• In Masally very hard-working, patriotic and true citizens of Azerbaijan live...
  • Heydar Aliyev
  • AZ
  • RU
  • » » Alimin ixtirası dəm qazından boğulma hallarına son qoyacaq

    Alimin ixtirası dəm qazından boğulma hallarına son qoyacaq

     


    Alimin ixtirası dəm qazından boğulma hallarına son qoyacaq



    Azərbaycanlı alim mənzillərdə yaranan dəm qazını atmosferin yuxarı qatlarına atan, bununla da zəhərlənmə və ölüm hallarına son qoyan sadə quruluşlu, lakin çox mühüm qurğu ixtira edib. Alimin ixtirasının digər mühüm cəhəti ondan ibarətdir ki, qurğunun fəaliyyəti üçün heç bir enerji sərf olunmur. Çünki qurğu yalnız küləyin, yaxud evdə yaranmış dəm qazının təsiri ilə fəaliyyətə başlayır və insanları ölümdən qoruyur.

    Buxarılara quraşdırılan təbii ventilyasiya qurğusunun yaranma ideyası, quruluşu və iş rejimi haqqında ixtiranın müəllifi, Azərbaycan Dövlət Aqrar Universitetinin Texniki mexanika və qrafika kafedrasının müdiri, texnika üzrə fəlsəfə doktoru Şahlar Babayev AZƏRTAC-ın bölgə müxbiri Rauf Hacıyevə məlumat verib.

    Şahlar Babayev deyib ki, bu qurğunu 2014-cü ildə Prezident İlham Əliyevin həmin ili “Sənaye ili” elan etməsi ilə əlaqədar ixtira edib. Yeni ixtira ilə otaqdakı yanmış və yanmamış qazları, eləcə də mətbəxdəki xoşagəlməz qoxunu buxarılardan çıxararaq atmosferin yuxarı qatına atmaq, habelə otaqlara dolmuş dəm qazının təsirindən zəhərlənmə və ölüm riskini aradan qaldırmaq mümkündür. 

    Şahlar Babayev qeyd edib ki, zəhərlənmənin əsas səbəblərindən biri də bacalara daxil olan və oradan dəm qazının hərəkətinə mane olan küləkdir. Bu qurğu isə külək nəticəsində işə düşür. Həm də qurğunun borusu diyircəklər üzərində yerləşdirildiyindən onun gövdəsi küləyə qarşı çevrilir və külək bacalara daxil ola bilmir. Beləliklə, hündürmərtəbəli binaların damındakı bacalara, yaxud tüstü borularına quraşdırılan yeni qurğu atmosferin üst qatındakı külək nəticəsində işə düşür və neçə-neçə ailəyə bədbəxtlik gətirən küləyin özü həmin insanların xilaskarına çevrilir.

    Bu vaxta qədər qurğunun müxtəlif forma və parametrlərinə, eləcə də iş mexanizminə görə Standartlaşdırma, Metrologiya və Patent İdarəsi tərəfindən iki patent alındığını qeyd edən alim bildirib ki, hazırda qurğunun daha da təkmilləşdirilməsi və onun böyük texnoloji imkanlara malik variantını hazırlamaq istiqamətində işlər davam etdirilir.

    Quruluşu çox sadə olan bu qurğunu hazırda bütün çilingər emalatxanalarında düzəltmək və evlərin damında yerləşdirmək mümkündür. İndi alimin əsas istəyi həmin qurğunun sənayedə kütləvi istehsalına, eləcə də müxtəlif təsərrüfatlarda, kimya laboratoriyalarında, ən əsası isə yaşayış binalarında təyinatı üzrə tətbiqinə nail olmaqdır.
    DİGƏR XƏBƏRLƏR
    Latest News
    1. Masallıda genişmiqyaslı ağacəkmə kampaniyası
    2. Masallıda könüllülərlə növbəti görüş keçirilib
    3. Masallı RİH başçısının Şıxlar ərazisində səyyar görüş-qəbulu
    4. Masallıda gənc çağırışçılarla görüş keçirilib
    5. Masallılı karateçi dünya çempionatının bürünc medalını qazanıb
    6. Masallıda Beynəlxalq Əlillər Günü qeyd edildi
    7. Masallının Viləş kəndində şəhidlərin doğum günü tədbiri keçirilib
    8. Təhsil millətin gələcəyidir
    9. “Aqrar Tədarük və Təchizat” ASC-nin rəhbərliyinin Masallıda fermerlərlə görüşü
    10. Masallıda ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib
    11. Masallı RİH başçısının Qodman ərazisində səyyar görüş-qəbulu
    12. Masallıda Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunub
    13. Masallıda Mülki Müdafiə mövzusunda müşavirə keçirilib
    14. Masallıda misgərlik sərgisi keçirilib
    15. Masallıda “Xəmsə ” milli intellektual oyunu üzrə rayon seçim turu keçirilib
    16. Masallı Rayon İcra Hakimiyyəti başçısının rayon ictimaiyyəti ilə görüşü
    17. Masallıda “Tərəqqi” medallı Əməkdar müəllim Mirqabil Hüseynovun 70 illik yubiley tədbiri keçirilib
    18. Masallıda “Gənclərin ictimai iştirakçılıqla bağlı maarifləndirilməsi” layihəsinin ikinci tədbiri keçirilib
    19. Ağcabədi, Bərdə, Ucar və Ağdam məktəbliləri Masallıda
    20. Təhsil Nazirliyinin Masallıdakı layihəsinə yekun vurulub
    21. Beyləqan, Füzuli, İmişli, Saatlı və Sabirabad məktəbliləri Masallıda
    22. Masallının 11 güləşçisi XXV respublika turnirinin mükafatını qazandı
    23. “Ölkəmizi tanıyaq!” — Qax, Şəki, Balakən və Zaqatala məktəbliləri Masallıda
    24. Səfərbərlik rəisi Masallıda vətəndaşların qəbulunu keçirib
    25. Prezident İlham Əliyev Dünya dini liderlərinin II Sammitinin açılış mərasimində iştirak edib
    26. Masallı Polisi tələbələrlə görüş keçirib
    27. Oğuz, Qəbələ, İsmayıllı, Kürdəmir və Şamaxı məktəbliləri Masallıda
    28. Masallıda çiyələk əkininə başlanılıb
    29. Masallıda V Biznes təliminə start verilib
    30. Masallı məktəbliləri Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə yola düşüblər
    31. Masallıda “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları ilə görüş keçirilib
    32. Masallı taekvondoçuları Tbilisidə keçirilən beynəlxal turnirdə 2 qızıl, 1 bürünc medal qazanıblar
    33. Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşib
    34. Masallı və Cəlilabadda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyətə başlayıb
    35. Ədliyyə nazirinin müavini Masallıda vətəndaşları qəbul edib
    36. Masallıda Dövlət Bayrağı və Konstitusiya günləri qeyd olundu
    37. “Bayrağına canım qurban, Azərbaycan!” – Masallıda tədbir
    38. Masallıda yunan-roma güləşi üzrə respublika turniri keçiriləcək
    39. Masallı RİH başçısının Masallı şəhər ərazisində səyyar görüş-qəbulu keçirilib
    40. Masallıda “Breyn rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilib
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Masallı turizm mərkəzinə çevrilir
    Masallı turizm mərkəzinə çevrilir
     Masallı turizm mərkəzinə çevrilir İstisuda müalicəvi turizm şəhərciyinin salınması təkcə rayonu yox, bölgəni böyük mərkəzə Ətraflı oxu
    All news
    «     2019    »
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    World News