• In Masally very hard-working, patriotic and true citizens of Azerbaijan live...
  • Heydar Aliyev
  • AZ
  • RU
  • » » VƏTƏNDASŞLIQ BORCU, VƏTƏNDAŞ QÜRURU

    VƏTƏNDASŞLIQ BORCU, VƏTƏNDAŞ QÜRURU

     
    MASALLIDA ORDUYA YAY ÇAĞIRIŞI
     
    VƏTƏNDASŞLIQ BORCU, VƏTƏNDAŞ QÜRURU
     
    Artıq bir neçə gündür ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən, həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb. İyulun 1-dən 30-dək çağırışçılar müəyyən edilmiş qrafik əsasında xidmət yerlərinə göndərilir.
    Ölkəmizin hər yerində olduğu kimi Masallı rayonunda da gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində həyata keçirilən işlər müsbət nəticələrini verir. Gənclərimiz müddətli həqiqi hərbi xidmət keçmək üçün ordu sıralarına böyük ruh yüksəkliyi ilə yollanırlar.
    Səhər tezdən Orduya yay çağırışı ilə bağlı yazı hazırlamaqdan ötrü Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Masallı rayon şöbəsinə yollanıram. İlk öncə burada yeni növ koronavirus infeksiyası ilə əlaqədar qabaqlayıcı tədbirlərin həyata keçirildiyinin şahidi oluram. Binanın girişində fərdi qaydada dezinfeksiya üçün spirt tərkibli antiseptik məhlullar, qoruyucu maskalar, əlcəklər yerləşdirilib ki, bundan hər kəs sərbəst istifadə edə bilir. Hərbi qulluqçular tərəfindən daxil olan şəxslərdə temperaturun ölçülməsi üçün xüsusi termometriya qurğusundan istifadə olunur. Həmçinin binanın yerləşdiyi ərazidə, eləcə də buradakı nəqliyyat vasitələrinin dezinfeksiya işləri yerinə yetirilir.
    Mən isə sabahın əsgərlərinə yaxınlaşır, bir-bir onların fikirlərini öyrənməyə çalışıram. Göyəçöllü Sahil Həsənov, lürənli Hümmət Şükürov, ərkivanlı Vüsal Vəliyev və Sərxan Məmmədov, şərəfəli Əşrəf Ağakişili, Ərəb kəndindən Razil Abbasov, Banbaşıdan Pərviz Bağırov və Mikayıl Həsənov, Təklədən Əhməd Mehtiyev fərdi söhbət zamanı vurğulayırlar ki, xidmət dövründə mətin Azərbaycan əsgəri kimi müstəqil respublikamızın ərazi bütövlüyünün qorunmasında hünər və bacarıqlarını əsirgəməyəcəklər.
    Köhnə Alvadıdan – Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunu Ceyhun İbişov, Viləş kəndindən Bakı Texniki Kollecinin məzunu Azər Ələmov, Musaküçədən Azərbaycan Dövlət Universitetinin məzunu Elvin Asifzadə hər qarış Vətən torpağını göz bəbəyi kimi qoruyacaqlarını bildirirlər.
    Həkim komissiyasının üzvü Mirrəhim Nəbiyevdən öyrənirəm ki, müddətli həqiqi hərbi xidmətə yola düşəcək çağırışçıların öyrənilməsilə bağlı prosedurlara, rayon həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmələrinə mövcud reallığa uyğun olaraq xüsusi həssaslıqla yanaşılır.
    Komanda verilir, çağırıçılar sıraya düzülür. Həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi, mayor Ceyhun Həsənov, bölmənin əməkdaşı, kapitan Əlisəfa Abbasov çağırışçıların siyahısını oxuduqdan sonra onları təlimatlandırırlar.
    Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Masallı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vəli Rzayev çağırışçıları bir daha xüsusi karantin rejiminin tələblərinə, özünütəcrid və sanitar-gigiyena qaydalarına riayət etməyə, nizam-intizamlı olmağa çağırır: Hər kəsə məlumdur ki, koronavirus infeksiyasının respublika ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün xüsusi karantin rejimi tətbiq edilib. Xüsusi karantin rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilmiş qərar və tövsiyələrə ciddi riayət etməniz sizin göstərəcəyiniz əsl vətənpərvərlik nümunəsidir. Mövcud vəziyyətdə hər biriniz gələcəyin əsgəri kimi hərbi xidmətin təməl prinsiplərindən olan nizam-intizamlı olmaqla müstəqil Azərbaycanımızın xoşbəxt gələcəyinə, milli həmrəyliyə və öz yaxınlarınızın sağlamlığının qorunmasına böyük töhfə vermiş olarsınız.
    Masallı gənclərinin Vətənin keşiyində ayıq-sayıq dayanacaqlarına əminliyini ifadə edən şöbə rəisi onlara komandir və rəislər tərəfindən verilən əmr və tapşırıqları vaxtında, layiqincə yerinə yetirmələrini tövsiyə edir, hərbi xidmətlərində uğurlar arzulayır.
    ...Gənclər onlar üçün ayrılmış avtobusa oturaraq hərbi hissələrə yola düşürlər.
    Yolunuz aydın olsun!

    Akif AĞAYEV,
    “Yeni həyat”,      
    www.yeniheyet.az
     
     
    DİGƏR XƏBƏRLƏR
    Latest News
    1. Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə telefonla zəng edib
    2. Masallıda Beynəlxalq Gənclər Gününə həsr olunmuş videokonfrans keçirilib
    3. MASALLIDA MAARİFLƏNDİRİCİ AKSİYA
    4. Masallıda sərt karantin rejimi ilə əlaqədar reydlər davam edir
    5. Masallı şəhərində 1 küçənin asfaltlanması yekunlaşıb, 2 küçədə işlər davam edir
    6. Masallıda yaralı əsgərlə görüş
    7. MASALLI - Çaxırlı təsərrüfatçıları əkin sahələrini daha da genişləndirirlər
    8. MASALLI - Xılda 95, 6 hektarda çəltik əkilib
    9. Masallıda şahmat və bilik yarışlarının qalibləri mükafatlandırılıb
    10. Masallı RİH başçısının növbəti videoqəbulu
    11. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    12. GƏNCLƏR BİZİM SABAHIMIZDIR
    13. MASALLIDA SƏNAYE
    14. Sərçuvarda bu il də pomidor boldur
    15. Ərkivan təsərrüfatçıları bu mövsümdə bol məhsul əldə ediblər
    16. Masallı şəhər ərazisində asfaltlanma işləri davam etdirilir
    17. Masallıda RİH başçısının sədrliyi ilə növbəti onlayn müşavirə keçirilib
    18. Masallıda meşə ərazisində baş verən yanğın söndürülüb
    19. MASALLIDA DEMOQRAFİK VƏZİYYƏT
    20. Koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur
    21. MASALLIDA BİTKİÇİLİK SAHƏSİNDƏ QAZANILAN NƏTİCƏLƏR
    22. Masallı şəhər Heydər Əliyev prospektində yaşıllaşdırma işləri
    23. Masallıda daha bir küçənin asfaltlanması yekunlaşdı
    24. Masallıda RİH başçısının növbəti videoqəbulu keçirilib
    25. BİR GÖRÜŞÜN TARİXÇƏSİ
    26. MASALLI RAYONUNUN YARADILMASINDAN 90 İL ÖTÜR
    27. Son 6 ayda Masallının iqtisadi və sosial inkişafı artmışdır
    28. MASALLI ŞƏHƏRİNİN KÜÇƏLƏRİ ASFALTLANIR
    29. Masallıda əkin sahələrinin suvarılması üçün kifayət qədər su ehtiyatı var
    30. Masallıda 49 hektarda balqabaq əkilib
    31. MASALLI – Sərçuvar və Lürən ərazilərində abadlıq işləri
    32. MASALLIDA VƏTƏNDAŞLARIN NÖVBƏTİ ONLAYN QƏBULU
    33. Masallıda bu günədək 200 ton yaş, 15,8 ton quru tütün tədarük olunub
    34. «Baba bulağı» bağının ilk nübarı
    35. Masallı şəhərinin 18 küçəsi asfaltlanacaq
    36. Masallı Rayon İcra Hakimiyyətində yeni təyinat
    37. Masallı RİH başçısı növbəti onlayn qəbul keçirib
    38. Masallıda bostan və tərəvəz bitkilərinin əkin sahəsi genişlənib
    39. Masallıda günəbaxan və noxud da yetişdirilir
    40. Masallıda Böyük Vətən müharibəsi veteranlarına ərzaq sovqatları paylanılıb
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    All news
    «     2020    »
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    World News