• In Masally very hard-working, patriotic and true citizens of Azerbaijan live...
  • Heydar Aliyev
  • AZ
  • RU
  • » » Masallıda Mülki Müdafiə mövzusunda müşavirə keçirilib

    Masallıda Mülki Müdafiə mövzusunda müşavirə keçirilib

    Mülki müdafiənin təşkili, planlaşdırılması, əhalinin mülki müdafiə sahəsində hazırlanması və maarifləndirilməsi

    Noyabrın 26-da Masallı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası FHN-nin Cənub Regional Mərkəzi Mülki Müdafiə İdarəsinin təşkilatçılığı ilə "Masallı rayonunda mülki müdafiənin təşkili, planlaşdırılması, əhalinin mülki müdafiə sahəsində hazırlanması, maarifləndirmə işinin aparılması ilə bağlı mövcud vəziyyətin təhlili və bu sahədə yol verilmiş nöqsanların aradan qaldırılması ilə bağlı görülmüş işlərin yekunları və 2020-ci tədris ilində qarşıda duran vəzifələrin müəyyən edilməsi” mövzusunda müşavirə keçirilib.
    Yığıncaqda icra nümayəndələri, bələdiyyə sədrləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edib.
    Müşavirəni giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının birinci müavini,rayon fövqaladə hallar komissiyasının sədri Nadir Abıyev bu sahədə görülən işlər barədə ətraflı məlumat verib. Bildirib ki, bu müşavirə mülkiyyət formasından asılı olmayaraq rayonda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrdə mülki müdafiə işinin təşkili, əhalinin mülki müdafiə sahəsində hazırlanması, maarifləndirmə işinin aparılması ilə bağlı mövcud vəziyyətin təhlili və bu sahədə yol verilmiş nöqsanların aradan qaldırılması, eləcə də ehtimal olunan fövqəladə halların qarşısının alınması və ya nəticələrinin aradan qaldırılması istiqamətində birgə fəaliyyətin təşkili məqsədilə keçirilir.
    Cənub Regional Mərkəzin Mülki Müdafiə İdarəsinin rəisi, polkovnik Araz Hüseynov, Tədbirlər Planlarının planlaşdırılması şöbəsinin rəisi, kapitan Renad Nuriyev çıxış edərək bildiriblər ki, toplantının təşkilində əsas məqsəd qəza-xilasetmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zamanı FHN-in regionda fəaliyyət göstərən qurumları ilə rayonun aidiyyəti idarə, təşkilat və müəssisələri arasında qarşılıqlı fəaliyyətin mövcud vəziyyətinin öyrənilməsi, görülən işlər, problemlər və onların həlli yollarının müzakirəsidir.
    Tədbir zamanı mülki müdafiənin təşkili, planlaşdırılması, əhalinin mülki müdafiə sahəsində hazırlanması ilə bağlı məruzə edilmiş, suallar cavablandırılmışdır.
    Sonda müvafiq idarə, təşkilat və müəssisə rəhbərlərinin təklifləri dinlənilib, mərkəz rəhbərliyi tərəfindən qeyd olunan nöqsanların aradan qaldırılması istiqamətində görüləcək işlərin səmərəliliyinin artırılması üçün tövsiyələr verilib.
     
    “Yeni həyat”,
    www.yeniheyet.az
     
     
    DİGƏR XƏBƏRLƏR
    Latest News
    1. Özbəkistanın Buxara vilayətinin nümayəndə heyəti Masallıda
    2. Masallıda genişmiqyaslı ağacəkmə kampaniyası
    3. Masallıda könüllülərlə növbəti görüş keçirilib
    4. Masallı RİH başçısının Şıxlar ərazisində səyyar görüş-qəbulu
    5. Masallıda gənc çağırışçılarla görüş keçirilib
    6. Masallılı karateçi dünya çempionatının bürünc medalını qazanıb
    7. Masallıda Beynəlxalq Əlillər Günü qeyd edildi
    8. Masallının Viləş kəndində şəhidlərin doğum günü tədbiri keçirilib
    9. Təhsil millətin gələcəyidir
    10. “Aqrar Tədarük və Təchizat” ASC-nin rəhbərliyinin Masallıda fermerlərlə görüşü
    11. Masallıda ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib
    12. Masallı RİH başçısının Qodman ərazisində səyyar görüş-qəbulu
    13. Masallıda Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunub
    14. Masallıda Mülki Müdafiə mövzusunda müşavirə keçirilib
    15. Masallıda misgərlik sərgisi keçirilib
    16. Masallıda “Xəmsə ” milli intellektual oyunu üzrə rayon seçim turu keçirilib
    17. Masallı Rayon İcra Hakimiyyəti başçısının rayon ictimaiyyəti ilə görüşü
    18. Masallıda “Tərəqqi” medallı Əməkdar müəllim Mirqabil Hüseynovun 70 illik yubiley tədbiri keçirilib
    19. Masallıda “Gənclərin ictimai iştirakçılıqla bağlı maarifləndirilməsi” layihəsinin ikinci tədbiri keçirilib
    20. Ağcabədi, Bərdə, Ucar və Ağdam məktəbliləri Masallıda
    21. Təhsil Nazirliyinin Masallıdakı layihəsinə yekun vurulub
    22. Beyləqan, Füzuli, İmişli, Saatlı və Sabirabad məktəbliləri Masallıda
    23. Masallının 11 güləşçisi XXV respublika turnirinin mükafatını qazandı
    24. “Ölkəmizi tanıyaq!” — Qax, Şəki, Balakən və Zaqatala məktəbliləri Masallıda
    25. Səfərbərlik rəisi Masallıda vətəndaşların qəbulunu keçirib
    26. Prezident İlham Əliyev Dünya dini liderlərinin II Sammitinin açılış mərasimində iştirak edib
    27. Masallı Polisi tələbələrlə görüş keçirib
    28. Oğuz, Qəbələ, İsmayıllı, Kürdəmir və Şamaxı məktəbliləri Masallıda
    29. Masallıda çiyələk əkininə başlanılıb
    30. Masallıda V Biznes təliminə start verilib
    31. Masallı məktəbliləri Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə yola düşüblər
    32. Masallıda “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları ilə görüş keçirilib
    33. Masallı taekvondoçuları Tbilisidə keçirilən beynəlxal turnirdə 2 qızıl, 1 bürünc medal qazanıblar
    34. Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşib
    35. Masallı və Cəlilabadda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyətə başlayıb
    36. Ədliyyə nazirinin müavini Masallıda vətəndaşları qəbul edib
    37. Masallıda Dövlət Bayrağı və Konstitusiya günləri qeyd olundu
    38. “Bayrağına canım qurban, Azərbaycan!” – Masallıda tədbir
    39. Masallıda yunan-roma güləşi üzrə respublika turniri keçiriləcək
    40. Masallı RİH başçısının Masallı şəhər ərazisində səyyar görüş-qəbulu keçirilib
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Masallı turizm mərkəzinə çevrilir
    Masallı turizm mərkəzinə çevrilir
     Masallı turizm mərkəzinə çevrilir İstisuda müalicəvi turizm şəhərciyinin salınması təkcə rayonu yox, bölgəni böyük mərkəzə Ətraflı oxu
    All news
    «     2019    »
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    World News