• In Masally very hard-working, patriotic and true citizens of Azerbaijan live...
  • Heydar Aliyev
  • AZ
  • RU
  • » » Masallıda pandemiya ilə bağlı görülmüş işlər barədə

    Masallıda pandemiya ilə bağlı görülmüş işlər barədə


    Masallıda pandemiya ilə bağlı görülmüş işlər barədə 

    İiyulun 6-dək rayon ərazisində pandemiya dövründə görülmüş işlər barədə məlumatlar:
    06 iyul 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyasi ilə birlikdə Mərkəzi Rayon Xəstəxanası, Boradigah qəsəbə sahə xəstəxanası, Mərkəzi Poçt, Məşğulluq Mərkəzi, 5 Bankın qarşısı Masallı şəhəri ərazisində yerləşən 50 zibil konteyneri, 9 terminal, 14 bankomat, 1 ərazidə 8 fərdi yaşayış evi, 4 küçə dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.
    RİHB-nın təşkilatçılığı ilə, YAP rayon təşkilatının Gənclər Birliyinin könüllüləri və DSMF-nin rayon şöbəsinin əməkdaşları tərəfindən 65 yaşdan yuxarı olan 169 nəfər tənha-kimsəsiz vətəndaşlarla görüşülüb, onların sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. işlərdə kömək göstərirlər. Hazırda işlər davam etdirilir.
    Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır.
    06 iyul 2020-ci il tarixdə 977 nəfərin icazəsinin olub-olmaması soruşulmuşdur. Reyd zamanı 32 nəfərin yaşayış yerini icazəsiz tərk etməsi, 63 vətəndaşın maskasız olması müəyyən edilmişdir. Qaydaları pozan 12 vətəndaş və 1 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
    Umumilikdə Masallı şəhəri üzrə mobil qruplar tərəfindən 5082 nəfərin icazəsinin olub-olmaması soruşulmuş, 201 nəfərin yaşayış yerini icazəsiz tərk etməsi, 312 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 72 vətəndaş və 6 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
    Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti başçısının tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır.
    06 iyul 2020-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən 4407 nəfərlə görüşülmüş, onlardan 729 nəfərin maskasız olduğu müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Qaydaları pozan 1 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
    Ümumilikdə qəsəbə və kəndlər üzrə mobil qruplar tərəfindən 55231  vətəndaşla görüşülmüş, 10966 nəfərin maskasız olduğu müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Qaydaları pozan 5 vətəndaş və 1 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
    Ümumilikdə rayon üzrə 448 nəfərdən ibarət 112 mobil qrup yaradılmışdır. Mobil qruplar tərəfindən 60313 nəfər vətəndaşla görüşülmüş, vətəndaşlara ümumilikdə 15600 ədəd tibbi maska və 750 litr tibbi spirt paylanmış, həmçinin 201 nəfərin yaşayış yerini icazəsiz tərk etməsi, 11278 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 77 vətəndaş və 7 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
    06 iyun 2020-ci il tarixdə koronavirusla bağlı 90 nəfərdən yaxma götürülmüşdür. Ümumilikdə rayon ərazisində 7498 nəfərdən yaxma götürülmüşdür.
    Pandemiya dövründə rayon üzrə ümumilikdə 184 koronavirusa yoluxma halı qeydə alınmışdır. Onlardan 133 nəfər sağalaraq evə buraxılmış, 6 nəfər vəfat etmiş, müalicəalan 45 xəstədən 23 nəfəri xəstəxanada, 22 nəfəri isə ev şəraitində müalicə olunur.
     
    “Yeni həyat”,
    www.yeniheyet.az

     

    DİGƏR XƏBƏRLƏR
    Latest News
    1. Masallıda Beynəlxalq Gənclər Gününə həsr olunmuş videokonfrans keçirilib
    2. MASALLIDA MAARİFLƏNDİRİCİ AKSİYA
    3. Masallıda sərt karantin rejimi ilə əlaqədar reydlər davam edir
    4. Masallı şəhərində 1 küçənin asfaltlanması yekunlaşıb, 2 küçədə işlər davam edir
    5. Masallıda yaralı əsgərlə görüş
    6. MASALLI - Çaxırlı təsərrüfatçıları əkin sahələrini daha da genişləndirirlər
    7. MASALLI - Xılda 95, 6 hektarda çəltik əkilib
    8. Masallıda şahmat və bilik yarışlarının qalibləri mükafatlandırılıb
    9. Masallı RİH başçısının növbəti videoqəbulu
    10. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    11. GƏNCLƏR BİZİM SABAHIMIZDIR
    12. MASALLIDA SƏNAYE
    13. Sərçuvarda bu il də pomidor boldur
    14. Ərkivan təsərrüfatçıları bu mövsümdə bol məhsul əldə ediblər
    15. Masallı şəhər ərazisində asfaltlanma işləri davam etdirilir
    16. Masallıda RİH başçısının sədrliyi ilə növbəti onlayn müşavirə keçirilib
    17. Masallıda meşə ərazisində baş verən yanğın söndürülüb
    18. MASALLIDA DEMOQRAFİK VƏZİYYƏT
    19. Koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur
    20. MASALLIDA BİTKİÇİLİK SAHƏSİNDƏ QAZANILAN NƏTİCƏLƏR
    21. Masallı şəhər Heydər Əliyev prospektində yaşıllaşdırma işləri
    22. Masallıda daha bir küçənin asfaltlanması yekunlaşdı
    23. Masallıda RİH başçısının növbəti videoqəbulu keçirilib
    24. BİR GÖRÜŞÜN TARİXÇƏSİ
    25. MASALLI RAYONUNUN YARADILMASINDAN 90 İL ÖTÜR
    26. Son 6 ayda Masallının iqtisadi və sosial inkişafı artmışdır
    27. MASALLI ŞƏHƏRİNİN KÜÇƏLƏRİ ASFALTLANIR
    28. Masallıda əkin sahələrinin suvarılması üçün kifayət qədər su ehtiyatı var
    29. Masallıda 49 hektarda balqabaq əkilib
    30. MASALLI – Sərçuvar və Lürən ərazilərində abadlıq işləri
    31. MASALLIDA VƏTƏNDAŞLARIN NÖVBƏTİ ONLAYN QƏBULU
    32. Masallıda bu günədək 200 ton yaş, 15,8 ton quru tütün tədarük olunub
    33. «Baba bulağı» bağının ilk nübarı
    34. Masallı şəhərinin 18 küçəsi asfaltlanacaq
    35. Masallı Rayon İcra Hakimiyyətində yeni təyinat
    36. Masallı RİH başçısı növbəti onlayn qəbul keçirib
    37. Masallıda bostan və tərəvəz bitkilərinin əkin sahəsi genişlənib
    38. Masallıda günəbaxan və noxud da yetişdirilir
    39. Masallıda Böyük Vətən müharibəsi veteranlarına ərzaq sovqatları paylanılıb
    40. Masallıda kartof yığımı başa çatır
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    All news
    «     2020    »
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    World News