• In Masally very hard-working, patriotic and true citizens of Azerbaijan live...
  • Heydar Aliyev
  • AZ
  • RU
  • » » Füzuli sakini: Doğma yurdumuzda ocağımız daha da gur yanacaq

    Füzuli sakini: Doğma yurdumuzda ocağımız daha da gur yanacaq

    Füzulilərin 27 illik Vətən həsrətinə son qoyuldu
     
    Doğma yurdumuzda ocağımız daha da gur yanacaq
     
    1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşüb, yüzlərlə rayon sakini şəhid olub, yaralanıb, itkin düşüb. Şəhidlərdən 8 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Füzuli rayonunun 22 yaşayış məntəqəsi Ulu öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti nəticəsində 1994-cü il yanvarın 5-dən 6-a keçən gecə düşməndən azad edilib. Horadiz əməliyyatından sonra dağıdılmış kəndlər, sosial obyektlər bərpa olunub. Möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində Füzulidə yeni qəsəbələr salınıb, Horadizə şəhər statusu verilib, müasir sosial-infrastruktur layihələrin reallaşdırılması rayona yeni həyat bəxş edib. 
    Bu il, sentyabrın 27-dən başlayaraq erməni silahlı birləşmələrinin təxribat əməllərinə Azərbaycan Ordusunun tutarlı cavabı – düşmənin xeyli sayda canlı qüvvəsinin məhvi, hərbi texnikasının darmadağın edilməsi və qənimət kimi götürülməsi, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələrinin işğaldan azad olunması xalqımızda böyük ruh yüksəkliyi yaradıb. 
    Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Aşağı Əbdürrəhmanlı, Yuxarı Əbdürrəhmanlı, Gorazıllı, Yuxarı Güzlək, Qarakollu, Xatunbulaq, Qarabağlı, Arış, Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı, Dörd Çinar, Kürdlər, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərinin, o cümlədən Füzuli şəhərinin, kənd Horadizin azad edilməsi hamımızın, xüsusən füzulililərin böyük sevincinə səbəb olub.
     
    İyirmi yeddi ildir ki, Masallı şəhərinin Seybətin yaşayış massivində məskunlaşan Füzulidən olan Əliyevlər ailəsi bir neçə gündür bu möhtəşəm qələbə sevincini yaşayır. Axı, onların doğma kəndi – Qərvənd də işğaldan azad edilib.
    Sevinc hisslərini bizimlə bölüşməkdən ötrü ailənin 44 yaşlı nümayəndəsi Dayandurla görüşdüm.
    O, bu şad xəbəri televiziyadan alıb: “Müharibənin ilk günündə, “Real Tv”nin xəbərlər proqramından kəndimizin işğaldan azad olunduğunu eşidəndə göz yaşlarıma hakim ola bilmədim. Elə bil, qabaqcadan ürəyimə dammışdı. İki gün öncə, Lənkəran şəhərində məcburi köçkünlər üçün tikilən evdən bizə mənzil təklif olunanda imtina etmişdik. Səmimiyyətimə inanın. Çünki ailəlikcə doğma torpaqlarımıza qayıdacağımız günü səbirsizliklə gözləyirdik.”
    Çətin də olsa yaddaşını təzələməyə çalışır: “Kənddən çıxanda 17 yaşım vardı. O ağrı-acılı günləri xatırlamaq elə də asan deyil. Kəndimiz çoxlu şəhid verdi. Bir həftə yol gəldik – atam, anam, iki bacım (10-12 yaşlarında), iki qardaşım və mən. Üç gün atamdan xəbərsiz qaldıq. Bir-birimizi itirmişdik. İki ay İmişli rayonunda qaldıq. Sonra Masallıya gəldik, Seybətində məskunlaşdıq.”
    Doluxsunur. Bir neçə dəqiqədən sonra titrək səslə sözünə davam edir: ”Erməni qəsbkarlarının torpaqlarımızı işğal altında saxlaması səbir kasamızı doldurmuşdu. Köçkünlük dövründə doğmalarımızı bir-bir itirdikcə ümidimiz də tükənirdi. Əmim, nənəm, atam Cəmil kişi (1936-2009), ... yurd həsrətilə dünyasını dəyişəndə düşünürdük ki, biz də bu xəbəri eşitmədən köçüb gedəcəyik. Onların ən böyük arzusu doğma Füzuliyə – Qərvəndə qayıtmaq idi. İndi isə hədsiz dərəcədə qürurlanırıq. Əsgərlərimiz qisasımızı alır. İnşallah yenə kəndimizə qayıdarıq. Gözəl təbiəti var Qərvəndin – 15 quyulu kəhriz, bulaqları, dərələri, geniş otlaq sahələri ...”
    Vaxtilə heyvandarlıqla məşğul olublar. Müsahibim deyir ki, kənd sakinlərinin əsas məşğuliyyəti maldarlıq, üzümçülük, taxılçılıq olub. Əliyevlər ailəsi isə şəxsi təsərrüfatda 570 baş xirda buynuzlu mal-qara bəsləyirmiş. Dayandur kəndə dönən kimi bütün təsərrüfatı sıfırdan quracağını vurğulayır.
    O, deyir:”Şükür Allaha ki, məcburi köçkün statusundan qurtulduq, gələcək nəslə deməyə sözümüz var – biz qələbə çaldıq. Azərbaycanın hər yeri torpağımızdır. Lakin uşaqlıqdan hər cığırına bələd olduğum o ərazilərə – Füzuliyə, Qərvəndə getmək üçün səbirsizlənirəm. Hər kəsə doğulub boya-başa çatdığı yurdu, kəndi əzizdir, əvəzedilməzdir. Bu xoş xəbəri eşidən andan sanki illərdən bəri itirdiyimi tapmış kimiyəm. Elə bil özümdə deyiləm, yuxulutək gəzib-dolanıram. Ehtiyatlanıram ki, birdən başıma iş gələr, doğma Qərvəndi görə bilmərəm. Həmən günəcən özümü qorumağa çalışıram.
    Bura da bizimçün Vətəndir. Masallılar, seybətinlilər də bizə doğmadır. Az müddət deyil. Neçə illərdir ki, bu səmimi, qayğıkeş insanlara qaynayıb-qarışmışıq. Onlardan ayrılmaq bizimçün çətin olacaq. Qardaşlarım Oruc, Bayandur və mən burda ailə həyatı qurmuşuq. Hər birimiz üç övlad atasıyıq. Qardaşım qızı və iki bacım burdakı evimizdən gəlin köçüb.
    Peyk vasitəsilə kəndimizin xəritəsinə baxmışam, kənddəki evimiz uçulub-dağılıb, boş divarları qalıb. Bu görüntülərdən ürəyim parçalansa da artıq o günlər arxada qalıb. Doğma Füzulimizdə zəfər bayrağımız dalğalanır! 72 yaşlı Minayə anam hər gün Prezidentimiz üçün dua edib deyir ki, Allah dövlətimizin başçısına ömür versin, ona inamımız sonsuzdur, yenə oraları cənnətə çevirərik. Təki ata-baba yurdumuza – Füzuliyə dönək. Əminəm ki, Qərvənddəki ocağımız daha da gur yanacaq.”
    Oktyabrın 17-də ölkə rəhbərinin xalqımıza müraciətində söylədiyi kimi:”Mən bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu münasibətlə əziz füzulililəri ürəkdən təbrik edirəm. Uzun illərin doğma torpaq həsrəti sona çatır. Biz öz üzərimizə düşən missiyanı şərəflə yerinə yetiririk, ölkəmizin ərazi bütövlüyünü bərpa edirik və bərpa edəcəyik... Biz Füzuliyə qayıdacağıq, biz bütün kəndləri yenidən quracağıq, abadlaşdıracağıq. O kəndlərə həyat qayıdacaq.”
    Hər gün eşitdiyimiz xoş cəbhə xəbərləri – zəfər müjdələrindən ötrü başda Ali Baş Komandan İlham Əliyev olmaqla, güclü, qüdrətli ordumuza borcluyuq. İşğaldan qurtulan hər qarış torpaq əsgərlərimizin şücaəti, igidlərimizin qan bahasına başa gəlir. Şəhidlərimizin ruhu, qəhrəman oğullar böyüdən ata-anaların qarşısında baş əyirik.
                                                                                               
    AKİF AĞAYEV,
    “Yeni həyat”,      
    www.yeniheyet.az
     
     
    DİGƏR XƏBƏRLƏR
    Latest News
    1. QANIMIZ VƏTƏN TORPAĞINA QARIŞDI
    2. Əzizimiz Şirvan müəllim
    3. Masallıda “Yeni Azərbaycan Partiyası Qələbələr partiyasıdır” mövzusunda onlayn konfrans
    4. ARİF FƏRZƏLİNİN YENİ ŞEİRLƏRİ
    5. Xalq qalib ordunun Ali Baş Komandanını izdiham ilə qarşılayır
    6. Qazi: Oğlum olsa, ona şəhid komandirimin adını qoyacam
    7. Azərbaycan xalqı Qarabağa həyatı qaytaracaqdır
    8. Masallıda 33 kiçik sututarın tikintisi başa çatıb
    9. Masallıda 868 ton çəltik tədarük olunub
    10. Azərbaycanın yaratdığı yeni reallıq – Ermənistanın kapitulyasiyası
    11. Masallıda KOB-ların sahibkarlıq biliklərinin təkmilləşdirilməsi üzrə distant təlimlər keçirilir
    12. Qarabağda əbədi yaşayacağıq
    13. Sevinirəm ki, qələbə salnaməsinin yazılmasında övladlarımın da payı var
    14. Köhnə Alvadı ərazisində taxıl əkini davam edir
    15. Masallıda Qələbə sevinci
    16. Şuşanın azad olunması və Qələbə münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətləri
    17. MASALLDA ƏMƏK BAZARI
    18. Dövlətimizin başçısı Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət etdi
    19. Masallıda pandemiya ilə bağlı görülmüş işlər
    20. MASALLIDA İSTEHLAK BAZARI
    21. Masallıda nəqliyyat
    22. MASALLIDA "QIZIL PAYIZ"
    23. Masallıda pandemiyadan zərər çəkmiş qadın sahibkarlara dəstək layihəsi
    24. Mənzillərin yanğından mühafizəsi
    25. Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib
    26. Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibə verib
    27. Masallıda taxıl əkini gündən-günə sürətlənir
    28. MASALLIDA TİKİNTİ
    29. Masallıda karantin qaydalarının pozulmasına qarşı reydlər davam edir
    30. MASALLIDA DEMOQRAFİK VƏZİYYƏT
    31. Hişkədərə ərazisində quru tütün tədarükü davam edir
    32. Əminik ki, Qarabağın tacı tezliklə işğalçılardan təmizlənəcək
    33. Prezident İlham Əliyevin Rusiyanın “İnterfaks” agentliyinə müsahibəsi
    34. Masallılı məzun Prezident təqaüdünə layiq görülüb
    35. Prezident İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibəsi
    36. Prezident İlham Əliyev xalqa müraciət edib
    37. Qızılağac ərazisində tütün əkib becərilir
    38. Prezident İlham Əliyevin ABŞ-ın “Fox News” televiziya kanalına müsahibəsi
    39. Cəbrayıl sakini: “Hiyləgər, məğlub düşmənin “sudan quru çıxmaq” cəhdi əbəsdir”
    40. Çaxırlı ərazisində yay şumu davam edir
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    All news
    «     2020    »
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    World News