• In Masally very hard-working, patriotic and true citizens of Azerbaijan live...
  • Heydar Aliyev
  • AZ
  • RU
  • » » Yeni Azərbaycan tarixinin görkəmli siması

    Yeni Azərbaycan tarixinin görkəmli siması

    Şərəf tariximiz – Milli Qurtuluş Günü
     
    Yeni Azərbaycan tarixinin görkəmli siması
     
    “Müstəqil Azərbaycan dövləti günü-gündən möhkəmlənəcək, inkişaf edəcək və müstəqilliyini heç zaman əldən verməyəcəkdir”.                                                                    
                                                                               Heydər ƏLİYEV, 
                                                                                Ümummilli Lider.
     
    1991-ci ilin oktyabrında Azərbaycan yenidən öz müstəqilliyini əldə etdikdən sonra Ermənistanın işğalçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti gərginləşdirirdi. Vətənin bu ağır dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri olmuş (1969-1982), daha sonra Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin I müavini Heydər Əliyev 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri oldu.
    90-cı illərin əvvəllərində insanlar Heydər Əliyevin fəal siyasətə dönüşünə Azərbaycanın milli qurtuluşunun başlanğıcı kimi baxırdılar. Ulu Öndərin Naxçıvan Ali Məclisinin sədri kimi qəbul etdiyi müdrik qərarlar, həyata keçirdiyi məqsədyönlü tədbirlər yeni müstəqillik qazanmış dövlətin aparmalı olduğu islahatların mahiyyətini təşkil edirdi.
     
    27 il öncə dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edildi. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ümummilli Lider öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu. Ölkədəki gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Separatçıların respublikanı parçalamaq kimi məkrli niyyətlərinə layiqli cavablar verildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bu dahi şəxsiyyətin uğurlarını qısqanclıqla qarşılayanlar ona mane olmağa çalışsalar da Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, müdriklik və uzaqgörənliyi böhrana son qoydu, hər kəs bir ideya ətrafında birləşdi.
    17 noyabr 1990-cı ildə üçrəngli Azərbaycan Bayrağının dövlət rəmzi kimi qəbul edil­mə­si məhz cəsarətli və uzaq­görən dövlət xadimi Heydər Əliyev tə­rə­findən həyata keçirildi. Müstəqillik Aktı qəbul olundu. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının  Naxçıvan MR Ali Məclisi Sədrinin 16 dekabr 1991-ci il tarixli qərarı ilə Naxçı­van­da Dünya Azərbaycanlı­la­rı­nın Həmrəylik Gününün müəyyən olunması ilə dünyada azərbaycançılıq anlayışı meydana çıxdı və ge­niş bir hərə­ka­tın əsası qoyuldu. Hakim dairələrin törətdikləri süni maneələrə baxmayaraq, ölkə ziyalılarının təkidli çağırışları və xalqın etimadı sayəsində 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Heydər Əliyev partiyanın sədri seçildi. O zamankı hakimiyyət dairələrinin YAP-ın yaranmasına göstərdikləri maneələr, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanları özlərinin ali məqsədlərindən döndərə bilmədi. Ümummilli Liderin nüfuzu, xalqın ona göstərdiyi misilsiz etimad Yeni Azərbaycan Partiyasının qısa müddətdə təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 6 ay sonra hakimiyyətə gəlməsinə şərait yaratdı. Ulu Öndər Azərbaycanın söykəndiyi dəyərlərdən danışarkən deyirdi: "Yeni Azərbaycan Partiyasının demokratik, hüquqi dövlət qurmaq istiqamətində irəli sürdüyü müddəalar Azərbaycan xalqının söykəndiyi əsas prinsiplər hesab olunmalıdır”.
     
    1997-ci ilin 27 iyununda Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun günü bayram kimi rəsmiləşdi, 1998-ci ildə bu tarixi günə dövlət statusu verildi.
    1993-cü il iyunun 9-da Heydər Əliyevi Naxçıvandan Bakıya gətirən yol, Azərbaycan xalqının və dövlətçiliyinin qurtuluş yolu oldu.
    Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycanı böyük uğursuzluqdan qurtardı. Ölkəmizin iqtisadiyyatı əvvəlki kimi davam etsəydi, bizi fəlakət gözləyirdi. Respublikamızın inkişaf mərhələsi, dünya birliyinə inteqrasiyası başlandı. Müstəqilliyimiz əbədiliyə və dönməzliyə çevrildi. Dövlət hakimiyyəti möhkəm­lən­dirildi, təhlükəsizliyi təmin edildi. Ordu quruculuğu sahəsində mühüm işlər görüldü. Cəbhədə atəşkəs elan olundu. Azərbaycanda təcrübəli mütəxəs­sis­lər, ziyalı-siyasətçilər, tanınmış elm və mədəniyyət xadimləri əsasında milli parla­men­tarizm formalaşdırıldı.
     
    Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi dünya siyasətində Azərbaycan haqqında yaranmış qeyri-obyektiv münasibəti və baxışları alt-üst etdi. Onun uzaqgörən siyasəti addım-addım Avropaya pəncərə açdı, BMT-nin yüksək kürsüsündən dünyaya yayıldı.
    Ulu Öndərin elan etdiyi yeni neft strategiyası Azərbaycanın gələcək sosial-iqtisadi inkişafının rəhninə çevrildi. 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 8 ölkəsindən 11 iri neft şirkətilə “Əsrin müqaviləsi” imzalandı. Heydər Əliyevin əzmkarlığı nəticəsində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsinə dair sazişin imzalanması mümkün oldu.
    Bu siyasi qayıdış Azərbaycanı azərbaycanlılara, milləti özünə qaytardı. Ulu Öndər ölkəmizə müdrik dövlət idarəçilik metodunu gətirdi və seçkiyə, xalqın etimadına əsaslanan mexanizm yaratdı. Buna görə də hüquqi dövlət sisteminin formalaşması birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Əbədiyaşar liderin gərgin əməyi sayəsində 1995-ci il noyabrın 12-də xalq referenduma gedərək öz dövlətçiliyinin əsas hüquqi istiqamətlərini müəyyənləşdirdi – Azərbaycan Respublikasının Konstitusiyasını qəbul etdi.
    Aqrar sahədə ciddi dönüş yaratmaq məqsədilə ilk növbədə kənd təsərrüfatında mövcud olan tənəzzülün qarşısı alındı, islahatlara başlanıldı. MDB-yə daxil olan digər respublikalarla müqayisədə çox qısa bir vaxtda sovxoz və kolxozlar ləğv olunaraq onların torpaqları və əmlakı pulsuz olaraq kəndlilərə paylandı. 1997-ci ildə Heydər Əliyev milyonlarla insanın çörək təknəsi olan torpağın ədalətlə özəlləşdirilməsinə nail oldu.
    Azərbaycanda təsərrüfat, səhiyyə, incəsənət, ədəbiyyat, tarix və digər elə bir sahə yox idi ki, Heydər Əliyev onunla maraqlanmasın, dirçəltməsin. Ulu Öndər xalqının hər bir şəxsinin inkişafı üçün çalışırdı.
    Xalqın milli nailiyyət simvoluna çevrilmiş bu tarixi şəxsiyyətin rəhbərliyi altında əldə olunan uğurların ən mühümü müstəqil Azərbaycan dövlətidir. Azərbaycanın yeni tarixi məhz Ulu Öndərin liderliyi və müəllifliyilə yaranıb. Respublikamızın hərtərəfli inkişafı üçün onun hazırladığı strateji istiqamətlər hələ uzun illər müstəqil dövlətimizin gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə xidmət edəcək.
    Qeyri-adi enerji və təşkilatçılıq qabiliyyətilə fərqlənən, mahiyyətcə qurucu və yaradıcı olan, öncəgörmə qabiliyyətinə və siyasi fəhmə malik Ulu Öndər hələ sağlığında əfsanəyə çevrildi. O, özünün cismani yoxluğu dövründə də milli ideyaları davam və inkişaf etdirməyə qabil lideri yetişdirdi. Heydər Əliyevin formalaşdırdığı möhkəm təməllər üzərində Azərbaycanı tarixinin ən qüdrətli mərhələsinə gətirib çıxaran məhz onun yetirməsi – Prezident İlham Əliyev oldu. Mütərəqqi idarəçilik prinsiplərilə cəmiyyətdə böyük nüfuz sahibinə çevrilmiş dövlət başçımız məsuliyyətli və şərəfli vəzifəsini inamla icra edir. Heydər Əliyev ideyalarının vəmöhtərəm Prezidentimizin uzaqgörən siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan tək regionda deyil, dünyada sayılıb-seçilən ölkədir. Onun ölkəmizə qazandırdığı nailiyyətlər təkcə Azərbaycanın deyil, ümumilikdə Türk dünyasının, islam aləminin gələcəyinə işıq salır. Dövlət başçımızın, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın timsalında Azərbaycan bəşəriyyətə şəfqəti, xeyirxahlığı, mədəniyyətlərarası dialoqu, sülh və tolerantlığı aşılayır, ölkələr və cəmiyyətlər arasında mənəvi körpüyə çevrilir. Ən əsası odur ki, xalqla vətəndaşların, dövlətin bir-birinə qarşılıqlı inamı var.
    Azərbaycan tarixinin Heydər Əliyev dövrü, yəni ötən 51 il həm də tariximizin ən şərəfli mərhələsidir, böyük inkişaf və möhtəşəm quruculuq dövrüdür. Heydər Əliyev dühasının mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı və unudulmaz tarixdir. Hakimiyyətdə olduğu 34 il müddətində Ulu Öndər xalqının tarixi mənafeyi uğrunda əzmlə mübarizə aparmış, ictimai-siyasi proseslərdə daim yeri olmuşdur.
    Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsidir. Bu, bizim – Yeni Azərbaycanımızın tarixidir və bu şərəfli tariximizlə fəxr edirik.

     
                Seyfəddin ƏLİYEV,
               Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri.
     
    DİGƏR XƏBƏRLƏR
    Latest News
    1. Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə telefonla zəng edib
    2. Masallıda Beynəlxalq Gənclər Gününə həsr olunmuş videokonfrans keçirilib
    3. MASALLIDA MAARİFLƏNDİRİCİ AKSİYA
    4. Masallıda sərt karantin rejimi ilə əlaqədar reydlər davam edir
    5. Masallı şəhərində 1 küçənin asfaltlanması yekunlaşıb, 2 küçədə işlər davam edir
    6. Masallıda yaralı əsgərlə görüş
    7. MASALLI - Çaxırlı təsərrüfatçıları əkin sahələrini daha da genişləndirirlər
    8. MASALLI - Xılda 95, 6 hektarda çəltik əkilib
    9. Masallıda şahmat və bilik yarışlarının qalibləri mükafatlandırılıb
    10. Masallı RİH başçısının növbəti videoqəbulu
    11. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    12. GƏNCLƏR BİZİM SABAHIMIZDIR
    13. MASALLIDA SƏNAYE
    14. Sərçuvarda bu il də pomidor boldur
    15. Ərkivan təsərrüfatçıları bu mövsümdə bol məhsul əldə ediblər
    16. Masallı şəhər ərazisində asfaltlanma işləri davam etdirilir
    17. Masallıda RİH başçısının sədrliyi ilə növbəti onlayn müşavirə keçirilib
    18. Masallıda meşə ərazisində baş verən yanğın söndürülüb
    19. MASALLIDA DEMOQRAFİK VƏZİYYƏT
    20. Koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur
    21. MASALLIDA BİTKİÇİLİK SAHƏSİNDƏ QAZANILAN NƏTİCƏLƏR
    22. Masallı şəhər Heydər Əliyev prospektində yaşıllaşdırma işləri
    23. Masallıda daha bir küçənin asfaltlanması yekunlaşdı
    24. Masallıda RİH başçısının növbəti videoqəbulu keçirilib
    25. BİR GÖRÜŞÜN TARİXÇƏSİ
    26. MASALLI RAYONUNUN YARADILMASINDAN 90 İL ÖTÜR
    27. Son 6 ayda Masallının iqtisadi və sosial inkişafı artmışdır
    28. MASALLI ŞƏHƏRİNİN KÜÇƏLƏRİ ASFALTLANIR
    29. Masallıda əkin sahələrinin suvarılması üçün kifayət qədər su ehtiyatı var
    30. Masallıda 49 hektarda balqabaq əkilib
    31. MASALLI – Sərçuvar və Lürən ərazilərində abadlıq işləri
    32. MASALLIDA VƏTƏNDAŞLARIN NÖVBƏTİ ONLAYN QƏBULU
    33. Masallıda bu günədək 200 ton yaş, 15,8 ton quru tütün tədarük olunub
    34. «Baba bulağı» bağının ilk nübarı
    35. Masallı şəhərinin 18 küçəsi asfaltlanacaq
    36. Masallı Rayon İcra Hakimiyyətində yeni təyinat
    37. Masallı RİH başçısı növbəti onlayn qəbul keçirib
    38. Masallıda bostan və tərəvəz bitkilərinin əkin sahəsi genişlənib
    39. Masallıda günəbaxan və noxud da yetişdirilir
    40. Masallıda Böyük Vətən müharibəsi veteranlarına ərzaq sovqatları paylanılıb
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    All news
    «     2020    »
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    World News