• In Masally very hard-working, patriotic and true citizens of Azerbaijan live...
  • Heydar Aliyev
  • AZ
  • RU
  • » » Özbəkistanın Buxara vilayətinin nümayəndə heyəti Masallıda

    Özbəkistanın Buxara vilayətinin nümayəndə heyəti Masallıda

    Özbəkistanın Buxara vilayətinin nümayəndə heyəti Masallıda 

    Dekabrın 9-da Özbəkistan Respublikasının Buxara vilayətinin nümayəndə heyəti Masallı rayonuna səfər edib.
    Özbəkistanlı qonaqlar və Masallı Rayon İcra Hakimiyyətinin rəhbərliyi əvvəlcə şəhərin Heydər Əliyev Parkında ümummilli liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
    Daha sonra qonaqlarla rayon icra hakimiyyətində görüş keçirilib. Görüşdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Azərbaycan və Özbəkistan xalqlarının tarixi dostluq əlaqələrindən, ümummilli lider Heydər Əliyevin və Özbəkistan Respublikasının dövlət rəhbərlərinin qarşılıqlı səmimi manasibətləri sayəsində bu dostluğun daim möhkəmləndiyini və bu gün də davam etdiyini xüsusi vurğulayıb.
    İcra başçısı nümayəndə heyətinə Masallının sosial-iqtisadi və mədəni həyatı, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə rayonda həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işləri, uğurla yerinə yetirilən infrastruktur layihələri barədə ətraflı məlumat verib.
    Görüş zamanı rəsmi səfərdə olan Buxara vilayət hakiminin müavini Vahid Hiyezovun, vilayət Mədəniyyət idarəsi rəhbərinin müavini Qalibcon Barotovun, vilayət Dövlət Filormoniyasının rəhbəri Rauf Avezovun, Özbəkistan Nazirlər Kabineti yanında xarici ölkələrlə dostluq əlaqələri, millətlərarası münasibətlər üzrə Komitənin sədr müavini Firuz Bekovun və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinovun daxil olduğu nümayəndə heyətinə Azərbaycanın ən çox əhalisi (227 min 200 nəfər), sıx və böyük rayonlarından biri olan Masallı, onun tarixi, kənd təsərrüfatı və sənaye potensialı, mədəniyyəti, eləcə də sakinlərinin məşğuliyyəti haqqında ətraflı məlumat verilib. XX əsrin sonlarında Azərbaycan ərazisində mənfur ermənilər ölkəmizin 20 faiz torpaqlarını işğal etmiş, 1 milyondan çox soydaşımızı doğma torpaqlarından qovmuşdur. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi barədə BMT-nin 4 qətnaməsi indiyədək icra edilməmişdir. Lakin biz beynəlxalq hüquqa əsaslanaraq sülh yolu ilə torpaqlarımızı işğaldan azad etmək istəyirik. Azərbaycan xalqı sülsevən, qonaqpərvər xalqdır.

    Ölkəmizdə toleorantlıq hamının diqqətini cəlb edir. Dövlətimiz qüdrətlidir. Bildirilmişdir ki, bazaar iqtisadiyyatı ilə inkişaf edən ölkəmizin bir parçası olan rayonun torpaqları münbitdir, sahibkarlığın inkişaf etdirilməsi üçün bütün infrastruktur mövcuddur və lazım olan şərait yaradılır.
    Nümayəndə heyətini maraqlandıran sualları rayonun rəhbəri ətraflı cavablandırıb.
    Görüş və Masallı ilə tanışlıq cay süfrəsi ətrafında səmimi dialoq şəraitində başa çatıb.
    Səmimi qəbula görə minnətdarlıq edən özbəkistanlı qonaqlar belə qarşılıqlı səfərlərin, mədəni mübadilələrin hər iki qardaş xalqı daha da yaxınlaşdıracağına və gələcək əməkdaşlıq üçün geniş perspektivlər açacağına əmin olduqlarını bildiriblər.
    Səfər zamanı özbəkistanlı qonaqların iştirakı ilə Masallı şəhər mədəniyyət mərkəzində “Özbəkistan Mədəniyyəti Günü”nün açılışı, Buxara vilayəti Dövlət Filormoniyasının musiqi kollektivinin ifasında özbək mədəniyyəti və musiqisinə dair təqdimat, özbək suvenirləri və əl işlərindən ibarət sərgi keçirilib.
    Qonaqlara xatirə olaraq Masallıdan olan hədiyyələr təqdim olunub.























     
    “Yeni həyat”,
    www.yeniheyet.az
     
    DİGƏR XƏBƏRLƏR
    Latest News
    1. QANIMIZ VƏTƏN TORPAĞINA QARIŞDI
    2. Əzizimiz Şirvan müəllim
    3. Masallıda “Yeni Azərbaycan Partiyası Qələbələr partiyasıdır” mövzusunda onlayn konfrans
    4. ARİF FƏRZƏLİNİN YENİ ŞEİRLƏRİ
    5. Xalq qalib ordunun Ali Baş Komandanını izdiham ilə qarşılayır
    6. Qazi: Oğlum olsa, ona şəhid komandirimin adını qoyacam
    7. Azərbaycan xalqı Qarabağa həyatı qaytaracaqdır
    8. Masallıda 33 kiçik sututarın tikintisi başa çatıb
    9. Masallıda 868 ton çəltik tədarük olunub
    10. Azərbaycanın yaratdığı yeni reallıq – Ermənistanın kapitulyasiyası
    11. Masallıda KOB-ların sahibkarlıq biliklərinin təkmilləşdirilməsi üzrə distant təlimlər keçirilir
    12. Qarabağda əbədi yaşayacağıq
    13. Sevinirəm ki, qələbə salnaməsinin yazılmasında övladlarımın da payı var
    14. Köhnə Alvadı ərazisində taxıl əkini davam edir
    15. Masallıda Qələbə sevinci
    16. Şuşanın azad olunması və Qələbə münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətləri
    17. MASALLDA ƏMƏK BAZARI
    18. Dövlətimizin başçısı Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət etdi
    19. Masallıda pandemiya ilə bağlı görülmüş işlər
    20. MASALLIDA İSTEHLAK BAZARI
    21. Masallıda nəqliyyat
    22. MASALLIDA "QIZIL PAYIZ"
    23. Masallıda pandemiyadan zərər çəkmiş qadın sahibkarlara dəstək layihəsi
    24. Mənzillərin yanğından mühafizəsi
    25. Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib
    26. Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibə verib
    27. Masallıda taxıl əkini gündən-günə sürətlənir
    28. MASALLIDA TİKİNTİ
    29. Masallıda karantin qaydalarının pozulmasına qarşı reydlər davam edir
    30. MASALLIDA DEMOQRAFİK VƏZİYYƏT
    31. Hişkədərə ərazisində quru tütün tədarükü davam edir
    32. Əminik ki, Qarabağın tacı tezliklə işğalçılardan təmizlənəcək
    33. Prezident İlham Əliyevin Rusiyanın “İnterfaks” agentliyinə müsahibəsi
    34. Masallılı məzun Prezident təqaüdünə layiq görülüb
    35. Prezident İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibəsi
    36. Prezident İlham Əliyev xalqa müraciət edib
    37. Qızılağac ərazisində tütün əkib becərilir
    38. Prezident İlham Əliyevin ABŞ-ın “Fox News” televiziya kanalına müsahibəsi
    39. Cəbrayıl sakini: “Hiyləgər, məğlub düşmənin “sudan quru çıxmaq” cəhdi əbəsdir”
    40. Çaxırlı ərazisində yay şumu davam edir
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    All news
    «     2020    »
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    World News