• In Masally very hard-working, patriotic and true citizens of Azerbaijan live...
  • Heydar Aliyev
  • AZ
  • RU
  • » » Masallıda xüsusi karantin rejiminin sərtləşdirilməsilə bağlı rayon icra hakimiyyəti başçısının geniş tərkibdə onlayn müşavirəsi keçirilib

    Masallıda xüsusi karantin rejiminin sərtləşdirilməsilə bağlı rayon icra hakimiyyəti başçısının geniş tərkibdə onlayn müşavirəsi keçirilib

    Masallıda xüsusi karantin rejiminin sərtləşdirilməsilə bağlı rayon icra hakimiyyəti başçısının geniş tərkibdə onlayn müşavirəsi keçirilib 

    İyulun 3-də Masallı rayon İcra hakimiyyəti başçısı yanında geniş tərkibdə videomüşavirə keçirilib.
    Vidoemüşavirədə RİH başçısının müavinləri, aparatın şöbə müdirləri, şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, hüquq-mühafizə orqanları, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsi, idarə-müəssisə və təşkilat rəhbərləri, bələdiyyə sədrləri, məktəb direktorları, dini icma sədrləri və imamları da daxil olmaqla ümumilikdə 730 nəfər fəal iştirak edib.
    Müşavirəni açan Masallı RİH başçısı Şahin Məmmədov koronavirus(COVID-19) pandemiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması və xalqımızın yolxucu infeksiyadan az zərərlə çıxması istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə zəruri qabaqlayıcı tədbirlərin görüldüyünü, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinin davam etdirildiyini bildirib.
    Ş.Məmmədov xüsusi karantin rejimi müddətində RİH başçısı yayında yaradılmış Operativ Qərargah tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq təxirəsalınmaz işlərin həyata keçirildiyini, yoluxma riskinin azaldılması istiqamətində zəruri tədbirlərin davam etdirildiyini bildirib. Diqqətə çatdırılıb ki, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə yaradılmış mobil qrup üzvləri tərəfindən yerlərdə izahetmə-xəbərdarlıq işləri davam etdirilib, əhalinin sıx olduğu məkanlarda qoruyucu maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı maarifləndirici söhbətlər aparılıb. Eyni zamanda təbliğat xarakterli plakatlar yapışdırılıb, könüllü gənclərin iştirakı ilə əhali arasında yolxucu infeksiya haqqında maarifləndirici bukletlərin paylanılması təmin edilmiş, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyyə və tapşırıqları və sanitar-epidemioloji tələblərlə bağlı məlumatlar dövrü olaraq rayon cra hakimiyyətinin sosial şəbəkə və rəsmi internet saytında yayımlanmışdır. Əhalinin sağlamlığının qorunması məqsədilə şəhərin küçə və prospektləri xüsusi texnikalarının köməyilə dezinfeksiyaedici maddələrlə yuyulub, rayon Gigiyena və Epidemiologiya Mərkəzinin işçiləri tərəfindən yaşayış binalarının ətrafında, giriş bloklarında, pilləkən qəfəslərində, ticarət və xidmət obyektlərində dezinfeksiyaedici maddələrlə sanitar-gigiyenik işlər aparılıb.
    Rayon rəhbəri koronavirus infeksiyasının qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin qərarı ilə ölkənin bəzi şəhər və rayonlarında, o cümlədən Masallı şəhəri ərazisində xüsusi karantin rejiminin 1 avqust 2020-ci il tarixədək uzadıldığını və bununla əlaqədar bir sıra sərt karantin tədbirlərinin tətbiq edildiyini müşavirə iştirakçılarının nəzərinə çatdıraraq bu tədbirlərin Operativ Qərargahın təlimat və tövsiyələrinə uyğun aparılmasını, ərazi üzrə sanitar-epidemioloji normalara qeyd-şərtsiz əməl olunmasını tələb edib.
    Müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gəncə şəhərinə səfəri zamanı koronavirus epidemiyasına qarşı mübarizədə tibbi-qoruyucu vasitələrin xüsusi əhəmiyyəti barədə söylədiyi fikirlərini bir daha xatırladan icra başçısı yerlərdə mobil və işçi qruplar tərəfindən sakinlərlə qoruyucu maska, şəxsi dezinfeksiya və tibbi-mühafizə vasitələrindən mütləq qaydada istifadəyə dair təlimatlandırma işlərinin daha da gücləndirilməsini, ictimai yerlərdə, nəqliyyat vasitələrində, avtobus dayanacaqlarında insanlar arasında sosial-təmas məsafəsinin gözlənilməsini, vətəndaşların kompakt şəkildə toplaşmasının, xüsusilə, hüzr mərasimlərində adamların kütləvi şəkildə yığılmasının qarşısının alınmasını ciddi şəkildə tələb edərək yerlərdə bütün ziyalıları, sağlam düşüncəli, ictimai fəal şəxsləri bu tədbirlərə cəlb etməyi, xüsusi olaraq qurulmuş yoxlama postlarında çətin şəraitdə məsul vəzifə icra edən qruplara yaxından köməklik etməyi tapşırmışdır.
    İcra başçısı yeni təyin olunan Masallı rayon Prokuroru Vəli İbrahim oğlu Mustafayevi rayon ictimaiyyəti adından təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
    Masallı rayon Prokuroru Vəli Mustafayev, Masallı rayon Polis şöbəsinin rəisi Habil Əmiraslanov və Dövlət Təhlükəsizlik Xidməti Masallı rayon şöbəsinin rəisi Emin Süleymanov xüsusi karantin rejimi günlərində şəxsi heyətə xüsusi tapşırıqlarını verdiklərini, xüsusi karantin rejimini pozanlar barədə ciddi tədbirlərin görüləcəyini bildiriblər.
    İcra başçısı rayon ağsaqqallar şurasının sədri, III dərəcəli “Vətənə Xidmətə görə” ordenli dövlət qulluğu təqaüdçüsü Ələşrəf Niftiyevin 75 yaşı tamam olması münassibətilə təbrik edərək qeyd edib ki, bütün mənalı ömrünüz yalnız tərifə layiqdir. Masallı Rayon İcra Hakimiyyətinin başçısı kimi Sizin hərtərəfli fəaliyyətinizı bəyənir, 75 illik yubileyinizi təbrik edir, uzun ömür, cansağlığı, Vətənimizin yeni nailiyyətləri naminə yaradıcılıq fəaliyyəti arzu edirəm.
    Sonra Ə.Niftiyev, həmçinin rayon MƏSQ veteranlar şurasının sədri Məmmədağa Şiriyev, “Cənub xəbərləri” saytının redaktoru Zahir Əmənov videomüşavirədə dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək göstərməklə Operativ Qərargahın tələb və tövsiyələrinə və s. əməl etmələrini vurğulayıblar.
    Videomüşavirədə qeyd olunub ki, evlərdə qadınlardan ibarət məclislərin keçirilməsi müşahidə edilir. Belə məclislərin qarşısının alınması istiqamətində ciddi tədbirlər həyata keçiriləcək.
    RİH başçısı Şahin Məmmədov hər hansı neqativ hallara qarşı işlərin gücləndirilməsi və onların aradan qaldırılması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsinə dair müvafiq tapşırıq və tövsiyələrini verib.
    Videomüşavirədə kənd təsərrüfatı işlərinin gedişi, qanunsuz tikililər, təhsil, yay mövsümü ilə əlaqədar meşələrin, əkin sahələrinin yanğından qorunması, suya yaranan ehtiyacı ödəmək üçün mövcud su ehtiyatlarından səmərəli şəkildə istifadə olunmasını tövsiyə edilib.
    Sonda rayon rəhbəri həlli vacib olan məsələlərin icrası ilə bağlı məsul şəxslərə tapşırıqlarını verib.

    “Yeni həyat”,
    www.yeniheyet.az
    DİGƏR XƏBƏRLƏR
    Latest News
    1. Prezident İlham Əliyev Türkiyənin Milli Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    2. Masallıda sərt karantin rejimi ilə əlaqədar reydlər davam edir
    3. Masallıda RİH başçısı tərəfindən vətəndaşların növbəti onlayn qəbulu
    4. Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə telefonla zəng edib
    5. Masallıda Beynəlxalq Gənclər Gününə həsr olunmuş videokonfrans keçirilib
    6. MASALLIDA MAARİFLƏNDİRİCİ AKSİYA
    7. Masallıda sərt karantin rejimi ilə əlaqədar reydlər davam edir
    8. Masallı şəhərində 1 küçənin asfaltlanması yekunlaşıb, 2 küçədə işlər davam edir
    9. Masallıda yaralı əsgərlə görüş
    10. MASALLI - Çaxırlı təsərrüfatçıları əkin sahələrini daha da genişləndirirlər
    11. MASALLI - Xılda 95, 6 hektarda çəltik əkilib
    12. Masallıda şahmat və bilik yarışlarının qalibləri mükafatlandırılıb
    13. Masallı RİH başçısının növbəti videoqəbulu
    14. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    15. GƏNCLƏR BİZİM SABAHIMIZDIR
    16. MASALLIDA SƏNAYE
    17. Sərçuvarda bu il də pomidor boldur
    18. Ərkivan təsərrüfatçıları bu mövsümdə bol məhsul əldə ediblər
    19. Masallı şəhər ərazisində asfaltlanma işləri davam etdirilir
    20. Masallıda RİH başçısının sədrliyi ilə növbəti onlayn müşavirə keçirilib
    21. Masallıda meşə ərazisində baş verən yanğın söndürülüb
    22. MASALLIDA DEMOQRAFİK VƏZİYYƏT
    23. Koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur
    24. MASALLIDA BİTKİÇİLİK SAHƏSİNDƏ QAZANILAN NƏTİCƏLƏR
    25. Masallı şəhər Heydər Əliyev prospektində yaşıllaşdırma işləri
    26. Masallıda daha bir küçənin asfaltlanması yekunlaşdı
    27. Masallıda RİH başçısının növbəti videoqəbulu keçirilib
    28. BİR GÖRÜŞÜN TARİXÇƏSİ
    29. MASALLI RAYONUNUN YARADILMASINDAN 90 İL ÖTÜR
    30. Son 6 ayda Masallının iqtisadi və sosial inkişafı artmışdır
    31. MASALLI ŞƏHƏRİNİN KÜÇƏLƏRİ ASFALTLANIR
    32. Masallıda əkin sahələrinin suvarılması üçün kifayət qədər su ehtiyatı var
    33. Masallıda 49 hektarda balqabaq əkilib
    34. MASALLI – Sərçuvar və Lürən ərazilərində abadlıq işləri
    35. MASALLIDA VƏTƏNDAŞLARIN NÖVBƏTİ ONLAYN QƏBULU
    36. Masallıda bu günədək 200 ton yaş, 15,8 ton quru tütün tədarük olunub
    37. «Baba bulağı» bağının ilk nübarı
    38. Masallı şəhərinin 18 küçəsi asfaltlanacaq
    39. Masallı Rayon İcra Hakimiyyətində yeni təyinat
    40. Masallı RİH başçısı növbəti onlayn qəbul keçirib
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    All news
    «     2020    »
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    World News