Главная > Maraqlı > Masallıda qadınlara müasir tikiş maşınları verilib

Masallıda qadınlara müasir tikiş maşınları verilib


. Разместил: admin44





 
 "Bahar" Qadın İnkişaf Qrupuna ən müasir tikiş maşınları verildi
 
 Martın 14-də Azərbaycan Kənd Qadınları Assosiasiyası Cəmiyyəti Masallı rayonunun Çaxırlı kəndində "Bahar" Qadınlar İnkişaf qrupuna yeni tikiş maşınlarının təqdimatı keçirilmişdir.
Tədbirdə rayonun bəzi kəndlərinin ərazi nümayəndəsi və bələdiyyə sədrləri iştirak etmişlər.
Tədbiri Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Musa Qubadov açmış, dövlətimizin inkişafından, qadınlara göstərilən qayğıdan danışmış, kənddə yaradılmış "Bahar" Qadınlar İnkişaf qrupuna göstərilən qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Masallı RİH başçısı cənab Rafil Hüseynova kənd sakinləri adından minnətdarlıq bildirmişdir. O, göstərmişdir ki, "Bahar" qadınlar İnkişaf qrupu yaranandan sonra kəndimizdə səyyar qəbul keçirən Masallı RİH başçısı cənab Rafil Hüseynov daxili imkanlar hesabına onlara 3 tikiş maşını verəcəyini vəd etmişdi. Rayon rəhbəri vədinə əməl etmiş və qrupa Yaponiya istehsalı olan 3 tikiş maşını verilməsinə dəstək olmuşdur. Bu gün həmin maşınların qrupa verilməsinin təqdimatı keçirilir.
Açılış mərasimində “Cənub” Qadın İnkişaf Qrupu "Cənub çörəyi” qrupunun rəhbəri Səadət Rufullayeva, "Bahar" Qadın İnkişaf Qrupunun rəhbəri Gülbahar Əmiraslanova, QMİ-nin Cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov və başqaları çıxış edərək cənab Prezident İlham Əliyevə, Birinci vitse - prezident Mehriban xanım Əliyevaya minnətdarlıq bildirmişlər.
Masallı RİH başçısı cənab Rafil Hüseynov öz çıxışında göstərmişdir ki, 3 köhnə tikiş maşını ilə fəaliyyətə başlayan bu qrupda 12 qadının çalışması təqdirəlayiqdir. Hər kənddə birlik olsa belə qrupların yaradılması çətin deyil. Rayonun bir neçə kəndində belə qruplar fəaliyyət göstərir. Bir neçə il əvvəl fəaliyyətə başlayan "ABAD" xidmətinin məhsulları indi ölkədə razılıqla alınır. Bu, əsl ailə təsərrüfatıdır. Bütün bunlara görə biz ölkə rəhbərinə minnətdar olmalıyıq. Dövlət həmişə belə qruplara dəstək olur, onların inkişafına maraq göstərir. Çox keçməz ki, "Bahar" da öz məhsullarını təkcə kənddə yox, rayonda da satmağa nail olacaq. Biz də bu qrupa köməyimizi əsirgəməyəcəyik.
Masallı RİH başçısı tikiş maşınlarını qrupun rəhbərinə təqdim etmişdir.
Rayon rəhbəri qrupun fəaliyyətinə xeyir-dua vermiş, tədbir iştirakçılarını Novruz Bayramı münasibətilə təbrik etmiş, xoş arzularını bildirmişdir.

 
“Yeni həyat”,
www.yeniheyet.az 
Вернуться назад