rayon Təşkilatı Gənclər Birliyi şəhid ailələri və qaziləri ziyarət ediblər
    6. Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfərə gəlib
    7. ANDINA, SÖZÜNƏ SAHİB – TORPAĞI VƏTƏNLƏŞDİRƏNLƏR
    8. RHİM İB-nin sədri Masallıda şəhid ailələri ilə görüşüb
    9. Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib
    10. Masallı Gənclər idarəsinin əməkdaşları qazi Nofəl Nuhuzadə ilə görüşüb
    11. YAP Masallı rayon təşkilatınının sədri qazilərlə görüşüb
    12. YAP Masallı RT Qadınlar Şurasının şəhid ailələri və qazilərə diqqəti
    13. Masallıda şəhid ailəsinə təqaüd kartı təqdim edilib
    14. Masallıda şəhid ailələri və qazilərə qayğı
    15. Masallıda şəhid ailələrinə diqqət göstərilir
    16. Masallı RİH başçısı şəhid ailələrini ziyarət edib
    17. Dünya azərbaycanlılarına
    18. BÖYÜK QƏLƏBƏDƏ MASALLI BİOLOJİ TƏBABƏTÇİLƏRİNİN DƏ PAYI VAR
    19. SƏN YAŞAYACAQSAN!
    20. “ZƏFƏRİMİZ QÜRURUMUZDUR” – Masallıda onlayn rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
    21. ÖLÜMSÜZLÜYƏ QOVUŞAN ELMİR
    22. İNTİQAMIN İNTİQAMINI DÖYÜŞ YOLDAŞLARI ALDI
    23. Arif Fərzəli: ZƏFƏR YAĞIŞI
    24. Əbədiyaşar şəhidlər
    25. Masallı və Laçın məktəbliləri arasında onlayn tədbir keçirilib
    26. Masallıda karantin qaydalarının pozulmasına qarşı reydlər davam edir
    27. Doing Business 2020 hesabatında Azərbaycanın göstəriciləri
    28. Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında iştirak edib
    29. Masallının çay plantasiyalarında qış becərməsinə başlanılıb
    30. Toy mağarına “Vağzalı” ilə deyil, “Azərbaycan əsgəri” marşının sədaları ilə daxil olan şəhid mayor Anar Novruzov
    31. Xalq düşmənə birlik, iradə, əzmkarlıq və milli ruh sayəsində qalib gəldi
    32. MASALLI – Xırmandalı körpüsü təmir edilib
    33. MASALLI – Köçəkli kəndində şəhidlərin xatirəsinə abidə ucaldılır
    34. Qardaşı Aprel döyüşlərində, özü isə Vətən müharibəsində - Şuşada şəhid oldu
    35. Masallıda doqquz mindən çox tut tingi əkilib
    36. MASALLI - Bədəlanda abidə-bulaq komleksi tikilir
    37. Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini qəbul edib
    38. Masallıda Azərbaycan xalqının Ümummilli Lideri anılıb
    39. Masallı məktəbliləri üçün “Gələcəyimizin könüllüləri” layihəsinə start verilib
    40. Masallıda Ümummilli Liderin anım günü ilə bağlı gənclərin onlayn konfransı keçirilib
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    All news
    «     2021    »
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    World News