• In Masally very hard-working, patriotic and true citizens of Azerbaijan live...
  • Heydar Aliyev
  • AZ
  • RU
  • » » Masallıda koronavirusla bağlı qərargahın növbəti onlayn iclası keçirilib

    Masallıda koronavirusla bağlı qərargahın növbəti onlayn iclası keçirilib

    Masallıda koronavirusla bağlı qərargahın növbəti onlayn iclası keçirilib 

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov hüquq mühafizə orqanlarının və aidiyyatı idarə-müəssisə rəhbərləri, şəhər, qəsəbə, kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, icma sədrləri və məktəb direktorları ilə qərargahın növbəti iclasını onlayn keçirmişdir.
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı qeyd etmişdir ki, ölkədə “COVİD-19” koronavirus infeksiyasının yayılmasının qarşısını alınması üçün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirir. 4 may 2020-ci il tarixinədək ölkədə xüsusi karantin rejim elan olunmuşdur. Həyata keçiriləcəyi əvvəlcədən planlaşdırılan kütləvi tədbirlər, eyni zamanda daxili iclaslar, qapalı yerlərdə həyata keçirilən vətəndaşların qəbulu və səyyari görüşlər təxirə salınıb. Bununla əlaqədar Masallı Rayon İcra Hakimiyyətində iclas və qəbullar yeni formatda həyata keçirilir.
    Müasir texnologiyaların imkanı ilə keçirilən iclsada rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov vurğulamışdır ki, yerlərdə xüsusi karantin rejiminin tələblərinn təmin olunması, əhalinin maarifləndirilməsi və dezinfeksiya işlərinin görülməsi ilə bağlı tapşırıqlar verilib. Göstərib ki, ərazidə tempraturlu vətəndaşlar müəyyən edildikdə dərhal təcili yardıma və RİH-də yaradılmış operativ qərargaha məlumat verilməli və onlardan yaxma götürülməsinə nəzarət edilməlidir. Koronavirusa yoluxması aşkar edilmiş vətəndaşın ünsiyyətdə olduğu digər vətəndaşlar haqqında operativ məlumat toplanmalıdır. Koronavirus (COVİD-19) infeksiyası aşkarlanmış xəstələrin yoluxmamış insanlardan tam izolyasiya olunmasına, həmin ocaqda xəstəliyin ləğvinə yönəldilmiş epidemiya əleyhinə rejim (karantin) tətbiq edilərək epidemiya ocağında xüsusi dezinfeksiya işləri aparılmasına şərait yaradılmalıdır. GEM və rayon Dezinfeksiya Stansiyası ərazilərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirdiyi zaman ərazi nümayəndəsi ictimai iaşə və ticarət obyektləri, bankomatlar, terminallar, bir sözlə, əhalinin kompakt toplaşdığı bütün yerlərin, həmçinin küçə və məhəllə arası yolların dezinfeksiya edilməsi işinə nəzarət gücləndirilməlidir. İclasda rayon İcra hakimiyyətinin başçısı qeyd etmişdir ki, karantin dövründə rayon ərazisində 10 mindən çox aztəminatlı ailələrə ərzaq və maddi yardım göstərilmişdir. Xeyriyyə aksiyasında iştirak edən hər bir Masallı vətəndaşına rayon rəhbəriyi istər yaxında, istərsə də uzaqda olanlara minnətdarlığını ifadə etmişdir.
    Rayon İcra hakimiyyətinin başçısı vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin göstərişi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul aztəminatlı şəxslərə birdəfəlik vəsaitin köçürülməsi prosesi davam etdirilir. Masallı rayon ərazisində 2445 nəfər işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul aztəminatlı vətəndaşlar 190 manat birdəfəlik vəsait almışlar.
    Məktəblilər “Evdə qal, dərsdən qalma” təşəbbüsünə daha aktiv qoşulmalı, ərazi nümayəndələri, valideynlərlə bu barədə maarifləndirmə işləri aparmalı, şagirdlərin onlayn qaydada dərslərə davam etməsinə nəzarəti gücləndimək məqsədilə məktəb direktorları valideynlərlə əlaqəni daha da möhkəmləndirməlidirlər.
    Rayon Gənclər İdarəsinin 25 aprel-10 may 2020-ci il tarixlərdə 14-29 yaşlı gənclər arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilmiş onlayn qaydada “Evdə qal, evdə yarat”, “Rəsm və əl işləri” müsabiqələri haqqında gənclər məlumatlandırılmalıdırlar .
    Daha sonra kənd təsərrüfatı işləri müzakirə olunmuşdur.
    Yaz tarla işlərinin aparılması, sahələrdə tərəvəz əkinlərinə hazırlıq işləri barədə Masallı Rayon İcra Hakimiyyətinin başçısı müvafiq tapşırıq və tövsiyələrini vermiş və bildirmişdir ki, Masallı böyük kənd təsərrüfatı rayonudur. Son illər tərəvəzçilik, çəltikçilik, tütünçülük və çayçılıq geniş vüsət almış, xeyli kənd təsərrüfatı məhsulları istehsal olunmuş, cari ildə də əkin sahələrinə diqqət artırılmalıdır. Fermerlər məhsuldarlığı artırmalı, torpağı əkinə keyfiyyətli hazırlamalı, kartofçuluğun, çiyələkçiliyin inkişafı ildən-ilə artırılmalı və bu sahədən əldə olunan gəlir çoxalmalıdır.
    Az vaxtda çox gəlir gətirən barama saxlanılacaq yerləri hazırlanır. Masallı rayonu üzrə ümumilikdə 37 ərazidə barama saxlanılması nəzərədə tutulan yemləmə otaqları qabaqcadan səliqəyə salınmışdır.
    Təcrübəli kümçülər bu il daha çox fəallıq göstərməlidirlər.
    Əkin-biçin vaxtı gecikdirilməməlidir. Bir neçə gündür ki, rayonda çiyələkçilər öz əkib-becərdikləri məhsulun nübar yığımına başlamışlar. Bir azdan intensiv yığım mövsümü başlanacaq və bu, sentyabra kimi davam edəcəkdir.
     
    “Yeni həyat”,
    www.yeniheyet.az
     
     
     
     
    DİGƏR XƏBƏRLƏR
    Latest News
    1. Prezident İlham Əliyev Türkiyənin Milli Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    2. Masallıda sərt karantin rejimi ilə əlaqədar reydlər davam edir
    3. Masallıda RİH başçısı tərəfindən vətəndaşların növbəti onlayn qəbulu
    4. Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə telefonla zəng edib
    5. Masallıda Beynəlxalq Gənclər Gününə həsr olunmuş videokonfrans keçirilib
    6. MASALLIDA MAARİFLƏNDİRİCİ AKSİYA
    7. Masallıda sərt karantin rejimi ilə əlaqədar reydlər davam edir
    8. Masallı şəhərində 1 küçənin asfaltlanması yekunlaşıb, 2 küçədə işlər davam edir
    9. Masallıda yaralı əsgərlə görüş
    10. MASALLI - Çaxırlı təsərrüfatçıları əkin sahələrini daha da genişləndirirlər
    11. MASALLI - Xılda 95, 6 hektarda çəltik əkilib
    12. Masallıda şahmat və bilik yarışlarının qalibləri mükafatlandırılıb
    13. Masallı RİH başçısının növbəti videoqəbulu
    14. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    15. GƏNCLƏR BİZİM SABAHIMIZDIR
    16. MASALLIDA SƏNAYE
    17. Sərçuvarda bu il də pomidor boldur
    18. Ərkivan təsərrüfatçıları bu mövsümdə bol məhsul əldə ediblər
    19. Masallı şəhər ərazisində asfaltlanma işləri davam etdirilir
    20. Masallıda RİH başçısının sədrliyi ilə növbəti onlayn müşavirə keçirilib
    21. Masallıda meşə ərazisində baş verən yanğın söndürülüb
    22. MASALLIDA DEMOQRAFİK VƏZİYYƏT
    23. Koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur
    24. MASALLIDA BİTKİÇİLİK SAHƏSİNDƏ QAZANILAN NƏTİCƏLƏR
    25. Masallı şəhər Heydər Əliyev prospektində yaşıllaşdırma işləri
    26. Masallıda daha bir küçənin asfaltlanması yekunlaşdı
    27. Masallıda RİH başçısının növbəti videoqəbulu keçirilib
    28. BİR GÖRÜŞÜN TARİXÇƏSİ
    29. MASALLI RAYONUNUN YARADILMASINDAN 90 İL ÖTÜR
    30. Son 6 ayda Masallının iqtisadi və sosial inkişafı artmışdır
    31. MASALLI ŞƏHƏRİNİN KÜÇƏLƏRİ ASFALTLANIR
    32. Masallıda əkin sahələrinin suvarılması üçün kifayət qədər su ehtiyatı var
    33. Masallıda 49 hektarda balqabaq əkilib
    34. MASALLI – Sərçuvar və Lürən ərazilərində abadlıq işləri
    35. MASALLIDA VƏTƏNDAŞLARIN NÖVBƏTİ ONLAYN QƏBULU
    36. Masallıda bu günədək 200 ton yaş, 15,8 ton quru tütün tədarük olunub
    37. «Baba bulağı» bağının ilk nübarı
    38. Masallı şəhərinin 18 küçəsi asfaltlanacaq
    39. Masallı Rayon İcra Hakimiyyətində yeni təyinat
    40. Masallı RİH başçısı növbəti onlayn qəbul keçirib
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    All news
    «     2020    »
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    World News