• In Masally very hard-working, patriotic and true citizens of Azerbaijan live...
  • Heydar Aliyev
  • AZ
  • RU
  • » » Prezident İlham Əliyev Bakıda “Şimal-2” elektrik stansiyasının istismara verilməsi mərasimində iştirak edib

    Prezident İlham Əliyev Bakıda “Şimal-2” elektrik stansiyasının istismara verilməsi mərasimində iştirak edib

    Prezident İlham Əliyev Bakıda “Şimal-2” elektrik stansiyasının istismara verilməsi mərasimində iştirak edib

    Yeniheyet.az president.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Bakıda “Şimal-2” elektrik stansiyasının istismara verilməsi mərasimində iştirak edib.
    “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev, Yaponiyanın Xarici İşlər nazirinin parlamentar müavini Kenji Yamada, Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori dövlətimizin başçısına burada görülən işlər barədə məlumat verdilər.
    Qeyd edək ki, 1950-ci illərdə iki mərhələdə istifadəyə verilən “Şimal” Elektrik Stansiyasının 1988-ci ildə birinci, 1998-ci ildə ikinci növbəsi tam köhnəldiyindən istismardan çıxarılmışdı. 1998-ci ildə ulu öndər Heydər Əliyev Yaponiyaya səfəri zamanı 400 meqavatlıq “Şimal-1” Elektrik Stansiyasının tikintisi üçün ölkəmizə investisiya cəlb olunmasına nail olub. Beləliklə 2000-ci ildə əsası qoyulan 400 meqavatlıq “Şimal-1” stansiyası 2002-ci ildə istismara verilib. 2011-ci ildə isə Prezident İlham Əliyevin iştirakı ilə ərazisi 104,9 hektar, gücü 400 meqavatlıq “Şimal-2” Elektrik Stansiyasının təməli qoyulub. Ötən ilin payızından başlayaraq “Şimal-2” Elektrik Stansiyasının tikinti və quraşdırma prosesləri sürətləndirilərək 2019-cu ildə işlər tamamlanıb.
    Ümumi qoyuluş gücü 800 MVt olan “Şimal-1” və “Şimal-2” elektrik stansiyalarının vahid mərkəzdən idarə edilməsi, istismar prosesində əməliyyatların operativliyinin təmin olunması və ekstremal qəza vəziyyətlərində işdə pozuntuların operativ aradan qaldırılması nəzərə alınaraq ərazidə Mərkəzi İdarəetmə Binası inşa edilib.
    Binada elektrik stansiyasının tarixini əks etdirən eksponatların sərgiləndiyi muzey də fəaliyyət göstərir. Burada iclas və konfrans zalları da yaradılıb. Yeni istifadəyə verilən idarəetmə binasında vahid dispetçer idarəetmə mərkəzi və stansiyanın mikro SCADA sistemi yaradılıb. Stansiyanın enerjisistemin ümumi idarəetmə sisteminə inteqrasiyası üçün serverlər quraşdırılıb və optik kabel xətti çəkilib. Yeni binada stansiyaya aid olan bütün kommunikasiya əlaqələrinin vahid sxemə uyğun birləşdirilməsi təmin edilib. “Şimal-1” və “Şimal-2” elektrik stansiyalarının birlikdə il ərzində gözlənilən istehsalı 5,7 milyard kilovat-saatdır.
    Stansiyada Yaponiyanın “Mitsubishi” şirkətinin istehsalı olan 138 MVt gücündə buxar, 267 MVt gücündə qaz turbinləri, 560 MVA gücündə elektrik generatoru və onların köməkçi sistemləri quraşdırılıb. Enerji blokunda istehsal olunan elektrik enerjisi 480 MVA gücündə olan blok transformatordan qapalı tipli yarımstansiya vasitəsilə elektrik veriliş xətlərinə ötürülür. Müxtəlif gərginlik sinfinə malik olan paylayıcı qurğular arasında əlaqəni təmin etmək üçün 2 avtotransformator quraşdırılıb. Burada istehsal olunan elektrik enerjisinin ötürülməsi məqsədilə Abşeron regionunda 220 kV-luq dairəvi sxem qurulub, “Şimal” Elektrik Stansiyasının “Sumqayıt ES” və “Abşeron YS” ilə əlaqələndirilməsi üçün 65 kilometr uzunluğunda 220 kV-luq dörd hava elektrik verilişi xətti istismara verilib. Qəza rejimlərində stansiyanın vacib sistemlərinin elektrik enerjisi ilə qidalandırılması üçün qəza dizel generatoru quraşdırılaraq xüsusi sərfiyyat sxeminə qoşulub və avtomatik ehtiyatdan qoşulması təmin edilib.
    Prezident İlham Əliyev “Şimal-2” Elektrik Stansiyasını işə saldı.
    Hazırda ən yüksək faydalı iş əmsalına malik olan “Şimal-1” və “Şimal-2” elektrik stansiyaları birlikdə respublika üzrə elektrik enerjisi istehsalının 20 faizini, Bakı və Abşeron yarımadası üzrə 40-50 faizini təşkil edəcək. “Şimal” Elektrik Stansiyası enerjisistemin texniki-iqtisadi göstəricilərinin yaxşılaşdırılmasına əsaslı təsir etməklə yanaşı, il ərzində 77 milyon kubmetr təbii qazın qənaətinə və regionlardan Bakı şəhərinə verilən enerjinin miqdarının 20 faiz azalması nəticəsində elektrik enerjisinin uzaq məsafədən ötürülməsindən yaranan 199 milyon kVts elektrik enerjisi itkisinə qənaət olunmasına imkan yaradacaq. Bundan başqa, “Şimal” Elektrik Stansiyası 57,4 faiz faydalı iş əmsalına malikdir ki, bu da Cənubi Qafqaz regionunda ən yüksək faydalı iş əmsalı deməkdir. Elektrik stansiyası il ərzində 3,2 milyard kVts elektrik enerji istehsal edəcək və hər bir kVts elektrik enerjisinin buraxılışına 214,3 qram şərti yanacaq sərf ediləcək ki, bu da enerjisistemin ümumi göstəricisindən 65 qram azdır.
    Stansiyanı yüksək təzyiqli yanacaqla təmin etmək məqsədilə yeraltı qaz kəməri, qaz tənzimləyici və təmizləyici qovşaq, qazqızdırıcı qurğular və kompressor stansiyası tikilib. Stansiyanın buxar turbinlərinin kondensatorları və avadanlıqları Xəzər dənizindən götürülən su vasitəsilə soyudulur. Bu məqsədlə Xəzər dənizindən 140 metr uzunluğunda soyuducu su kanalı, hovuz, su xətti və ümumi məhsuldarlığı saatda 52 min kvadratmetr olan sahil nasos stansiyası, o cümlədən buxar turbininin kondensatorundan çıxan soyuducu suyun Xəzər dənizinə qaytarılması üçün boru xətti inşa olunub. Stansiyanın texniki və içməli suya olan tələbatının təmin edilməsi və su ehtiyatının yaradılması məqsədilə ərazidə duzsuzlaşdırma qurğusu və digər zəruri infrastruktur yaradılıb. Stansiyanın yanğın təhlükəsizliyinin təmin edilməsi üçün ərazidə yanğınsöndürmə sistemi də müasir səviyyədə qurulub.
    Ətraf mühitin mühafizəsi məqsədilə stansiyada əksosmos qurğusu, xüsusi ekoloji monitorinq sistemi, sənaye tullantılarının və çirkab sularının təmizlənməsi qurğuları inşa olunub. Stansiyanın avadanlıqlarının normal istismarı və reqlament üzrə texniki xidmətin aparılması məqsədilə stansiyada ekspress və kimya, elektrotexniki və sınaq-diaqnostika laboratoriyaları, müxtəlif müasir dəzgahlarla komplektləşdirilmiş mexaniki təmir emalatxanası və qapalı mərkəzi anbar binası tikilib, təhlükəsizliyin təmin edilməsi məqsədilə zəruri işlər görülüb, videomüşahidə sistemi yaradılıb. Ərazidə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb, yaşıllıqlar salınıb, müxtəlif ağac və gül kolları əkilib.
    Dövlətimizin başçısı stansiyanın kollektivi ilə xatirə şəkli çəkdirdi.
    Stansiyanın kollektivinə uğurlar arzulayan Prezident İlham ƏLİYEV dedi:
    -Təbrik edirəm. Stansiyanın açılışı çox əlamətdar hadisədir. Azərbaycanda elektrik enerjisinə olan tələbat artır və əlbəttə ki, istehsal gücləri bu tələbata uyğun olmalıdır. Ona görə bu stansiyanın çox böyük əhəmiyyəti var.
    Yaponiya şirkətlərinə də təşəkkürümü bildirirəm, burada çox fəal işləyiblər, bu stansiyanı yüksək keyfiyyətlə qurublar. Stansiyanın qurulması Yaponiya-Azərbaycan əməkdaşlığının təzahürüdür və Xarici İşlər Nazirinin müavini də xüsusilə bu məqsədlə Azərbaycana səfər edib. Əminəm ki, bizim ikitərəfli əlaqələrimiz gələcəkdə də uğurla inkişaf edəcək, çünki hələ bir çox layihələr icra olunmalıdır.
    Bu stansiyanın fəaliyyətə başlaması elektrik enerjisi sahəsində çox əlamətdar hadisədir. Mən şadam ki, biz bu gün bu stansiyanın açılışını edirik. Azərbaycanda bundan sonra da sənaye istehsalının və iqtisadiyyatın artımı elektrik enerjisi mənbələri ilə təmin edilməlidir. Sizi bir daha təbrik edirəm, sizə uğurlar arzulayıram.
    X X X
    Respublikamızda həyata keçirilən genişmiqyaslı iqtisadi islahatlar, çoxsaylı sənaye və aqrar-sənaye obyektlərinin yaradılması elektrik enerjisinə və ehtiyat generasiya güclərinə tələbatı daha da artırdığından “Şimal-2” Elektrik Stansiyasının istismara verilməsi çox əhəmiyyətlidir. Bu, iqtisadi cəhətdən istehsal prosesinin səmərəliliyinin yüksəlməsinə, elektrik enerjisinin istehsalına sərf olunan yanacağın əhəmiyyətli dərəcədə azalmasına, ixrac potensialının artırılmasına və digər texniki imkanların genişləndirilməsinə şərait yaradır. Bütün bunlar isə ümumilikdə ölkəmizin iqtisadi potensialının möhkəmləndirilməsi istiqamətində dövlət tərəfindən atılan addımların ardıcıl və məqsədyönlü şəkildə davam etdiyini göstərir.



     
    DİGƏR XƏBƏRLƏR
    Latest News
    1. Masallıda yas məclisləri ilə bağlı nümunəvi addım
    2. Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB
    3. Ulu Öndər Heydər Əliyev siyasəti əbədiyaşardır
    4. Masallı RİH başçısı növbəti onlayn qəbul keçirib
    5. VƏTƏNDASŞLIQ BORCU, VƏTƏNDAŞ QÜRURU
    6. Masallıda tütün yığımına başlanılıb
    7. Masallı Rayon Mənzil İstismar Sahəsi təmizlik işlərini davam etdirir
    8. Qida Təhlükəsizliyi Agentliyi Masallıda reyd keçirib
    9. Masallının Sığdaş kənd sakinindən nümunəvi addım
    10. Masallı RİH başçısı tərəfindən vətəndaşların növbəti videoqəbulu
    11. Masallıda pandemiya ilə bağlı görülmüş işlər barədə
    12. Masallıda karantin qaydalarının pozulması hallarına qarşı reydlər
    13. Masallıda təhsil işçilərinin onlayn müşavirəsi keçirilib
    14. Masallıda növbəti virtual qəbul keçirilib
    15. Masallı Rayon İcra Hakimiyyəti başçısından yeni təyinatlar
    16. MASALLIDA QADIN MOLLALARLA MAARİFLƏNDİRİCİ VİDEOMÜŞAVİRƏ KEÇİRİLİB
    17. Masallıda xüsusi karantin rejiminin sərtləşdirilməsilə bağlı rayon icra hakimiyyəti başçısının geniş tərkibdə onlayn müşavirəsi keçirilib
    18. MASALLIDA “MƏNİM POLİSİM” ADLI SOSİAL AKSİYA KEÇİRİLİB
    19. Masallı RİH başçısı növbəti onlayn qəbul keçirib
    20. Koronavirusun profilaktikası çərçivəsində Masallıda reydlər davam etdirilir
    21. Masallıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni inşa olunacaq uşaq bağçasının təməli qoyuldu
    22. Milli mətbuatımızın 145 illik yubileyi ölkəmizdə geniş qeyd olunacaq
    23. MASALLIDA TAXIL BİÇİNİ BAŞA ÇATDI
    24. MASALLIDA İCRA BAŞÇISININ NÖVBƏTİ VİRTUAL QƏBULU
    25. Masallıda karantin rejiminə ciddi nəzarət olunur
    26. Dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsünü dəstəklədi
    27. MASALLININ KOLATAN KƏNDİNDƏ YOLLAR TƏMİR EDİLİR
    28. Bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir
    29. MASALLI: OPERATİV QƏRARGAH (COVİD–19)—QAYNAR XƏTT
    30. Masallıda pandemiya ilə bağlı tədbirlər davam edir
    31. Kərim Ağayev “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub - MASALLI
    32. Masallıda RİH başçısı növbəti onlayn qəbulunu keçirib
    33. Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin nəticələri
    34. Masallıda xüsusi karantin rejiminin sərtləşdirilməsilə bağlı onlayn müşavirə keçirilib
    35. MASALLI RİH BAŞÇISININ NÖVBƏTİ VİRTUAL QƏBULU
    36. MASALLIDA - Şərəfə kəndində çiyələk yığımı
    37. MASALLIDA TÜTÜN ƏKİNİ BAŞA ÇATIB
    38. Masallı RİH başçısının növbəti virtual qəbulu
    39. Masallıda xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı onlayn müşavirə keçirilib
    40. MASALLIDA TAXIL BİÇİNİ DAVAM EDİR
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Masallı turizm mərkəzinə çevrilir
    Masallı turizm mərkəzinə çevrilir
     Masallı turizm mərkəzinə çevrilir İstisuda müalicəvi turizm şəhərciyinin salınması təkcə rayonu yox, bölgəni böyük mərkəzə Ətraflı oxu
    All news
    «     2020    »
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    World News