• In Masally very hard-working, patriotic and true citizens of Azerbaijan live...
  • Heydar Aliyev
  • AZ
  • RU
  • » » Masallıda Böyük Vətən müharibəsi veteranlarına ərzaq sovqatları paylanılıb

    Masallıda Böyük Vətən müharibəsi veteranlarına ərzaq sovqatları paylanılıb

    Masallıda Böyük Vətən müharibəsi veteranlarına ərzaq sovqatları paylanılıb    

    Koronavirus (COVID-19) pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması üçün ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlər çərçivəsində müharibə veteranlarına iyulun əvvəlindən ərzaq yardımları paylanılır.
    Aksiyanın məqsədi koronavirusun yayıldığı dövrdə yaşayışında çətinlik yaranan və ehtiyacı olan veteranlara dəstək göstərməkdir.
    Aksiya çərçivəsində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının, Masallı Rayon İcra Hakimiyyətinin və MƏSQ veteranlar təşkilatı rayon şöbəsinin nümayəndələrinin iştirakı ilə Masallıda yaşayan İkinci Dünya müharibəsi veteranlarına və onların ailələrinə ərzaq məhsullarından ibarət sovqatlar çatdırılıb.
    Veteranlarla görüşlərdə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejiminə ciddi əməl olunmasının, zərurət yaranmadan digər şəxslərlə təmas qurulmamasının və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq şəxsi gigiyenik qaydalara riayət edilməsinin vacibliyi vurğulanıb.
    Çıxış edənlər Təşkilatın sədri general-polkovnik Tofiq Ağahüseynovun adından veteranları həmrəylik və xeyirxahlıq kimi mənəvi keyfiyyətlərin təcəssümünü tapdığı müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, onlara və ailələrinə cansağlığı, xoşbəxtlik arzulayıblar.
    Təşkilat “Evdə qal, həyatları xilas et!” çağırışı ilə veteranlara müraciət edərək, onları və əhalini vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət olunmasını tövsiyə edib. Bildirilib ki, Prezident İlham Əliyev hər bir veteranın Vətən qarşısındakı xidmətlərini daim yüksək qiymətləndirir. Koronavirus pandemiyasının bütün dünyanı bürüdüyü vaxtda dövlətimizin başçısı tərəfindən atılmış qabaqlayıcı addımlar nəticəsində ölkəmiz bu bəladan cüzi itkilərlə çıxmaq üzrədir.
    Xatırladaq ki, “Biz birlikdə güclüyük!” çağırışına əsasən keçirilən aksiya Təşkilatın sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir.

    “Yeni həyat”,      
    www.yeniheyet.az
    DİGƏR XƏBƏRLƏR
    Latest News
    1. MASALLI - Çaxırlıda 1200 hektar sahədə əkin aparılacaq
    2. TÜRKOBA ƏRAZİSİNDƏ ARPA ƏKİNİNƏ BAŞLANDI
    3. MASALLI - Həsənli-Xırmandalı sututarlarının tikintisi başa çatmaq üzrədir
    4. Masallıda mədəniyyət işçilərinin geniştərkibli onlayn iclası
    5. Masallıda ali məktəblərə qəbul olmuş tələbələrlə görüş keçirilib
    6. Mədəni irsin təbliğində gənclərin rolu
    7. MASALLI - Çaxırlıda üzüm yığımı başa çatıb
    8. Masallıda vətəndaşların növbəti onlayn qəbulu keçirilib
    9. Məktəblər koronavirus pandemiyasına qarşı dezinfeksiya edilmişdir
    10. MASALLI - Türkoba ərazisindəki sututarların tikintisi başa çatmaq üzrədir
    11. Masallı RİH başçısı çəltik biçini zamanı mövcud vəziyyətlə maraqlanıb
    12. Masallının bir neçə ərazisində çay əkininə hazırlıq
    13. Bağçalarda dezinfeksiya tədbirləri
    14. Masallı regional “ASAN xidmət” mərkəzi fəaliyyətinin 4-cü ilində
    15. YENİ DƏRS İLİ, YENİ TƏLƏBLƏR
    16. Masallıda vətəndaşların növbəti onlayn qəbulu keçirilib
    17. “Könüllülər Kuboku”nun Masallı rayonu üzrə mini-futbol yarışı
    18. Şaftalının satış qiyməti təsərrüfatçıları qane edir
    19. Masallıda karantin qaydalarının pozulmasına qarşı reydlər davam edir
    20. Masallı – Mahmudavarda qışa hazırlıqla bağlı abadlıq işləri
    21. Masallıda 3,2 kilometr uzunluğunda asfalt yol yenidən qurulur
    22. Masallı şəhərinin Xətai parkında abadlıq işləri genişlənir
    23. Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında videoformatda çıxış edib
    24. Mətbuat Şurasının jurnalistlərə müraciəti
    25. Masallı poçt filialının kollektivi nümunə göstərir
    26. MASALLI TƏHSİLİNDƏN ÜRƏKAÇAN XOŞ XƏBƏRLƏR
    27. Masallıda vətəndaşların növbəti onlayn qəbulu keçirilib
    28. Prezident İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib
    29. "Azərbaycan musiqi mədəniyyəti milli sərvətimizdir"
    30. Gənc xanımların cəmiyyətimizdəki rolu
    31. YAP Masallı rayon təşkilatı yüksək bal toplayan gənclərlə görüş keçirib
    32. Masallı Mənzil İstismar Sahəsi abadlıq-quruculuq işlərini davam etdirir
    33. Masallı Rayon Təhsil Şöbəsində geniş tərkibdə onlayn videomüşavirə
    34. Masallıda RİH başçının vətəndaşlarla növbəti videoqəbulu
    35. Masallıda "Bilik Günü"nə həsr olunmuş intellektual yarış keçirilib
    36. MASALLI-Səmidxan kəndindəki körpələr evi-uşaq bağçası istifadəyə verilib
    37. Masallı MKTİB təmizlik işlərini gücləndirib
    38. “Ümidim sənsən” yenə ümidləri doğrultdu
    39. Masallı park-bulvar kompleksində işlər davam edir
    40. Ərkivan qəsəbə sakini tərəfindən xeyirxah addım
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    All news
    «     2020    »
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    World News