• In Masally very hard-working, patriotic and true citizens of Azerbaijan live...
  • Heydar Aliyev
  • AZ
  • RU
  • » » Prezident İlham Əliyevin Rusiyanın Ria Novosti agentliyinə müsahibəsi

    Prezident İlham Əliyevin Rusiyanın Ria Novosti agentliyinə müsahibəsi

    Prezident İlham Əliyevin Rusiyanın Ria Novosti agentliyinə müsahibəsi

     
    Prezident İlham Əliyev Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupuna verdiyi müsahibə

    Ermənistan bölgə və beynəlxalq təhlükəsizliyi təhdid edir

    - Ermənistan yeni əraziləri işğal etməyə hazırlaşırdı
    Ermənistanın müdafiə naziri deyirdi ki, Ermənistan yeni ərazilər üçün yeni müharibəyə hazırlaşır. Azərbaycana daim hədələr və təhqirlər səslənirdi, nəticəsi də bax bu cür qarşıdurma oldu;
    - Hərbi əməliyyatlara Ermənistan başlayıb
    Sentyabrın 27-də Azərbaycan Ermənistan silahlı qüvvələrinin növbəti hücumuna məruz qalıb. Bu, son üç ay ərzində birinci hücum deyildi. İyul ayında dövlət sərhədində buna bənzər, lakin nisbətən kiçik miqyaslı hadisə baş vermişdi. O vaxt həmin hücum dəf edildi. Sonra avqust ayında Azərbaycanın dinc əhalisinə və hərbi qulluqçularına qarşı terror aktları törətmək üçün Ermənistan tərəfindən təxribat qrupu göndərildi və bu qrupun başçısı saxlanıldı;
    - Ermənistan dinc əhaliyə qarşı terror törədir
    Bu günə qədər dinc əhali arasında 43 nəfər həlak olub və 200-dən çox yaralı var. Təmas xəttinə yaxın kəndlərdə və şəhərlərdə 2 minə yaxın ev ya tamamilə dağıdılıb, ya da zərər çəkib. Təəssüf ki, atəşkəs parametrləri razılaşdırıldıqdan sonra da Ermənistan tərəfindən artilleriya atəşləri davam edir, o cümlədən Gəncə şəhərinin vəhşicəsinə bombardman edilməsi nəticəsində 10 nəfər dinc sakin həlak olub və 40-a yaxın adam yaralanıb;
    - Ermənistan ordusunun itkiləri çoxdur
    Döyüş meydanında itkilərə gəldikdə erməni tərəfin itkiləri Azərbaycanın itkilərindən xeyli çoxdur. Azərbaycan hərbi qulluqçular arasındakı itkiləri münaqişənin qaynar fazası başa çatandan sonra elan edəcək;
    - Hərbi əməliyyatlar uğurla davam edir
    Döyüş əməliyyatlarının nəticələri Azərbaycan Ordusu üçün çox uğurludur. Ordu düşmənin dərin eşelonlaşdırılmış müdafiə xəttini yarmağa nail oldu. Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun kəndlərinin çox hissəsi, Füzuli rayonunun kəndlərinin əksəriyyəti, strateji əhəmiyyətli Suqovuşan qəsəbəsi işğaldan azad edilib. İşğalçılar Murovdağ silsiləsindəki strateji yüksəkliklərdən çıxarılıb və ölkənin ərazi bütövlüyünün bərpası üzrə uğurlu əməliyyat davam edir;
    - Azərbaycanda xaricdən gələn muzdlular yoxdur
    Azərbaycanda hər hansı xarici hərbi iştiraka ehtiyac yoxdur. Orduda 100 mindən çox döyüşçü var. Zərurət yaranarsa, səfərbərlik hesabına bu rəqəm bir neçə dəfə artırıla bilər. Bu gün şanlı Azərbaycan Ordusu qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə tam qadirdir. Erməni hərbi texnikasının məhv edilməsi kadrları internetdə əlçatandır. Əlbəttə, heç bir muzdlunun bu dərəcədə ixtisası və belə texniki imkanları yoxdur;
    - Pilotsuz zərbə uçuş aparatlarından məharətlə istifadə edilir
    Azərbaycan təkcə pilotsuz zərbə uçuş aparatları vasitəsilə düşmənin 1 milyard dollardan artıq dəyərində hərbi texnikasını məhv edib. Buraya başqa vasitələr daxil deyil. Azərbaycan Ordusunun potensialı məlumdur. Azərbaycanın nəyə malik olduğu heç kəs üçün sirr deyil. Buna görə əlavə hərbi qüvvələrə ehtiyac yoxdur.
    Azərbaycan işğal edilmiş torpaqlarını düşməni sülhə
    məcbur etmək yolu ilə alacaq
    - Azərbaycan prinsiplərə sadiqdir
    - Minsk qrupu çərçivəsində əldə edilən prinsiplər uzun illər ərzində işlənib hazırlanıb. Azərbaycan Ermənistanın əvvəlki rəhbərliyi ilə iş prosesində mövqelərin razılaşdırılması istiqamətində çox fəal irəliləyirdi. Bu, çox mürəkkəb məsələ idi. Danışıqlar istənilən halda, xüsusən belə mühüm məsələdə mürəkkəb prosesdir. Buna baxmayaraq, hər iki tərəf siyasi nizamlama yolu ilə getmək arzusu nümayiş etdirirdi;
    - Paşinyan hökuməti əldə edilən prinsipləri qəbul etmədi
    Ermənistanın indiki rəhbərliyi hakimiyyətə gələndən sonra erməni tərəfi o vaxta qədər əldə edilənlərin hamısını sadəcə kənara atdı. Üstəlik, danışıqların formatını dəyişməyə, qondarma “Dağlıq Qarabağ Respublikası”nı danışıqlara cəlb etməyə cəhd göstərdi. Bu cəhd Azərbaycan və ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən rədd edildi;
    - İşğal altındakı torpaqlarımız geri qaytarılmalıdır
    Azərbaycanın işğal edilmiş rayonlarının mərhələli şəkildə azad olunması nəzərdə tutulur. Birinci mərhələdə işğal edilmiş ərazilərin cənub-şərq hissəsindəki 5 rayon, ikinci mərhələdə Dağlıq Qarabağ ilə Ermənistan arasında yerləşən ərazilər – Laçın və Kəlbəcər rayonları işğaldan azad edilməli, bütün kommunikasiyalar, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin digər hissələrində yerləşən kommunikasiyalar açılmalı, qaçqınlar və məcburi köçkünlər əvvəlki yaşayış yerlərinə qaytarılmalıdır;
    - Köçkünlər Şuşaya qayıdacaq
    Azərbaycanlı köçkünlərin həm Şuşa ərazisinə, həm də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin digər rayonlarının ərazisinə qaytarılmalıdır;
    - BMT TŞ-nin qətnamələri yerinə yetirilməlidir
    Azərbaycanın mövqeyi həmişə çox konstruktiv və ardıcıl olub. Bu mövqe həm də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, Ermənistan qüvvələrinin Azərbaycan ərazilərdən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamənin yerinə yetirilməsi baxımından beynəlxalq hüququn normalarına əsaslanıb. Azərbaycanın mövqeyi həmişə praqmatik yanaşmaya əsaslanıb. Danışıqlar masası üzərində olan variantlar bunu aşkar göstərir.
    Vətən Müharibəsi bəşəri dəyərlər olan ədalətin və
    haqqın bərpası uğrunda aparılır
    - Azərbaycan işğalçıya qarşı Vətən müharibəsi aparır
    Azərbaycan xalqı üçün bu müharibə azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq müharibəsidir. Heç kəs üçün gizli deyil və bu faktı artıq beynəlxalq vasitəçilər də bilir ki, qondarma “Dağlıq Qarabağ ordusu” yoxdur. Bu gün Qarabağdakı hərbi qulluqçuların 90 faizi Ermənistan vətəndaşıdır. Onlar hərbi xidmətə Ermənistanın hərbi komissarlıqları tərəfindən çağırılır və Azərbaycanın işğal edilmiş ərazilərinə Ağdama, Füzuliyə, Cəbrayıla, Kəlbəcərə, Qubadlıya, Laçına, Zəngilana göndərilir;
    - Azərbaycan Prezidenti İlham Əliyevin əsas amalı xalqının etimadını doğrultmaqdır
    Prezident İlham Əliyevin əsas amalı Azərbaycan xalqının etimadını doğrultmaq, bu vəzifədə olduğu bütün illər ərzində verdiyi vədləri yerinə yetirmək və ölkəni inkişaf yolu ilə aparmaq, onun ərazi bütövlüyünü təmin etməkdir. Azərbaycan xalqının iradəsi Prezident İlham Əliyevin bu uğurlu siyasətinə şübhəsiz yüksək dəyər verir və verəcəkdir;
    - Azərbaycanın ərazi bütövlüyü “qırmızı xətdir”
    “Qırmızı xətlərə” gəldikdə isə Azərbaycan çox dəqiq bəyan edib və Minsk qrupunun həmsədrləri bunu yaxşı bilirlər. Azərbaycanın ərazi bütövlüyü heç bir şərtlə pozula bilməz. Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə heç bir şərtlə razılıq verməyəcək.
    Tarixi həqiqət Azərbaycanın tərəfindədir
    - Kürəkçay müqaviləsində ermənilərin adı keçmir
    XIX əsrin əvvəlində Qarabağ və Şuşa xanı İbrahimxəlil Qarabağ xanlığının Rusiyanın tərkibinə daxil olması barədə general Sisiyanovun şəxsində çar Rusiyası ilə müqavilə bağlayıb. Kürəkçay müqaviləsi adlanan bu sənədin mətni internetdə yerləşdirilib. Onunla hər kəs tanış ola bilər. Bu müqavilədə Qarabağ xanlığının erməni əhalisi barədə bircə kəlmə də deyilməyib;
    - Ermənilərin Qarabağa kütləvi köçürülməsi XIX əsrdə başlayıb
    Erməni əhalisinin bu regiona kütləvi şəkildə köçürülməsi 1813-cü və 1828-ci illərdə iki Rusiya-İran müharibəsindən sonra başlanıb və o vaxtdan müasir İran ərazisindən və qismən Şərqi Anadoludan ermənilərin Qarabağ regionuna kütləvi şəkildə köçürülməsi başlanıb;
    - 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqda Qarabağ Azərbaycanın tərkibində idi
    1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti və müstəqil erməni dövləti yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti onun yaradılmasının elan edilməsinin ertəsi günü İrəvan şəhərinin paytaxt kimi Ermənistana verilməsi barədə qərar qəbul etdi. Bu da tarixi faktdır. 1921-ci ildə Qafqaz Bürosu Dağlıq Qarabağın, bəzi yalançı tarixçilərin dedikləri kimi Azərbaycana verilməsi haqqında deyil, onun Azərbaycanın tərkibində saxlanılması haqqında qərar qəbul etdi.
    Rusiya və Azərbaycan strateji tərəfdaşdırlar
    Bu tarixi faktları Rusiya ictimaiyyətinin diqqətinə çatdırmaq lazımdır ki, Azərbaycan və Rusiya çoxəsrlik dostluq, əməkdaşlıq, qarşılıqlı anlaşma telləri ilə bağlıdırlar. Heç bir qüvvə buna təsir göstərə bilməz. Doğrudur, müxtəlif istiqamətlərdən nifaq salmaq, müəyyən etimadsızlıq yaratmaq cəhdləri var. Lakin Rusiya və Azərbaycan rəhbərliyinin ardıcıl siyasəti sayəsində münasibətlər nəinki geriləmir, irəliyə gedir. Bu gün Rusiya və Azərbaycan bir-birini strateji tərəfdaşlar adlandırırlar.
    DİGƏR XƏBƏRLƏR
    Latest News
    1. QANIMIZ VƏTƏN TORPAĞINA QARIŞDI
    2. Əzizimiz Şirvan müəllim
    3. Masallıda “Yeni Azərbaycan Partiyası Qələbələr partiyasıdır” mövzusunda onlayn konfrans
    4. ARİF FƏRZƏLİNİN YENİ ŞEİRLƏRİ
    5. Xalq qalib ordunun Ali Baş Komandanını izdiham ilə qarşılayır
    6. Qazi: Oğlum olsa, ona şəhid komandirimin adını qoyacam
    7. Azərbaycan xalqı Qarabağa həyatı qaytaracaqdır
    8. Masallıda 33 kiçik sututarın tikintisi başa çatıb
    9. Masallıda 868 ton çəltik tədarük olunub
    10. Azərbaycanın yaratdığı yeni reallıq – Ermənistanın kapitulyasiyası
    11. Masallıda KOB-ların sahibkarlıq biliklərinin təkmilləşdirilməsi üzrə distant təlimlər keçirilir
    12. Qarabağda əbədi yaşayacağıq
    13. Sevinirəm ki, qələbə salnaməsinin yazılmasında övladlarımın da payı var
    14. Köhnə Alvadı ərazisində taxıl əkini davam edir
    15. Masallıda Qələbə sevinci
    16. Şuşanın azad olunması və Qələbə münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətləri
    17. MASALLDA ƏMƏK BAZARI
    18. Dövlətimizin başçısı Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət etdi
    19. Masallıda pandemiya ilə bağlı görülmüş işlər
    20. MASALLIDA İSTEHLAK BAZARI
    21. Masallıda nəqliyyat
    22. MASALLIDA "QIZIL PAYIZ"
    23. Masallıda pandemiyadan zərər çəkmiş qadın sahibkarlara dəstək layihəsi
    24. Mənzillərin yanğından mühafizəsi
    25. Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib
    26. Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibə verib
    27. Masallıda taxıl əkini gündən-günə sürətlənir
    28. MASALLIDA TİKİNTİ
    29. Masallıda karantin qaydalarının pozulmasına qarşı reydlər davam edir
    30. MASALLIDA DEMOQRAFİK VƏZİYYƏT
    31. Hişkədərə ərazisində quru tütün tədarükü davam edir
    32. Əminik ki, Qarabağın tacı tezliklə işğalçılardan təmizlənəcək
    33. Prezident İlham Əliyevin Rusiyanın “İnterfaks” agentliyinə müsahibəsi
    34. Masallılı məzun Prezident təqaüdünə layiq görülüb
    35. Prezident İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibəsi
    36. Prezident İlham Əliyev xalqa müraciət edib
    37. Qızılağac ərazisində tütün əkib becərilir
    38. Prezident İlham Əliyevin ABŞ-ın “Fox News” televiziya kanalına müsahibəsi
    39. Cəbrayıl sakini: “Hiyləgər, məğlub düşmənin “sudan quru çıxmaq” cəhdi əbəsdir”
    40. Çaxırlı ərazisində yay şumu davam edir
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    All news
    «     2020    »
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    World News