• In Masally very hard-working, patriotic and true citizens of Azerbaijan live...
  • Heydar Aliyev
  • AZ
  • RU
  • » » Maştağa Mədəniyyət Mərkəzinin yeni binası istifadəyə verilib

    Maştağa Mədəniyyət Mərkəzinin yeni binası istifadəyə verilib

    Maştağa Mədəniyyət Mərkəzinin yeni binası istifadəyə verilib 


    Birinci vitse-prezident Mehriban Əliyeva açılış mərasimində iştirak edib


    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın 6-da Xalq Artisti Hacıağa Abbasovun adını daşıyan Maştağa Mədəniyyət Mərkəzinin yeni binasının açılış mərasimində iştirak edib.
    Mehriban Əliyeva binanın rəmzi açılışını bildirən lenti kəsdi.
    Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Birinci vitse-prezidentə məlumat verdi ki, uzun müddətdir istismarda olan əvvəlki bina müasir tələblərə cavab vermirdi. Burada əməkdaşların fəaliyyət göstərməsi və proqramların hazırlanması üçün lazımi şərait yox idi. Buna görə də Maştağa Mədəniyyət Mərkəzi üçün yeni binanın tikilməsi qərara alındı. Qısa vaxtda yüksək keyfiyyətlə inşa olunan bina indi 250 tamaşaçı yerlik zalı və müasir səhnəsi ilə qapılarını sənətsevərlərin üzünə açır. Son illərdə ölkədə mədəniyyətin inkişafı ilə bağlı həyata keçirilən layihələrin bariz nümunəsinə çevrilən bu mədəniyyət ocağının yeni binasının tikilməsi, ilk növbədə, gənc nəsil arasında zəngin Azərbaycan incəsənətinin, bütövlükdə mədəniyyətinin təbliği işinə xidmət edir. Digər tərəfdən də bu hadisə mədəniyyətin inkişafının, onun infrastrukturunun yaradılmasının hər zaman Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqət mərkəzində olduğunu göstərir.
    Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verildi ki, 1800 kvadratmetr sahəsi olan Maştağa Mədəniyyət Mərkəzində hazırda kino zalı, heykəltəraşlıq, tətbiqi incəsənət, rəssamlıq, evdarlıq, rəqs dərnəkləri, kompüter və ədəbiyyat otaqları fəaliyyət göstərir. Burada “Azərbaycan filmləri” həftələrinin də keçirilməsi planlaşdırılır.
    Əvvəllər Maştağa Mədəniyyət Evi adlanan bu Mərkəzin əsası 1921-ci ildə qoyulub. O dövrdə görkəmli teatr xadimlərinin tamaşaları Bakının bütün kənd və qəsəbələrində olduğu kimi, Maştağada da maraqla qarşılanır, orada yaradılan dram dərnəyinin hazırladığı tamaşalara böyük axın müşahidə olunurdu. Tezliklə bu tamaşaların sorağı Maştağa ilə yanaşı, Bakının digər kəndlərindən - Bilgəh, Nardaran, Buzovna və Mərdəkandan gəlməyə başladı, bununla da əhali arasında geniş mədəni-maarif işlərinə start verildi.
    Ötən əsrin 50-ci illərindən başlayaraq bu mədəniyyət evinin fəaliyyəti daha da genişlənib, burada xalq çalğı alətləri ansamblı, həmçinin Poeziya Teatrı yaradılıb. 1980-ci illərdə isə Maştağa Mədəniyyət Evi klassik poeziya həvəskarlarının toplaşdığı əsas məkanlardan birinə çevrilib. Burada yaradılan müxtəlif studiyalarda musiqiçilərin çıxışları əhali arasında böyük populyarlıq qazanıb. O dövrdə burada Üzeyir Hacıbəylinin 100 illiyi münasibətilə “Leyli və Məcnun” əsəri səhnəyə qoyulub. 1987-ci ildən bu mədəniyyət ocağında Kukla Teatrı da fəaliyyət göstərir.
    Mədəniyyət Mərkəzində yaradılan şəraitlə tanış olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva burada mütəmadi olaraq müxtəlif maraqlı proqramların təşkil edilməsi ilə bağlı tapşırıqlarını verdi.AZƏRTAC.
     
     
    DİGƏR XƏBƏRLƏR
    Latest News
    1. QANIMIZ VƏTƏN TORPAĞINA QARIŞDI
    2. Əzizimiz Şirvan müəllim
    3. Masallıda “Yeni Azərbaycan Partiyası Qələbələr partiyasıdır” mövzusunda onlayn konfrans
    4. ARİF FƏRZƏLİNİN YENİ ŞEİRLƏRİ
    5. Xalq qalib ordunun Ali Baş Komandanını izdiham ilə qarşılayır
    6. Qazi: Oğlum olsa, ona şəhid komandirimin adını qoyacam
    7. Azərbaycan xalqı Qarabağa həyatı qaytaracaqdır
    8. Masallıda 33 kiçik sututarın tikintisi başa çatıb
    9. Masallıda 868 ton çəltik tədarük olunub
    10. Azərbaycanın yaratdığı yeni reallıq – Ermənistanın kapitulyasiyası
    11. Masallıda KOB-ların sahibkarlıq biliklərinin təkmilləşdirilməsi üzrə distant təlimlər keçirilir
    12. Qarabağda əbədi yaşayacağıq
    13. Sevinirəm ki, qələbə salnaməsinin yazılmasında övladlarımın da payı var
    14. Köhnə Alvadı ərazisində taxıl əkini davam edir
    15. Masallıda Qələbə sevinci
    16. Şuşanın azad olunması və Qələbə münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətləri
    17. MASALLDA ƏMƏK BAZARI
    18. Dövlətimizin başçısı Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət etdi
    19. Masallıda pandemiya ilə bağlı görülmüş işlər
    20. MASALLIDA İSTEHLAK BAZARI
    21. Masallıda nəqliyyat
    22. MASALLIDA "QIZIL PAYIZ"
    23. Masallıda pandemiyadan zərər çəkmiş qadın sahibkarlara dəstək layihəsi
    24. Mənzillərin yanğından mühafizəsi
    25. Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib
    26. Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibə verib
    27. Masallıda taxıl əkini gündən-günə sürətlənir
    28. MASALLIDA TİKİNTİ
    29. Masallıda karantin qaydalarının pozulmasına qarşı reydlər davam edir
    30. MASALLIDA DEMOQRAFİK VƏZİYYƏT
    31. Hişkədərə ərazisində quru tütün tədarükü davam edir
    32. Əminik ki, Qarabağın tacı tezliklə işğalçılardan təmizlənəcək
    33. Prezident İlham Əliyevin Rusiyanın “İnterfaks” agentliyinə müsahibəsi
    34. Masallılı məzun Prezident təqaüdünə layiq görülüb
    35. Prezident İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibəsi
    36. Prezident İlham Əliyev xalqa müraciət edib
    37. Qızılağac ərazisində tütün əkib becərilir
    38. Prezident İlham Əliyevin ABŞ-ın “Fox News” televiziya kanalına müsahibəsi
    39. Cəbrayıl sakini: “Hiyləgər, məğlub düşmənin “sudan quru çıxmaq” cəhdi əbəsdir”
    40. Çaxırlı ərazisində yay şumu davam edir
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    All news
    «     2020    »
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    World News