• In Masally very hard-working, patriotic and true citizens of Azerbaijan live...
  • Heydar Aliyev
  • AZ
  • RU
  • » » Bakıda “Gəncliyin səsi” festivalının açılışı olub

    Bakıda “Gəncliyin səsi” festivalının açılışı olub

    Bakıda “Gəncliyin səsi” festivalının açılışı olub

    Fevralın 2-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Gənclər Günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ənənəvi olaraq keçirilən “Gəncliyin səsi” festivalının açılışı olub.
    Festival Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə reallaşıb.
    Əvvəlcə tədbir iştirakçıları Bakı Turizm Peşə Məktəbinin, Azərbaycan Turizm və Menecment Universitetinin tələblərinin və “ASAN könüllüləri” Mədəniyyət Mərkəzinin gənc üzvlərinin əl işlərindən ibarət fotosərgi ilə tanış olublar.
     
    Açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək hər il ənənəvi olaraq keçirilən festivalın əhəmiyyətindən danışıb. Nazir bildirib ki, 1997-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı “2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında” Sərəncamı, Ulu Öndərin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir. Həmin vaxtdan etibarən hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. Azərbaycanda Gənclər Günü ilə bağlı hər il silsilə tədbirlərin təşkil olunması, təhsil və digər sahələrdə yüksək nailiyyət qazanmış gənclərin xüsusi mükafatlarla təltif edilməsi, gənclər tərəfindən təqdim olunmuş layihələrin maliyyələşdirilməsi, istedadlı gənclərin beynəlxalq müsabiqələrdə, konfrans-seminarlarda iştirakının təmin edilməsi dövlətimiz tərəfindən dəstəklənir, bu istiqamətdə Dövlət proqramları həyata keçirilir. “Sevindirici haldır ki, Azərbaycanda son illər Prezidentin dəstəyi və birbaşa qayğısı nəticəsində yeni gənclər hərəkatı formalaşıb. Bu, könüllülər hərəkatdır. Könüllülük hərəkatı dövlət siyasətinə dəstək formasını alır. Gənclərin ictimai həyatda fəal iştirakı yeni ab-hava gətirib. Ölkənin taleyi, inkişafı və gələcəyi birbaşa gənclərlə bağlıdır”, - deyə nazir qeyd edib.
    Bildirilib ki, “Gəncliyin səsi” festivalı gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, əldə etdiyi nailiyyətlərin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyır. Festival çərçivəsində mədəniyyətin müxtəlif sahələri üzrə peşəkar və həvəskar gənclərin iştirakı ilə konsertlərin, görüşlərin, foto və rəsm sərgilərinin və tamaşaların premyerasının keçirilməsi nəzərdə tutulur.
    Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov çıxış edərək bildirib ki, bugünkü tədbir dövlət rəhbərliyinin həyata keçirdiyi gənclər siyasətinin bir təcəssümüdür. Ulu öndər Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Ulu Öndərin əsasını qoyduğu gənclər siyasəti bu gün də uğurla davam etdirilir.
    Festivalın təşkilini yüksək qiymətləndirən İ.Kərimov tədbirin gənclərin potensialını üzə çıxarmasında əhəmiyyətini vurğulayıb və uğurla davam edəcəyinə əminliyini ifadə edib.
    Diqqətə çatdırılıb ki, fevralın 6-dək davam edəcək festivalın paytaxtla yanaşı, Sumqayıt və Mingəçevir şəhərlərində, Şəmkir, Gədəbəy, Quba və Masallı rayonlarında keçirilməsi nəzərdə tutulub.
    Daha sonra ötən il uğurlu fəaliyyətinə görə bir qrup istedadlı gənc mükafatlandırılıb.
    Tədbir konsert proqramı ilə davam edib. AZƏRTAC.




     


     
    DİGƏR XƏBƏRLƏR
    Latest News
    1. Qələbənin Uğuru
    2. Prezident İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib
    3. Masallıda onlayn tədbir – ”Tariximizin şanlı səhifəsi”
    4. Bu gün, şəhid Əlvan Bağırovun xatirə günüdür
    5. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər
    6. Masallıda 20 Yanvar şəhidləri anılır
    7. Masallı Rayon Mərkəzi Xəstəxanasında əhalinin vaksinləşməsi üçün bütün şərait yaradılıb
    8. MASALLI POÇT FİLİALININ 2021-Cİ İLƏ TÖHFƏSİ
    9. Masallı Tarix-Diyarşunaslıq Muzeyində 8517 eksponat var
    10. Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini videoformatda qəbul edib
    11. Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında iki zavodun təməlini qoyub, vərəqə şüşə istehsalı müəssisəsinin açılışını edib
    12. Masallıda QHT-lərlə onlayn görüş
    13. Prezident İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoyub, Şuşa şəhərində səfərdə olub
    14. Azərbaycan Prezidenti İlham Əliyev ICESCO-nun Baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
    15. Azərbaycanda Medianın İnkişafı Agentliyi yaradıldı
    16. Prezident İlham Əliyev: Regionun bundan sonrakı davamlı və təhlükəsiz inkişafını təmin etmək üçün görüş çox vacib idi
    17. Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin ikitərəfli görüşü olub
    18. YAP Masallı Rayon Təşkilatı Gənclər Birliyi şəhid ailələri və qaziləri ziyarət ediblər
    19. Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfərə gəlib
    20. ANDINA, SÖZÜNƏ SAHİB – TORPAĞI VƏTƏNLƏŞDİRƏNLƏR
    21. RHİM İB-nin sədri Masallıda şəhid ailələri ilə görüşüb
    22. Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib
    23. Masallı Gənclər idarəsinin əməkdaşları qazi Nofəl Nuhuzadə ilə görüşüb
    24. YAP Masallı rayon təşkilatınının sədri qazilərlə görüşüb
    25. YAP Masallı RT Qadınlar Şurasının şəhid ailələri və qazilərə diqqəti
    26. Masallıda şəhid ailəsinə təqaüd kartı təqdim edilib
    27. Masallıda şəhid ailələri və qazilərə qayğı
    28. Masallıda şəhid ailələrinə diqqət göstərilir
    29. Masallı RİH başçısı şəhid ailələrini ziyarət edib
    30. Dünya azərbaycanlılarına
    31. BÖYÜK QƏLƏBƏDƏ MASALLI BİOLOJİ TƏBABƏTÇİLƏRİNİN DƏ PAYI VAR
    32. SƏN YAŞAYACAQSAN!
    33. “ZƏFƏRİMİZ QÜRURUMUZDUR” – Masallıda onlayn rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
    34. ÖLÜMSÜZLÜYƏ QOVUŞAN ELMİR
    35. İNTİQAMIN İNTİQAMINI DÖYÜŞ YOLDAŞLARI ALDI
    36. Arif Fərzəli: ZƏFƏR YAĞIŞI
    37. Əbədiyaşar şəhidlər
    38. Masallı və Laçın məktəbliləri arasında onlayn tədbir keçirilib
    39. Masallıda karantin qaydalarının pozulmasına qarşı reydlər davam edir
    40. Doing Business 2020 hesabatında Azərbaycanın göstəriciləri
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    All news
    «     2021    »
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    World News