• In Masally very hard-working, patriotic and true citizens of Azerbaijan live...
  • Heydar Aliyev
  • AZ
  • RU
  • » » 18 may Beynəlxalq Muzeylər günüdür

    18 may Beynəlxalq Muzeylər günüdür

    18 may Beynəlxalq Muzeylər günüdür

    Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir.
    Beynəlxalq Muzeylər Günü ICOM-un təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.
    Bu bayram qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda da geniş miqyasda qeyd edilir.
    Eramızdan əvvəl XVI əsrdə Krit, XIII-XII əsrlərdə Çin, III əsrdə Qədim Roma və Yunanıstanda estetik dəyərə malik əşyaların, əsərlərin, sənədlərin saxlandığı məkanların müasir muzeylərin sələfləri hesab olunduğunu nəzərə alaraq, ölkəmiz ərazisində qurulmuş Atropatena və Albaniya dövlətləri hökmdarlarının saraylarını da belə yerlər kimi qeyd etmək yerinə düşər. Erkən və orta əsrlərdə isə Azərbaycanda hakim sülalələr tərəfindən kolleksiyaçılıq ənənələrinə maraq güclənib, qiymətli əşyalar xəzinələrdə, saray kitabxanalarında mühafizə edilib.
    Azərbaycanın ictimai-siyasi, mədəni həyatında XIX əsrin ikinci yarısından etibarən sürətlə cərəyan edən proseslər muzey işinin təşkilinə təkan verib. İlk belə muzeylərdən biri görkəmli ədib Cəlil Məmmədquluzadənin təşəbbüsü və yaxından iştirakı ilə XIX əsrin sonlarında Naxçıvanın Nehrəm kənd məktəbində təşkil olunub.
    Ötən əsrin əvvəllərində isə Bakıda, xalq məktəbləri müdiriyyəti nəzdində Pedaqoji, həmçinin Ümumrusiya Texniki Cəmiyyətinin Bakı şöbəsi nəzdində qapalı muzeylər yaradılıb. Lakin Nehrəm kəndindəki muzey istisna olmaqla, adları qeyd edilən məkanlar çarizmin mənafeyinə uyğun fəaliyyət göstərib. Təsadüfi deyil ki, Azərbaycanda aşkar edilən qiymətli arxeoloji əşyalar Tiflis, Moskva, Peterburq muzeylərinə göndərilib. Azərbaycanda dövlət səviyyəsində 1919-cu ildə - Xalq Cümhuriyyətinin dövründə təməli qoyulmuş ilk milli muzey 1920-ci ildən Azərbaycan Dövlət Muzeyi kimi fəaliyyət göstərib.
    Sovet hakimiyyətinin ilk illərində Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Musa Nağıyev kimi Bakı milyonçularından müsadirə edilmiş qiymətli sənət əsərləri bu muzeyin eksponatları olub. H.Z.Tağıyevin mülkündə yerləşən Milli Azərbaycan Tarix Muzeyinin binasının özü də tariximizdən xəbər verən daş abidə kimi qiymətlidir. Ona görə də bu yerə bəzən “Muzey içində muzey” də deyirlər.
    Ötən əsrin 30-cu illərindən etibarən bir-birinin ardınca mahiyyətinə görə müxtəlif təmayüllü – dövlət, memorial, səyyar, ədəbiyyat, incəsənət, tarix, musiqi, qoruq, teatr muzeyləri yaradılıb. Sonrakı illərdə Azərbaycanda yeni muzeylər fəaliyyətə başlayıb.
    Təəssüf ki, neçə-neçə tarixi abidə və muzeylərimiz ötən əsrin 90-cı illərində erməni işğalçıları tərəfindən qarət olunub və dağıdılıb. İşğal olunmuş torpaqlarımızda 762 mədəniyyət abidəsi və 1431 mədəniyyət müəssisəsi qalıb. Erməni faşistləri 22 muzeyi, 4 rəsm qalereyasını tamamilə məhv ediblər.
    Canlı muzey olan və bu gün düşmən tapdağı altında qalan Şuşada 8 muzey fəaliyyət göstərib. Dövlət Qarabağ Tarixi Muzeyi, dahi bəstəkar Üzeyir Hacıbəylinin ev, vokal sənətimizin banisi Bülbülün memorial, görkəmli musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyləri, Azərbaycan Xalça Muzeyinin Şuşa filialı, görkəmli musiqiçi Qurban Pirimovun Ağdam rayonundakı xatirə, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam, Füzuli, Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri tamamilə qarət edilib. Keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək Muzeyi ermənilər tərəfindən tamamilə yerlə-yeksan olunub.
    Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olub. Ölkəmizdə muzey işinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan Ulu Öndər respublikada müvafiq şəbəkənin genişləndirilməsini, onun maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlayıb. Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Bülbül, Səməd Vurğun, Niyazi və digər nəhəng simalarının memorial-xatirə, mənzil, bölgələrdə tarix-diyarşünaslıq muzeyləri məhz ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü sayəsində yaradılıb.
    Dahi rəhbərimizin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələrlə yanaşı, muzey işi də öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Ulu Öndərin təşəbbüsü ilə 1993-cü ildə Nazirlər Kabinetində muzey işçilərinin respublika müşavirəsi keçirilib, 1994-cü ildə isə bu müşavirənin materialları əsasında “Respublikada muzey işinin vəziyyəti və onun yaxşılaşdırılması haqqında” qərar qəbul edilib. 2000-ci il martın 24-də qüvvəyə minmiş “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi əsaslarını və müvafiq münasibətləri tənzimləyir. Bu sənədə əsasən muzey - maddi mədəniyyət abidələrinin komplektləşdirilməsi, mühafizəsi, öyrənilməsi, kütləvi nümayişinin və təbliğinin həyata keçirildiyi mədəniyyət, elmi-tədqiqat müəssisəsidir.
    Ümummilli Lider tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlər bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və ölkəmizin birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir.
    “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını həyata keçirmək məqsədilə Prezident İlham Əliyevin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunan “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”na uyğun olaraq milli mədəni irsimizin qorunması dövlət əhəmiyyətli prioritet məqsəd kimi qarşıya qoyulub.
    Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində “Şirvanşahlar Sarayı Kompleksi”, Qız qalası və Qobustan Milli Tarix-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Fondun həyata keçirdiyi müxtəlif layihələr çərçivəsində Qarabağ muzeyləri haqqında məlumatlar mötəbər beynəlxalq təşkilatlara çatdırılır.
    Azərbaycan dövlətinin uğurlu mədəniyyət siyasəti nəticəsində son illər muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələri genişlənib, bu sahədə beynəlxalq əməkdaşlıq sahəsində yeni nailiyyətlər əldə edilib.
    Ümummilli Liderimizin siyasi irsinin öyrənilməsi, azərbaycançılıq məfkurəsinin formalaşdırılaraq inkişaf etdirilməsi məqsədilə yaradılan Heydər Əliyev muzeyləri isə respublikada muzey şəbəkəsinin genişləndirilməsi sahəsində mühüm hadisə kimi qiymətləndirilməlidir.
    Hazırda ölkəmizdə 200-dən çox muzey fəaliyyət göstərir və onların ekspozisiyaları azərbaycançılıq məfkurəsini uğurla təbliğ edirlər.


    Rəhim Tağıyev adına Masallı Tarix-Diyarşünaslıq muzeyi
     
    Tarix-diyarşünaslıq muzeyi 1963-cü ildən rayonun tanınmış ziyalısı Rəhim Kərim oğlu Tağıyevin şəxsi təşəbbüsü ilə ictimai əsaslarla fəaliyyətə başlamışdır. Əvvəllər muzeyin əşyaları Hişkədərə kənd orta məktəbində nümayiş etdirilmişdir. Muzey 15 il ictimai əsaslarla heç bir dövlət vəsaiti sərf edilmədən fəaliyyət göstərmiş,eksponatlara isə heç bir dövlət vəsaiti sərf olunmadan əldə edilmişdir.
    1976-cı ildə Tarix- Diyarşünaslıq muzeyi üçün bina tikilmiş,1977-ci il avqustun 13-də Nazirlər Sovetinin 283 saylı əmrinə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 16 sentyabr 1977-ci il 299 nömrəli əmrinə əsasən muzeyə dövlət statusu verilmişdir.
    1978-ci ildə Hişkədərə kəndində Masallı rayon tarix-diyarşünaslıq muzeyinin rəsmi açılışı olmuşdur
    Muzeyimizin fondunda bölgənin tarixini əks etrirən 7 mindən çox dəyərli eksponat vardır. Muzeyin fondu və kolleksiyaları nəqqaşlıq, qrafika, heykəltaraşlıq,tətbiqi incəsənət, arxeoloqiya, numizmatika,etnoqrafiya,fotoşəkillər,sənədlər bölməsindən ibarətdir.
    Muzeydə toplanan zəngin material demək olar ki, bütün tarixi mərhələləri dolğun əks etdirir. Tarixin müxtəlif dövrlərinə aid arxeoloji tapıntılar,məişət əşyaları,əmək alətləri,zinət bəzək əşyaları,silahlar,milli geyim nümunələri,tarixi sənədlər,insanların həyat tərzni və məşğuliyyətini, Masallının bu gününü və inkişaf perspektivlərini dolğun və hərtərəfli şəkildə əks etdirirlər. Muzey yarandığı gündən bu günə kimi qonaqların ürək sözləri 18 rəy kitabında cəmlənib.
    Masallı Tarix –Diyarşünaslıq muzeyi 2005-çi ilin oktyabırından Muzeyin təşəbbüskarı və yaradıcısı BVM iştirakçısı,” Əməkdar müəllim” Rəhim Kərim oğlu Tağıyevin adını daşıyır.
    Hörmətli Prezidentimiz İlham Əliyev Cənabları 2013-il sentyabırında Masallı rayon Tarix-Diyarşünaslıq muzeyin tikilməsi üçün sərəncam vermişdir.
    Respublikada muzeylərin yenidən qurulması sahəsində aparılan geniş tədbirlər nəticəsində Masallı Tarix-Diyarşünaslıq muzeyi uçun müasir tələblərə cavab verən yeni bina inşa edildi. Hişkədərə kəndində yerləşən muzeyin eksponatları 2016-cı ilin may ayından rayon mərkəzində tikilən Tarix-Diyarşünaslığın yeni binasına köçürüldü.Muzey üçün tikilmiş yeni binada Mədəniyyət və Turizm Nazirliyinin sərəncamına əsasən Toğrul Əfəndiyevin birqadasının başçılığı altında muzeyin təyinatına uyğun olaraq müasir standartlara cavab verən tərtibat işləri aparıldı. Ümumi sahəsi 1861 kvm olan muzeyin ekspozisiya zalı 2 mərtəbəni əhatə edən geniş ekspozisiya zallarından ibarətdir.Binanaın mansar hissəsində Masallı Dövlət Rəsm Qalereyası yerləşir.
    2016-ci il 3 sentyabr tarixində Hörmətli Prezidentimiz İlham Əliyev cənabları Masallıya növbəti səfəri zamanı R.Tağıyev adına Tarix-Diyarşünaslıq muzeyin açılışını etdi.

    “Yeni həyat”,
    www.yeniheyet.az
    DİGƏR XƏBƏRLƏR
    Latest News
    1. Masallı Rayon İcra Hakimiyyəti başçısından yeni təyinatlar
    2. Masallıda xüsusi karantin rejiminin sərtləşdirilməsilə bağlı rayon icra hakimiyyəti başçısının geniş tərkibdə onlayn müşavirəsi keçirilib
    3. MASALLIDA “MƏNİM POLİSİM” ADLI SOSİAL AKSİYA KEÇİRİLİB
    4. Masallı RİH başçısı növbəti onlayn qəbul keçirib
    5. Koronavirusun profilaktikası çərçivəsində Masallıda reydlər davam etdirilir
    6. Masallıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni inşa olunacaq uşaq bağçasının təməli qoyuldu
    7. MASALLIDA TAXIL BİÇİNİ BAŞA ÇATDI
    8. MASALLIDA İCRA BAŞÇISININ NÖVBƏTİ VİRTUAL QƏBULU
    9. Masallıda karantin rejiminə ciddi nəzarət olunur
    10. Dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsünü dəstəklədi
    11. MASALLININ KOLATAN KƏNDİNDƏ YOLLAR TƏMİR EDİLİR
    12. Bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir
    13. MASALLI: OPERATİV QƏRARGAH (COVİD–19)—QAYNAR XƏTT
    14. Masallıda pandemiya ilə bağlı tədbirlər davam edir
    15. Kərim Ağayev “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub - MASALLI
    16. Masallıda RİH başçısı növbəti onlayn qəbulunu keçirib
    17. Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin nəticələri
    18. Masallıda xüsusi karantin rejiminin sərtləşdirilməsilə bağlı onlayn müşavirə keçirilib
    19. MASALLI RİH BAŞÇISININ NÖVBƏTİ VİRTUAL QƏBULU
    20. MASALLIDA - Şərəfə kəndində çiyələk yığımı
    21. MASALLIDA TÜTÜN ƏKİNİ BAŞA ÇATIB
    22. Masallı RİH başçısının növbəti virtual qəbulu
    23. Masallıda xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı onlayn müşavirə keçirilib
    24. MASALLIDA TAXIL BİÇİNİ DAVAM EDİR
    25. Torpağın sinəsini bəzəyən xırmandalılar
    26. MASALLIDA BARAMA TƏDARÜKÜ DAVAM EDİR
    27. Masallıda RİH başçısı növbəti dəfə virtual qəbul keçirib
    28. Masallıda onlayn şahmat yarışı keçirilib
    29. Masallı məktəblilərinin Respublika Fənn Olimpiadalarında uğurlu nəticələri
    30. Masallı Rayon İcra Hakimiyyəti başçısının tibb işçilərinə təbriki
    31. Masallıda vətəndaşların növbəti onlayn-qəbulu
    32. MASALLI - Ərkivan və Mahmudavar ərazilərində abadlıq-quruculuq işləri
    33. Masallı Rayon İcra Hakimiyyətinin başçısı paralimpiyaçı Bəhruz Mirzəyevlə görüşüb
    34. BÖYÜK QAYIDIŞ VƏ DÖVLƏT MÜSTƏQİLLİYİNİN QORUNUB SAXLANILMASI
    35. Masallıda çəltikçiliyə maraq getdikcə artır
    36. Masallı RİH başçısı növbəti onlayn müşavirə keçirib
    37. MASALLININ TAXIL ZƏMİLƏRİNDƏ
    38. Masallı RİH başçısının növbəti virtual qəbulu
    39. TAXIL YIĞIMI ZAMANI YANĞIN TƏHLÜKƏSİZLİYİ TƏDBİRLƏRİ
    40. Yeni Azərbaycan tarixinin görkəmli siması
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Masallı turizm mərkəzinə çevrilir
    Masallı turizm mərkəzinə çevrilir
     Masallı turizm mərkəzinə çevrilir İstisuda müalicəvi turizm şəhərciyinin salınması təkcə rayonu yox, bölgəni böyük mərkəzə Ətraflı oxu
    All news
    «     2020    »
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    World News