• In Masally very hard-working, patriotic and true citizens of Azerbaijan live...
  • Heydar Aliyev
  • AZ
  • RU
  • » » Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

    Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

    Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

    Yeniheyet.az President.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
    Dövlətimizin başçısı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini bildirərək əməkdaşlığımızın bütün sahələri əhatə etdiyini vurğuladı. Prezident İlham Əliyev yüksək səviyyəli siyasi əlaqələrə uyğun olaraq iqtisadi əməkdaşlığımızın da hərtərəfli inkişaf etdiyini dedi. Azərbaycan-Türkiyə tərəfdaşlığının son illərdə daha da möhkəmləndiyini bildirən dövlətimizin başçısı ölkələrimizin həyata keçirdiyi birgə irimiqyaslı layihələrin, xüsusilə, enerji sahəsi ilə bağlı layihələrin bölgə üçün böyük önəm daşıdığını qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanda Türkiyənin xeyli sayda orta və kiçik müəssisələrinin fəaliyyətinin də iqtisadi əməkdaşlığın genişlənməsi işinə töhfə verdiyini dedi və ticarət dövriyyəsinin 20 faizdən çox artaraq 3 milyard dollardan çox həcmə çatmasından məmnunluğunu ifadə etdi. Dövlətimizin başçısı Bakıda keçirilən hökumətlərarası komissiyanın səmərəli nəticələr verəcəyinə əminliyini ifadə etdi və Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın ölkəmizə səfərinin əlaqələrimizin daha da möhkəmlənməsi işinə xidmət edəcəyini dedi.

    Xoş sözlərə görə minnətdarlığını bildirən Vitse-prezident Fuat Oktay, ilk növbədə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Prezident İlham Əliyevə çatdırdı. O, ölkələrimizin dövlət başçıları arasında olan dostluq münasibətlərinin əlaqələrimizin inkişafındakı rolunu xüsusi qeyd etdi. Vitse-prezident Fuat Oktay Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü münasibətilə təbriklərini çatdırdı və paytaxtımızın daha da gözəlləşdiyini qeyd edərək Azərbaycanın bundan sonra da inkişaf yolunda olacağına əminliyini ifadə etdi.

    Türkiyə vətəndaşlarına münasibətdə viza rəsmiləşdirilməsi tələbinin aradan qaldırılmasına görə təşəkkürünü ifadə edən qonaq bunun iki ölkə arasında turizm və biznes sahəsində əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyini bildirdi.

    Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay Türkiyənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı ilə əlaqədar qəti və birmənalı mövqeyinin olduğunu xatırladaraq, bu mövqeyin bütün beynəlxalq səviyyələrdə davamlı olaraq ifadə edildiyini diqqətə çatdırdı.

    Dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.
    DİGƏR XƏBƏRLƏR
    Latest News
    1. Masallı cüdoçuları regional birincilikdə 13 qızıl, 4 gümüş, 6 bürünc medal qazanıblar
    2. Masallıda mərhum şair-publisist Rəsul Rzayevin yaradıcılıq gecəsi keçirilib
    3. Masallıda Milli Qəhrəman Elşad Hüseynovun xatirəsi ehtiramla anılıb
    4. Masallı “Dəfinə” məktəb-liseyində maarifləndirici tədbir
    5. Masallıda Milli Qəhrəman Səfəralı Məmmədov anılıb
    6. Masallıda seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilib
    7. Masallıda Müstəqillik Günü münasibətilə yürüş keçirilib
    8. Mənsur şeirin ustadı
    9. "QARABAĞ AZƏRBAYCANDIR!" – YAP Masallı rayon təşkilatında tədbir
    10. Vergilər nazirinin birinci müavini Masallıda vətəndaşları qəbul edib
    11. Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib
    12. Prezident İlham Əliyevin bir neçə ölkənin rəhbəri ilə görüşü olub
    13. Masallı RİH başçısının Qızılavar ərazisində səyyar görüş-qəbulu
    14. Masallıda abituriyentlərlə bağlı layihə uğurla davam edir
    15. Masallı taekvondoçuları Ümumrusiya turnirində 3 medal qazanıblar
    16. Masallıda kənd təsərrüfatında uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı zona müşavirəsi
    17. İndoneziyadakı səfirimiz Masallıdandır
    18. Masallıda inşa-yazı müsabiqəsi keçirilib
    19. Masallının təsərrüfat xəbərləri
    20. Masallıda cüdo üzrə rayon birinciliyi keçirilib
    21. Koreyada 2 milyon əcnəbidən seçilən masallılı gənc
    22. Masallıda peşə təmayüllü siniflər yaradılıb
    23. Masallı RİH başçısının Xırmandalı ərazisinin Ərəb kəndində səyyar görüş-qəbulu
    24. “Heydər Əliyev və Masallı”
    25. Prezident İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edib
    26. “İnsan alveri cinayətlətlərinin profilaktikasında ictimaiyyətin rolu”
    27. MASALLIDA XEYİRXAH AKSİYALAR GENİŞLƏNİR
    28. Türkiyəli məşhur yazıçının əsəri Masallıda səhnəyə qoyulacaq
    29. Masallıda taekvondo üzrə açıq rayon birinciliyi keçirilib
    30. Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini qəbul edib
    31. Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib
    32. MÜƏLLİM ÖMRÜ HƏR ÖMÜRDƏN UCADIR
    33. Masallıda “5 Oktyabr - Müəllimlər günü” qeyd edilib
    34. Masallı şəhər Ağsaqqallar klubunda "Müəllimlər günü" münasibətilə tədbir keçirilib
    35. Masallı RİH başçısının Hişkədərə ərazisində səyyar görüş - qəbulu
    36. Erməni təxribatı nəticəsində həlak olan mülki şəxs Masallıda dəfn olundu
    37. Nəsiminin 650 illiyi ilə bağlı Masallıda tədbir keçirilib
    38. Masallıda "İstedadlara dəstək" layihəsi çərçivəsində seçim turu keçirilib
    39. Dünya Bankının Regional Direktoru cənab Sebastian Molineus Masallıda
    40. Masallıda “Breyn rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilib
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Masallı turizm mərkəzinə çevrilir
    Masallı turizm mərkəzinə çevrilir
     Masallı turizm mərkəzinə çevrilir İstisuda müalicəvi turizm şəhərciyinin salınması təkcə rayonu yox, bölgəni böyük mərkəzə Ətraflı oxu
    All news
    «     2019    »
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    World News