• In Masally very hard-working, patriotic and true citizens of Azerbaijan live...
  • Heydar Aliyev
  • AZ
  • RU
  • » » Təsərrüfat var, inkişaf etdirilməlidir - Xırmandalıda səyyar qəbul

    Təsərrüfat var, inkişaf etdirilməlidir - Xırmandalıda səyyar qəbul


    Təsərrüfat var, inkişaf etdirilməlidir

    Xırmandalıda səyyar qəbul

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynovun Xırmandalı ərazisindəki səyyar qəbulunda əsasən təsərrüfatın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, mövcud torpaqlardan daha səmərəli istifadə edilməsi yönündə sakinlərin gördüyü işlərdən danışıldı, müraciətlər səsləndi.

    Ərəb kənd məktəbinin yaraşıqlı binasında keçirilən görüşü giriş sözü ilə açan rayon rəhbəri bildirdi ki, ərazidəki yolboyu sahələr ya əkin altındadır, ya təzə şumlanıb. Sözçü toplaşanları çıxış etməyə, təkliflər verməyə çağırdı.
    Hacıtəpə kənd məscidi dini icmasının sədri Nəcəfqulu Quliyev rayonda, ərazidə görülən işləri təqdir etdi. Ölkədə abadlıq-quruculuq, aqrar sahənin inkişafı, əhalinin həyat səviyyəsinin yüksəldilməsi tədbirlərinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirdi. Göstərdi ki, Xırmandalı ərazisindəki kəndlər təbii qazdan istifadə edir, asfalt yol var, su çəkilir. Bütün bunlara görə rayon rəhbərinə sakinlərin minnətdarlığını ifadə edən sözçü ərazidə hər qarış torpaqdan əkinçi səriştəsi ilə istifadə olunduğunu bildirdi.
    Möhübbət Qasımov, Nazim Abuşov (Xırmandalı) Həmdulla Hacıyev, Rəşid Dövlətov (Ərəb), Eyvaz Zeynalov (Hacıtəpə) kənd yolları, işıq pulu, Hacıtəpədə həkim məntəqəsinin tikilməsi barədə müraciətlər, şəxsi xahişlər səsləndirdilər.
    Qeyd edildi ki, ərazidə kənd yollarına 100 maşın çınqıl gətirilmişdir. Hacıtəpədə kənd həkim məntəqəsinin yeri müəyyən edilib, tikilməsi nəzərdə tutulub. Digər təkliflər araşdırıldı, yerinə yetirilməsi tapşırığı verildi.
    RİH başçısı Rafil Hüseynov bildirdi ki, Xırmandalı təsərrüfata qayıdıb. Ərazidə daha sərfəli sahə olan badımcan, yemiş, tütün yetişdirilir ki, bu hesaba torpağın hər hektarı maksimum gəlir gətirir.
    Ərazidə abadlıq işlərindən söhbət salan sözçü Köhə Alvadı, Kolatan, Çaxırlı bələdiyyələrinin abadlıq tədbirlərini misal gətirdi. Dedi ki, kəndin camaatı əlbir olmalıdır. Bu işdə Hacı Zahidin şəxsi nümunəsi var.
    Rayon rəhbəri diqqəti vaxtilə Muğan zonasında mövcud olan sosial gərginliyə cəlb etdi. Bu bölgəyə su çəkilişinin ölkə rəhbərinin diqqətində olduğunu bildirib, layihənin 20 kilometr məsafədə icra edildiyini, 5 kəndin ərazisində su çəkildiyini qeyd etdi.
    Ərazidə tikinti normalarının pozulması, qanunçuluğun qorunması barədə danışan natiq bildirdi ki, ağsaqqalların, ziyalıların, kənd fəallarının nüfuzundan istifadə etməklə müəyyən məsələlər həll oluna bilər. Kənddə xeyriyyə məsələlərində də, torpağın əkilib-becərilməsində də əlbirlik lazımdır. Bir qarış torpaq löhrən qalmamalıdır və bu sahədə kənd camaatının yaxşı təcrübəsi var. Rayon rəhbəri gənc nəslin təhsilini vacib məsələ kimi dəyərləndirdi, bu istiqamətdə tövsiyələr verdi.
    Natiq həmçinin toplaşanları erkən nikahlara qarşı ciddi mübarizəyə səslədi.
     
     Rəsul RZAYEV,
     Vəkil AĞAYEV (foto).
     “Yeni həyat”,
      www.Yeniheyet.az 
    DİGƏR XƏBƏRLƏR
    Latest News
    1. Masallı poçt filialının kollektivi nümunə göstərir
    2. MASALLI TƏHSİLİNDƏN ÜRƏKAÇAN XOŞ XƏBƏRLƏR
    3. Masallıda vətəndaşların növbəti onlayn qəbulu keçirilib
    4. Prezident İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib
    5. "Azərbaycan musiqi mədəniyyəti milli sərvətimizdir"
    6. Gənc xanımların cəmiyyətimizdəki rolu
    7. YAP Masallı rayon təşkilatı yüksək bal toplayan gənclərlə görüş keçirib
    8. Masallı Mənzil İstismar Sahəsi abadlıq-quruculuq işlərini davam etdirir
    9. Masallı Rayon Təhsil Şöbəsində geniş tərkibdə onlayn videomüşavirə
    10. Masallıda RİH başçının vətəndaşlarla növbəti videoqəbulu
    11. Masallıda "Bilik Günü"nə həsr olunmuş intellektual yarış keçirilib
    12. MASALLI-Səmidxan kəndindəki körpələr evi-uşaq bağçası istifadəyə verilib
    13. Masallı MKTİB təmizlik işlərini gücləndirib
    14. “Ümidim sənsən” yenə ümidləri doğrultdu
    15. Masallı park-bulvar kompleksində işlər davam edir
    16. Ərkivan qəsəbə sakini tərəfindən xeyirxah addım
    17. Masallı şəhərində abadlıq genişlənir
    18. Ərkivan qəsəbəsində abadlıq-quruculuq işləri davam edir
    19. MASALLI – Kolatan ərazisində yollar təmir edilir
    20. Masallı RİH başçısı Bilik günündə tədris müəssisələrində olub
    21. Prezident İlham Əliyevin yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciəti
    22. Masallıda vətəndaşların növbəti virtual qəbulu
    23. MASALLI - Mahmudavar kəndində əsaslı təmir edilmiş uşaq bağçasına baxış
    24. Masallıda geniş tərkibdə videkonfrans keçirilib
    25. Masallı RİH başçısı arıçının təsərrüfatı ilə maraqlanıb
    26. Masallıda vətəndaşların növbəti onlayn qəbulu keçirilib
    27. “Baba bulağı” təbiət evinin müsbət işi hamıya nümunə olmalıdır
    28. Masallının Ərkivan qəsəbəsində yolların təhlükəsizliyi ilə bağlı işlər
    29. Tüklə ərazisinin Məmmədoba kəndində yollar təmir edilir
    30. Veteranlara qayğı var
    31. Masallı təhsilində uğurlu tədris ili
    32. Gilas bağında suvarma damcı üsulu ilə həyata keçirilir
    33. Masallı şəhərində uşaq bağçasının tikintisi sürətlə davam etdirilir
    34. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şərəfə kəndində
    35. Qara gavalı yaxşı qazanc gətirən meyvədir
    36. Cəviz gəlirli və ixracyönümlüdür
    37. Masallı RİH başçısı növbəti virtual qəbulunu keçirib
    38. Masallıda karantin qaydalarının pozulmasına qarşı reydlər davam edir
    39. Masallıda bostan və tərəvəz bitkilərinin tədarükü
    40. Növbəti təlimlər Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının təzahürüdür
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    All news
    «     2020    »
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    World News