• In Masally very hard-working, patriotic and true citizens of Azerbaijan live...
  • Heydar Aliyev
  • AZ
  • RU
  • » » Ulu Öndər Heydər Əliyev siyasəti əbədiyaşardır

    Ulu Öndər Heydər Əliyev siyasəti əbədiyaşardır

    Ulu Öndər Heydər Əliyev siyasəti əbədiyaşardır

    İyulun 11-də Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 51 illiyi ilə əlaqədar onlayn müşavirə keçirilib.
    “Ulu öndər Heydər Əliyev siyasəti əbədiyaşardır” mövzusunda keçirilən videomüşavirəni giriş sözü ilə açan YAP rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, 14 iyul Azərbaycan tarixində çox əlamətdar bir gündür. 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsi ölkənin inkişafında, onun uzun müddət yığılıb qalmış problemlərinin həllində və ən əsası dövlətimizin dünya səviyyəsinə çıxmasında başlanğıc nöqtə oldu. Dahi lider Heydər Əliyevin Azərbaycanın problemlərini dərindən bilməsi, yüksək vətənpərvərlik və təbiətdən gələn təşkilatçılıq qabiliyyəti cəmiyyətin resurslarının problemlərin həllinə yönəltməyə imkan verdi. Bu dövrdə ölkə iqtisadiyyatında keyfiyyət dəyişiklikləri baş verdi. Mövcud müəssisələrin təzədən qurulması, yenilərinin açılması, kənd təsərrüfatına dövlət qayğısının artırılması, infrastrukturların yenilənməsi qısa müddət ərzində böyük nailiyyətlərin əldə olunmasına yol açdı. 1969-1982-ci illərdə Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərlikdə olduğu müddətdə ölkədə 250-dən çox yeni müəssisə yaradıldı. Bu isə milyonlarla yeni iş yeri demək idi. Bir neçə ali, onlarla ixtisas məktəbləri açıldı. Həmin dövrdə Azərbaycanda mənzil fondu faktiki olaraq 2 dəfə artdı. Bu dövrdə Azərbaycan nəinki SSRİ, hətta dünya miqyasında tanınmağa başladı. Artıq Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri dünya səviyyəsində ölkəmizin milli dəyərlərinin təbliğatçısına çevrilirdilər.
      Seyfəddin Əliyev çıxışında qeyd edib ki, o zamankı sovetlər birliyinin ən ucqar respublikalarından biri kimi səciyyələnən Azərbaycanda idarəetmədə çoxlu nöqsanlara yol verilmiş, iqtisadiyyat geri qalmış, sosial-mənəvi mühit şəffaflıqdan uzaq düşmüşdü. Bütün sahələrdə tənəzzül baş alıb gedirdi. Belə bir vaxtda Heydər Əliyevin respublikanın ali vəzifəsinə seçilməsi tariximiz və taleyimiz, Vətənimiz və xalqımız üçün, sözün əsil mənasında, dönüş və xilas, möhtəşəm tərəqqi və yüksəliş erasının əsasını qoydu. Azərbaycan 1969-cu ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndə keçmiş ittifaqın ən geridə qalmış respublikası idisə, 1971-ci ildə inkişafın tempinə və sürətinə görə keçmiş sovetlər birliyində ən qabaqcıl respublikaya çevrildi. Çox qısa zamanda ölkənin mənəvi-psixoloji iqlimini, insanların ölkəyə və rəhbərliyə münasbətini dəyişmədən bu kimi yenilikləri əldə etmək mümkün olmazdı. 1969-cu ilin iyulunda Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ilə respublikanın bütün həyatında olduğu kimi, hərbi-təşkilati və kütləvi-müdafiə işləri sahəsində də milliləşmənin başlanğıcı qoyuldu. Bu sahəyə diqqət artırıldı, hərbi-təşkilati və kütləvi-müdafiə işinə xalqın həyatında malik ola biləcəyi dəyər verildi, onun miqyası genişləndirildi. Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişindən sora müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət almışdır. Ümummilli Liderin cəsarətli addımları sayəsində Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. Təsadüfü deyil ki, bu Hərbi Məktəb Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu quruculuqunda əsas bazalardan birinə çevrilmişdir.
    Sonra Seyfəddin Əliyev vurğulayıb ki, bu gün dünyanın gündəmi koronavirusa qarşı mübarizədir. Hər gün bu virusa yoluxanların, onun qurbanlarının sayı barədə dəhşətli rəqəmlər açıqlanır. Bu pandemiyanın zərərlərini minimuma endirmək üçün Azərbaycan hakimiyyəti tərəfindən əhəmiyyətli və sistemli tədbirlər görülməkdədir. Pandemiyanın vura biləcəyi zərbələrdən az itki ilə çıxmaq üçün əsas şərt kimi iyulun 20-nə qədər ölkədə xüsusi karantin rejimi tətbiq edilib. Məqsəd əhalinin evdə qalmasını təmin etmək, sosial izolyasiya tədbirlərini genişləndirmək, bununla da, virusun yayılmasının qarşısını almaqdır. Əgər koronavirusla bağlı dünya üzrə rəsmi statistikanı təhlil etsək, Azərbaycanın bu sahədə vəziyyətinin digər ölkələrlə müqayisədə xeyli dərəcədə qənaətbəxş olduğunu söyləyə bilərik. Elə bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziyalara verdiyi müsahibəsində də koronavirus epidemiyasına qarşı mübarizədə atılan ardıcıl addımlardan, görülən işlərdən, Azərbaycanın bu sahədə vəziyyətinin digər ölkələrlə müqayisədə xeyli dərəcədə qənaətbəxş olduğunu bildirdi.
    O, deyib ki, rayonumuzda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı görülən tədbirlər çərçivəsində vətəndaşlar arasında maarifləndirmə işi aparılması məqsədilə rayon İcra hakimiyyətinin başçısı tərəfindən 80 nəfərdən ibarət 20 mobil qrup yaradılıb və maarifləndirmə işi bu gün də davam etdirilməkdədir.
    Koronavirus tüğyan etdikcə hər bir fərdin həyatında dəyişikliklər baş verir, onlar öz həyatında müəyyən məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalır. Ancaq bu məhdudiyyətlərin tətbiq edilməsi yalnız bir məqsəd üçündür. Bu da hər bir insanın virusa yoluxmasının qarşısının alınmasına və aparılan mübarizənin istənilən nəticə verməsinə xidmət edir. Biz də YAP üzvləri olaraq sosial məsuliyyətə əməl etməklə yanaşı digər insanlara da bunu təşviq etməli, insanları sosial məsuliyyətli olmağa çağırmalıyıq. Bu işləri görmək bizim vətəndaş kimi vəzifələrimizdən biridir” -deyə, Seyfəddin Əliyev nitqinə yekun vurub.
    YAP Masallı rayon təşkilatının Şura üzvü Qardaş Fətullayev çıxış edərək Ulu Öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində Azərbaycanın güclü, qüdrətli dövlətə çevrildiyini bildirib. O, qeyd edib ki, bu gün Ümummilli Liderimizin əsasını qoyduğu inkişaf siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Möhtərəm Prezidentimizin inkişaf siyasəti Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasında avanqard yer tutmasını şərtləndirib. Bu siyasətin əsasında insan amili dayanır və Azərbaycan güclü, müasir və nüfuzlu dövlət kimi tanınır”.
    Bədəlan ərazi ilk partiya təşkilatının sədri Arif Mehtiyev, YAP Masallı rayon təşkilatı Qadınlar Şurasının üzvü Nailə Əsədullayeva, gənc fəal Könül Qənbərova və başqaları çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında əvəzsiz xidmətlərindən danışıb, Ulu Öndərin dövlət müstəqilliyimizin qorunub saxlanılması, respublikanın sosial-iqtisadi inkişafı sahəsindəki misilsiz fəaliyyətindən bəhs ediblər.

    “Yeni həyat”,      
    www.yeniheyet.az
    DİGƏR XƏBƏRLƏR
    Latest News
    1. Masallıda Beynəlxalq Gənclər Gününə həsr olunmuş videokonfrans keçirilib
    2. MASALLIDA MAARİFLƏNDİRİCİ AKSİYA
    3. Masallıda sərt karantin rejimi ilə əlaqədar reydlər davam edir
    4. Masallı şəhərində 1 küçənin asfaltlanması yekunlaşıb, 2 küçədə işlər davam edir
    5. Masallıda yaralı əsgərlə görüş
    6. MASALLI - Çaxırlı təsərrüfatçıları əkin sahələrini daha da genişləndirirlər
    7. MASALLI - Xılda 95, 6 hektarda çəltik əkilib
    8. Masallıda şahmat və bilik yarışlarının qalibləri mükafatlandırılıb
    9. Masallı RİH başçısının növbəti videoqəbulu
    10. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    11. GƏNCLƏR BİZİM SABAHIMIZDIR
    12. MASALLIDA SƏNAYE
    13. Sərçuvarda bu il də pomidor boldur
    14. Ərkivan təsərrüfatçıları bu mövsümdə bol məhsul əldə ediblər
    15. Masallı şəhər ərazisində asfaltlanma işləri davam etdirilir
    16. Masallıda RİH başçısının sədrliyi ilə növbəti onlayn müşavirə keçirilib
    17. Masallıda meşə ərazisində baş verən yanğın söndürülüb
    18. MASALLIDA DEMOQRAFİK VƏZİYYƏT
    19. Koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur
    20. MASALLIDA BİTKİÇİLİK SAHƏSİNDƏ QAZANILAN NƏTİCƏLƏR
    21. Masallı şəhər Heydər Əliyev prospektində yaşıllaşdırma işləri
    22. Masallıda daha bir küçənin asfaltlanması yekunlaşdı
    23. Masallıda RİH başçısının növbəti videoqəbulu keçirilib
    24. BİR GÖRÜŞÜN TARİXÇƏSİ
    25. MASALLI RAYONUNUN YARADILMASINDAN 90 İL ÖTÜR
    26. Son 6 ayda Masallının iqtisadi və sosial inkişafı artmışdır
    27. MASALLI ŞƏHƏRİNİN KÜÇƏLƏRİ ASFALTLANIR
    28. Masallıda əkin sahələrinin suvarılması üçün kifayət qədər su ehtiyatı var
    29. Masallıda 49 hektarda balqabaq əkilib
    30. MASALLI – Sərçuvar və Lürən ərazilərində abadlıq işləri
    31. MASALLIDA VƏTƏNDAŞLARIN NÖVBƏTİ ONLAYN QƏBULU
    32. Masallıda bu günədək 200 ton yaş, 15,8 ton quru tütün tədarük olunub
    33. «Baba bulağı» bağının ilk nübarı
    34. Masallı şəhərinin 18 küçəsi asfaltlanacaq
    35. Masallı Rayon İcra Hakimiyyətində yeni təyinat
    36. Masallı RİH başçısı növbəti onlayn qəbul keçirib
    37. Masallıda bostan və tərəvəz bitkilərinin əkin sahəsi genişlənib
    38. Masallıda günəbaxan və noxud da yetişdirilir
    39. Masallıda Böyük Vətən müharibəsi veteranlarına ərzaq sovqatları paylanılıb
    40. Masallıda kartof yığımı başa çatır
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    All news
    «     2020    »
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    World News