• In Masally very hard-working, patriotic and true citizens of Azerbaijan live...
  • Heydar Aliyev
  • AZ
  • RU
  • » » Masallıda xüsusi karantin rejiminin sərtləşdirilməsilə bağlı onlayn müşavirə keçirilib

    Masallıda xüsusi karantin rejiminin sərtləşdirilməsilə bağlı onlayn müşavirə keçirilib

    Masallıda xüsusi karantin rejiminin sərtləşdirilməsilə bağlı onlayn müşavirə keçirilib 

    İyunun 23-də Masallı Rayon İcra Hakimiyyəti başçısı yanında geniş tərkibdə növbəti videomüşavirə keçirilib.
    Vidoemüşavirədə rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, hüquq-mühafizə orqanları, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsi, idarə-müəssisə və təşkilat rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, məktəb direktorları, dini icma sədrləri və imamları da daxil olmaqla ümumilikdə 420 nəfərdən çox fəal iştirak edib.
    Müşavirəni giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Azərbaycan Respublikası ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlil edildiyini və son günlərdə virusa yoluxma hallarının sayı, xəstəliyin yayılma dinamikasının nəzərə alınaraq, ölkə üzrə xüsusi karantin rejiminin 21 iyun tarixindən 5 iyul tarixinə qədər sərt karantin rejimi elan olunmasını və Masallının xüsusi karantin rejimdə olan rayonlar siyahısında olmasını videomüşavirə iştirakçılarının diqqətinə çatdırıb.
    Rayon rəhbəri Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yexlax, Cəlilabad, Abşeron rayonu kimi Masallı rayonunda da insanlar SMS, xüsusi xəbərdarlıq, icazələr əsasında zərurət yarandığı halda evlərindən çıxa biləcəyini, son günlər yas mərasimlərinin keçirilməsi ilə bağlı pozuntuların müşahidə olunduğunu bildirən icra başçısı ayrı-ayrı məscidlərdə insan vəfat edərkən azan verilməsinin düzgün olmadığığını qeyd edib. Dəfn mərasimi və yas məclisi on nəfərdən çox olmamaq şərtilə keçirilməli olduğunu vurğulayan icra başçısı bu qaydaların daha çox Masallı şəhər, Ərkivan qəsəbə, Bədəlan, Mahmudavar, Təzə Alvadı, Çaxırlı, Təklə, Şərəfə, Qarğalıq, Göyəçöl, Şıxlar, Təzəkənd, Kolatan və Könhə Alvadı kəndlərindəki məscidlərdə pozulduğunu bildirdi. Karantin dövründə əhali arasında 20 min maska, spirt və əlcək paylandığını qeyd edən İcra başçısı fəalların gücündən istifadə edərək təbliğatın geniş şəkildə aparmasını, hər bir ərazidə 3-5 nəfərdən ibarət mobil qrupların yaradılmasının vacibliyini qeyd edib.
    Masallı rayon Prokuroru əvəzi İlham Səlimov, Masallı rayon Polis şöbəsinin rəisi Habil Əmiraslanov xüsusi karantin rejimi günlərində şəxsi heyətə xüsusi tapşırıqlarını verdiklərini, xüsusi karantin rejimini pozanlar barədə ciddi tədbirlərin görüləcəyini bildiriblər.
    Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin direktoru, Əməkdar həkim Cəlil Nəzərov koronavirusla bağlı rayondakı son durumla bağlı geniş məlumat verib. O, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı haqqında məlumat verərək bildirib ki, əhali şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara daha ciddi əməl etməli, tibbi maskalardan istifadə edilməli, yalnız zəruri hallarda evdən çıxmalı, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmalı, dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək göstərməklə Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməlidir.
    Videomüşavirədə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Eminli kənd məscidinin dini icma sədri Rəbbi Kərimov, Təzə Alvadı kənd məscidinin dini icma sədri Ağamirzə Alışov, Hacıtəpə kənd məscidinin dini icma sədri Nəcəfqulu Quliyev pandemiya dövründə məscidlərdə yalnız dəfn mərasimlərinin keçirilməsi zamanı 10 nəfərdən az olmaqla, eyni zamanda sosial məsafəni gözləməklə mərasimi başa çatdırmaq, dəfndən başqa heç bir mərasimdə iştirak etməməyin məqsədəmüvafiq olduğunu vurğulayıblar. Bəzi hüzr sahibləri həyətlərində çadır qurmaq və ya evlərdə toplantı halında belə məclisləri təşkil etməyə cəhd etmişlər. Belə hallar Qodman, Təzə Alvadı, Təzəkənd və s. ərazilərdə aşkarlanmışdır.
    Evlərdə qadınlardan ibarət məclislərin keçirilməsi müşahidə edilir. Hazırda belə məclislərin qarşısının alınması istiqamətində maarifləndirici tədbirlər həyata keçirilir.
     
    SHXÇDX-nin rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vəli Rzayev çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Milli Ordumuz bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir, bu sahənin inkişafı istiqamətində lazimi islahatlar aparılır. Prezidentin 11 iyun 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılmasına başlanmışdır. Pandemiya dövrünə baxmayaraq Masallı rayonunda da çağırışçılarla komplektləşdirilməsi, vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı istiqamətində mühüm işlər davam etdirilir və nəticələr əldə edilir.
    Videomüşavirədə kənd təsərrüfatı işlərinin gedişi, çay, tərəvəz, çəltik əkinlərinin vəziyyəti, və s. də müzakirə edilib.
    Rayon rəhbərinin tapşırığına əsasən Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Mahir Əliyev çay plantasiyalarının və çəltik əkinlərinin suvarılması vəziyyəti haqqında danışıb.
    Daha sonra çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov bildirib ki, 23 iyun ölkəmizdə Dövlət Qulluqçularının peşə bayramı kimi qeyd olunur. Dövlət Qulluqçularının peşə bayramı Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilib. Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolunu və BMT Baş Assambleyası tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının Peşə bayramı günü elan edilməsi qərara alınıb. Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. 1995-ci ildə qəbul olunan Konstitusiya ölkəmizdə dövlət quruluşu və idarəçilik prinsiplərini təsbit edir. Ölkəmizdə Dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də qəbul edilən “Dövlət qulluğu haqqında” Qanundur. Bu Qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib.
    Rayon rəhbəri dövlət qulluqçularını təbrik etmiş, hər bir dövlət qulluqçusuna xalqa layiqli xidmət etmək işində uğurlar arzulamışdır. Ş.Məmmədov qeyd edib ki, iyunun 23-də cənab Prezident İlham Əliyevin Sərəncamı ilə Masallı rayon İcra hakimiyyəti başçısının Tüklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Kərim Ramazan oğlu Ağayev də “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.
    Sonda dövlət qulluğunda fərqlənən bir qrup şəxsə Masallı rayon İcra hakimiyyəti başçısının Fəxri fərmanı oxunub.
    Sonda Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov həlli vacib olan məsələlərin icrası ilə bağlı məsul şəxslərə tapşırıq və tövsiyələrini verib.
     
     “Yeni həyat”,
    www.yeniheyet.az
    DİGƏR XƏBƏRLƏR
    Latest News
    1. Prezident İlham Əliyev Türkiyənin Milli Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    2. Masallıda sərt karantin rejimi ilə əlaqədar reydlər davam edir
    3. Masallıda RİH başçısı tərəfindən vətəndaşların növbəti onlayn qəbulu
    4. Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə telefonla zəng edib
    5. Masallıda Beynəlxalq Gənclər Gününə həsr olunmuş videokonfrans keçirilib
    6. MASALLIDA MAARİFLƏNDİRİCİ AKSİYA
    7. Masallıda sərt karantin rejimi ilə əlaqədar reydlər davam edir
    8. Masallı şəhərində 1 küçənin asfaltlanması yekunlaşıb, 2 küçədə işlər davam edir
    9. Masallıda yaralı əsgərlə görüş
    10. MASALLI - Çaxırlı təsərrüfatçıları əkin sahələrini daha da genişləndirirlər
    11. MASALLI - Xılda 95, 6 hektarda çəltik əkilib
    12. Masallıda şahmat və bilik yarışlarının qalibləri mükafatlandırılıb
    13. Masallı RİH başçısının növbəti videoqəbulu
    14. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    15. GƏNCLƏR BİZİM SABAHIMIZDIR
    16. MASALLIDA SƏNAYE
    17. Sərçuvarda bu il də pomidor boldur
    18. Ərkivan təsərrüfatçıları bu mövsümdə bol məhsul əldə ediblər
    19. Masallı şəhər ərazisində asfaltlanma işləri davam etdirilir
    20. Masallıda RİH başçısının sədrliyi ilə növbəti onlayn müşavirə keçirilib
    21. Masallıda meşə ərazisində baş verən yanğın söndürülüb
    22. MASALLIDA DEMOQRAFİK VƏZİYYƏT
    23. Koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur
    24. MASALLIDA BİTKİÇİLİK SAHƏSİNDƏ QAZANILAN NƏTİCƏLƏR
    25. Masallı şəhər Heydər Əliyev prospektində yaşıllaşdırma işləri
    26. Masallıda daha bir küçənin asfaltlanması yekunlaşdı
    27. Masallıda RİH başçısının növbəti videoqəbulu keçirilib
    28. BİR GÖRÜŞÜN TARİXÇƏSİ
    29. MASALLI RAYONUNUN YARADILMASINDAN 90 İL ÖTÜR
    30. Son 6 ayda Masallının iqtisadi və sosial inkişafı artmışdır
    31. MASALLI ŞƏHƏRİNİN KÜÇƏLƏRİ ASFALTLANIR
    32. Masallıda əkin sahələrinin suvarılması üçün kifayət qədər su ehtiyatı var
    33. Masallıda 49 hektarda balqabaq əkilib
    34. MASALLI – Sərçuvar və Lürən ərazilərində abadlıq işləri
    35. MASALLIDA VƏTƏNDAŞLARIN NÖVBƏTİ ONLAYN QƏBULU
    36. Masallıda bu günədək 200 ton yaş, 15,8 ton quru tütün tədarük olunub
    37. «Baba bulağı» bağının ilk nübarı
    38. Masallı şəhərinin 18 küçəsi asfaltlanacaq
    39. Masallı Rayon İcra Hakimiyyətində yeni təyinat
    40. Masallı RİH başçısı növbəti onlayn qəbul keçirib
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    All news
    «     2020    »
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    World News