• In Masally very hard-working, patriotic and true citizens of Azerbaijan live...
  • Heydar Aliyev
  • AZ
  • RU
  • » » Erməni təxribatı nəticəsində həlak olan mülki şəxs Masallıda dəfn olundu

    Erməni təxribatı nəticəsində həlak olan mülki şəxs Masallıda dəfn olundu

     
    Əmirtürbədə Səfərəli Alışovla vida mərasimi

    Azərbaycan-Ermənistan dövlət sərhəddində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin növbəti təxribatı nəticəsində 1958-ci il təvəllüdlü Alışov Səfərəli Ələkbər oğlunun cənazəsi 03 oktyabr 2019-cu il tarixdə anadan olduğu Masallı rayonu Güllütəpə ərazisinin Əmirtürbə kəndinə gətirilmişdir.
    02 oktyabr saat 16:55 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan ekskovatorçumuz Səfərəli Alışov düşmən tərəfindən atəşə tutulub.
    Nəticədə ekskovatorun sürücüsü, mülki şəxs Alışov Səfərəli Ələkbər oğlu güllə yarası alıb. Hadisə yerində dərhal mümkün tibbi yardım göstərilməklə yaralının təcili təxliyəsi təmin edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
    Dəfn mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov və kollektivi, Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunlarının Komandanı general-leytenant Əsgər Xəlilov, hüquq mühafizə orqanları rəhbərləri, rayonun ziyalıları, ağsaqqalları, DSX-nin Sərhəd Qoşunlarının əsgər və zabitləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
    Səfərəli Alışovun cənazəsi səhər saatlarında, böyüyüb boya-başa çatdığı Masallı rayonu Güllütəpə ərazisinin Əmirtürbə kəndindəki yaşadığı evə gətirilmiş, şəhidlə son vida mərasimi keçirilmiş, nəşi Əmirtürbə kənd qəbiristanlığında dəfn edilmiş, ruhuna dualar oxunmuşdur.
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Dövlət Sərhəd Xidmətinin rəis müavini, Sərhəd Qoşunlarının komandanı general-leytenant Əsgər Xəlilov, Qafqaz Müsəlmanları İdarəsinin Cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov, “Tərəqqi” medallı Əməkdar müəllim Mirqabil Hüseynov, şəhidin qardaşı Hüseyn Alışov və başqaları Azərbaycan Ordusunun nailiyyətlərindən danışıb, şəhidə Allahdan rəhmət diləmişlər.
    Çıxışlarda bildirilmişdir ki, Səfərəli Alışov düşmənlə təmas xəttinə yaxın ərazilərdəki mövqelərimizdə təminat yollarının salınması ilə məşğul olub. Sadə peşə sahibi, ekskavatorçu olan S.Alışov iş başında olarkən onun ekskavatoru dəfələrlə düşmən atəşinə tutulub. Lakin o, cəsarətlə işini davam etdirib.
    Natiqlər izdiham qarşısındakı nitqlərində S.Alışovun ailəsinə dərin hüznlə başsağlığı verərək, bildirmişlər ki, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş soydaşlarımızın qisası qüdrətli ordumuz tərəfindən düşməndən tezliklə alınacaq. Xalq Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşib. Çünki, bizim yolumuz haqq yoludur.
    Səfərəli Alışovun təltif olunduğu “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi”, “Hərbi əməkdaşlıq sahəsindəki xidmətlərə görə” medalları və Azərbaycanın üçrəngli bayrağı şəhidin oğluna təqdim edilmişdir.


     
    “Yeni həyat”,
    www.yeniheyet.az
    DİGƏR XƏBƏRLƏR
    Latest News
    1. Masallı cüdoçuları regional birincilikdə 13 qızıl, 4 gümüş, 6 bürünc medal qazanıblar
    2. Masallıda mərhum şair-publisist Rəsul Rzayevin yaradıcılıq gecəsi keçirilib
    3. Masallıda Milli Qəhrəman Elşad Hüseynovun xatirəsi ehtiramla anılıb
    4. Masallı “Dəfinə” məktəb-liseyində maarifləndirici tədbir
    5. Masallıda Milli Qəhrəman Səfəralı Məmmədov anılıb
    6. Masallıda seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilib
    7. Masallıda Müstəqillik Günü münasibətilə yürüş keçirilib
    8. Mənsur şeirin ustadı
    9. "QARABAĞ AZƏRBAYCANDIR!" – YAP Masallı rayon təşkilatında tədbir
    10. Vergilər nazirinin birinci müavini Masallıda vətəndaşları qəbul edib
    11. Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib
    12. Prezident İlham Əliyevin bir neçə ölkənin rəhbəri ilə görüşü olub
    13. Masallı RİH başçısının Qızılavar ərazisində səyyar görüş-qəbulu
    14. Masallıda abituriyentlərlə bağlı layihə uğurla davam edir
    15. Masallı taekvondoçuları Ümumrusiya turnirində 3 medal qazanıblar
    16. Masallıda kənd təsərrüfatında uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı zona müşavirəsi
    17. İndoneziyadakı səfirimiz Masallıdandır
    18. Masallıda inşa-yazı müsabiqəsi keçirilib
    19. Masallının təsərrüfat xəbərləri
    20. Masallıda cüdo üzrə rayon birinciliyi keçirilib
    21. Koreyada 2 milyon əcnəbidən seçilən masallılı gənc
    22. Masallıda peşə təmayüllü siniflər yaradılıb
    23. Masallı RİH başçısının Xırmandalı ərazisinin Ərəb kəndində səyyar görüş-qəbulu
    24. “Heydər Əliyev və Masallı”
    25. Prezident İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edib
    26. “İnsan alveri cinayətlətlərinin profilaktikasında ictimaiyyətin rolu”
    27. MASALLIDA XEYİRXAH AKSİYALAR GENİŞLƏNİR
    28. Türkiyəli məşhur yazıçının əsəri Masallıda səhnəyə qoyulacaq
    29. Masallıda taekvondo üzrə açıq rayon birinciliyi keçirilib
    30. Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini qəbul edib
    31. Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib
    32. MÜƏLLİM ÖMRÜ HƏR ÖMÜRDƏN UCADIR
    33. Masallıda “5 Oktyabr - Müəllimlər günü” qeyd edilib
    34. Masallı şəhər Ağsaqqallar klubunda "Müəllimlər günü" münasibətilə tədbir keçirilib
    35. Masallı RİH başçısının Hişkədərə ərazisində səyyar görüş - qəbulu
    36. Erməni təxribatı nəticəsində həlak olan mülki şəxs Masallıda dəfn olundu
    37. Nəsiminin 650 illiyi ilə bağlı Masallıda tədbir keçirilib
    38. Masallıda "İstedadlara dəstək" layihəsi çərçivəsində seçim turu keçirilib
    39. Dünya Bankının Regional Direktoru cənab Sebastian Molineus Masallıda
    40. Masallıda “Breyn rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilib
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Masallı turizm mərkəzinə çevrilir
    Masallı turizm mərkəzinə çevrilir
     Masallı turizm mərkəzinə çevrilir İstisuda müalicəvi turizm şəhərciyinin salınması təkcə rayonu yox, bölgəni böyük mərkəzə Ətraflı oxu
    All news
    «     2019    »
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    World News