• In Masally very hard-working, patriotic and true citizens of Azerbaijan live...
  • Heydar Aliyev
  • AZ
  • RU
  • » » Masallı RİH başçısının Masallı şəhər ərazisində səyyar görüş-qəbulu keçirilib

    Masallı RİH başçısının Masallı şəhər ərazisində səyyar görüş-qəbulu keçirilib

    Masallı RİH başçısının Masallı şəhər ərazisində səyyar görüş-qəbulu keçirilib

    Noyabrın 6-da Masallı Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş-qəbulu Masallı şəhər ərazisində keçirilmişdir. Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri, həmçinin 300-ə yaxın şəhər sakini iştirak etmişdir.
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin, eləcə də son vaxtlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində ölkə rəhbərinin imzaladığı fərman və sərəncamların geniş icmalını verib, regionlara göstərilən diqqəti nəzərə çatdırıb, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs edib. O cümlədən cənab Prezidentin tapşırığına əsasən Masallı rayonunda görülən işlər barədə ətraflı məlumat vermişdir.
    Rayon icra hakimiyyətinin başçısı qeyd etmişdir ki, Masallı şəhəri ildən-ilə böyüyür, gözəlləşir.
    Ölkədə, rayonda həyata keçirilən abadlıq-quruculuq işləri, 26332 nəfər əhalisi olan bu ərazidə də öz əksini tapır. Buna baxmayaraq biz yenə də əhalinin təklif və müraciətləri ilə tanış olmaq üçün RİH-də, ərazilərdə görüş-qəbullar keçirir, şəxsi evlərdə olur, insanların problemlərini öyrənir və onlara bilavasitə kömək göstərməyə çalışırıq. Ölkə rəhbərinin bu tapşırığı mütəmadi yerinə yetirilir. Görürük ki, cənab Prezident xalqın rifahı üçün səylə çalışır, ölkənin inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi üçün var gücünü sərf edir. Təkcə cari ildə xalqın rifahının yaxşılaşdırılması üçün 20-yə yaxın Sərəncam imzalayıb ki, bu da insanların rahat yaşamasına gətirib çıxarıb. Təkcə Masallıda 45 mindən çox adam bu sərəncamlardan yararlanır. Masallıda bir çox infrastruktur layihələr həyata keçirilib. Qazlaşdırmada, yaşayış məntəqələrinin SİP kabelləşməsində əsaslı işlər görülür. Masallıda kəndlərin 97 faizi qazlaşdırılıb. Yolların asfaltlaşdırılması da rayon sakinlərinin fərəhinə səbəb olur. Kənd təsərrüfatı inkişaf edir. Kəndçilər artıq torpağa qayıdır. Bu da təzə iş yerlərinin yaranmasına səbəb olur. Əkinlərin suvarılmasındakı çətinlik həllini tapmaqdadır. Bunun üçün Viləşçay su dəryaçasının ikinci növbəsinin tikintisinə hazırlıq işləri gedir. Kəndlərdə mövcud sututarlar cənab Prezidentin Sərəncamı ilə təmir olunur.
    Sonra rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov sakinlərdən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.
    Şəhər sakinlərindən Vaqif Əliyev, Rafiq Baxşıyev, Mirtağı Tağıyev, Zəkəriyyə Məmmədov, Rafiq Səfərov, Ələşrəf Niftiyev və başqaları təzə məhəllələrdə yollara çınqıl döşənməsi, məktəb təmiri, su-kanalizasiya sistemin layihələşdirilməsi, yolların təmiri, qaz sayğacının qurulması, məişət tullantılarının yolların kənarına tökülməsi və sair məsələləri gündəmə gətirmişlər. Çıxış edənlər sosial-iqtisadi sahədəki uğurlara, həmçinin kənd yollarının asfaltlaşdırılması, qaz və işıqla fasiləsiz təmin olunmalarına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür.



    “Yeni həyat”,
    www.yeniheyet.az
    DİGƏR XƏBƏRLƏR
    Latest News
    1. Masallıda çiyələk əkininə başlanılıb
    2. Masallıda V Biznes təliminə start verilib
    3. Masallı məktəbliləri Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə yola düşüblər
    4. Masallıda “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları ilə görüş keçirilib
    5. Masallı taekvondoçuları Tbilisidə keçirilən beynəlxal turnirdə 2 qızıl, 1 bürünc medal qazanıblar
    6. Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşib
    7. Masallı və Cəlilabadda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyətə başlayıb
    8. Ədliyyə nazirinin müavini Masallıda vətəndaşları qəbul edib
    9. Masallıda Dövlət Bayrağı və Konstitusiya günləri qeyd olundu
    10. “Bayrağına canım qurban, Azərbaycan!” – Masallıda tədbir
    11. Masallıda yunan-roma güləşi üzrə respublika turniri keçiriləcək
    12. Masallı RİH başçısının Masallı şəhər ərazisində səyyar görüş-qəbulu keçirilib
    13. Masallıda “Breyn rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilib
    14. Masallıda tədbir – "Dini radikalizm, narkomaniya və erkən nikahlarla mübarizədə təhsilin rolu"
    15. Masallı karateçilərinin növbəti uğuru
    16. “Ərkivan” (Masallı) səfərdən qələbə ilə qayıdıb
    17. Masallıda MSK-nın regional seminarı keçirilib
    18. Masallıda tanınmış jurnalist Həsənağa Əliyevin 70 illik yubileyi keçirilib
    19. “İradənlə qalib gəl!” – Masallıda açıq qapı günləri
    20. ÖMRÜN 70-Cİ PİLLƏSİNDƏ
    21. “Yeni həyat”a abunə olun!
    22. Masallı RİH başçısının Qızılağac ərazisində səyyar görüş-qəbulu
    23. MASALLIDA GƏNCLƏR DÜŞƏRGƏSİ BAŞA ÇATIB
    24. Masallıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair tədbir
    25. Masallıda FHN-nin mülki müdafiə məşqi keçirilib
    26. Masallı RİH başçısının Boradigah ərazisində səyyar görüş-qəbulu
    27. Prezident İlham Əliyev bir neçə ölkənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
    28. Masallıda “İdeya dolu gənclik” mövzusunda təlim keçirilib
    29. Masallının təsərrüfat xəbərləri
    30. Masallı karateçiləri ölkə birinciliyində 3 medal qazanıb
    31. "Heydər Əliyev və neft strategiyası"
    32. Masallıda “Məntiq-2019” intellektual bilik yarışı keçirilib
    33. “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi və Neftçilər günü
    34. Masallıda gənc müəllimlərlə görüş
    35. Prezident İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    36. Masallı RİH başçısının Köçəkli kəndində səyyar görüş-qəbulu
    37. Masallıda “Heydər Əliyev məfkurəsinin gənclər arasında təbliği” mövzusunda ekskursiya
    38. Bu gün Milli Musiqi Günüdür
    39. Prezident İlham Əliyev Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirini qəbul edib
    40. Masallıda “Tariximizi öyrənək və təbliğ edək” mövzusunda ekskursiya
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Masallı turizm mərkəzinə çevrilir
    Masallı turizm mərkəzinə çevrilir
     Masallı turizm mərkəzinə çevrilir İstisuda müalicəvi turizm şəhərciyinin salınması təkcə rayonu yox, bölgəni böyük mərkəzə Ətraflı oxu
    All news
    «     2019    »
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    World News