• In Masally very hard-working, patriotic and true citizens of Azerbaijan live...
  • Heydar Aliyev
  • AZ
  • RU
  • » » Dövlət-vətəndaş həmrəyliyinə töhfə: kölgədən işığa doğru

    Dövlət-vətəndaş həmrəyliyinə töhfə: kölgədən işığa doğru

    Dövlət-vətəndaş həmrəyliyinə töhfə: kölgədən işığa doğru 

    Masallı sahibkarları və işçilər üçün mühüm tövsiyələr

    Son illər ölkə iqtisadiyyatının dinamik inkişafının təmin olunması işləri ilə paralel olaraq, iqtisadi fəaliyyətin və gəlirlərin tam şəffaflaşdırılması istiqamətində ardıcıl olaraq islahatlar həyata keçirilmişdir. Bu islahatlar “kölgə” iqtisadiyyatının miqyasının əhəmiyyətli dərəcədə kiçilməsinə və rəqabət mühitinin daha da yaxşılaşmasına mühüm əsaslar yaratmışdır.
    Dövlət tərəfindən təkmil nəzarət və təşviqyönümlü mexanizmlərin geniş tətbiqi nəticəsində iqtisadi fəaliyyət sahələrində şəffaflığın ciddi şəkildə artmasına nail olunmuşdur. Bununla da ümum respublika fonunda Masallıda da dövlət-biznes münasibətləri daha sağlam əsaslar üzərində qurulmuş, bütün sahələrdə maliyyə intizamı yaxşılaşmışdır.
    Statistik məlumatlara görə, 2020-ci ilin I rübündə dövlət büdcəsinə qeyri-neft sektoru üzrə daxilolmalar 21,3% artaraq 1,4 mlrd.manatı üstələmişdir.
    Masallı rayonunda isə 2020-ci ilin I rübündə dövlət büdcəsinə qeyri-neft sektoru üzrə daxilolmalar 6,9% artaraq 84,8 mln. manatı üstələmişdir
    Buna paralel olaraq əmək haqqı fondu da ağarmışdır. 2019-cu ildə ölkə üzrə əmək müqavilələrinin sayı 153 min artmış, o cümlədən bu artımın 99 mini özəl sektorun payına düşmüşdür. Ümumilikdə son 5 rüb, yəni 2019-cu il və cari ilin birinci rübü ərzində əmək müqavilələrinin sayı 172 mindən çox artmışdır.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabinetinin təsdiq etdiyi və pandemiyanın iqtisadiyyata, sosial rifaha və məşğulluğa mənfi təsirlərinin azaldılmasına xidmət edən Tədbirlər Planının mühüm bir istiqaməti də iş yerlərinin və işçilərin əmək haqlarının qorunması, əhalinin məşğulluq imkanlarının artırılmasına yönəlib.
    Pandemiya dövründə dövlət və özəl sektorda işçilərin əsassız yerə işdən çıxarılmaması, ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanması istiqamətində məqsədyönlü işlər aparıldı. Nəticədə mövcud iş yerləri nəinki qorundu, həmçinin “Əmək müqaviləsi bildirişi” altsistemindən mayın 1-də əldə olunan məlumata əsasən, 2020-ci ilin əvvəlindən əmək müqavilələrinin sayında 105 min nəfərlik (o cümlədən özəl sektorda 94 minə yaxın) artım oldu.
    Beləliklə pandemiya dövründə muzdla işləyən 1 milyon 660 min şəxsin məşğulluğu təmin edildi və onlar işsizlik riskindən qorundu.
    Şəffaf fəaliyyət iş yerlərinin qorunmasını və dövlətin bütün güzəştlərinə tam çıxış imkanlarını təmin etdi. Dövlət tərəfindən iqtisadi sahələrə və əhaliyə nəzərdə tutulan güzəştlər təbii olaraq öz dövriyyəsini ağartmış subyektləri əhatə edir. Koronavirus pandemiyası dövründə hazırlanan Tədbirlər planı buna mühüm nümunə ola bilər. Tədbirlər planında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə zərər çəkən sahələrdə iqtisadi aktivliyin dəstəklənməsinə 900 mln. manat birbaşa kompensasiya ödənişi ayrılmışdır. Masallıda fəaliyyət göstərən sahibkarlar da kompensasiya ödənişindən yararlanmışdır.
    Bu çərçivədə muzdlu işçilərin iş yerləri qorunmuş, zərər çəkən sahibkarlara maliyyə dəstəyi göstərilmiş, onlara geniş vergi güzəştləri verilmiş, fəaliyyət sahələrinə ayrılan 1.5 mlrd. manat bank kreditlərinə dövlət zəmanəti verilmiş və faizləri subsidiya edilmişdir.
    Qeyri-formal fəaliyyət göstərənlər isə dövlətin yaratdığı imkanlardan bir çox hallarda məhrum oldu. Belə “işgüzar cəmiyyət” uzun müddət “kölgə”də olmaqla dövlət ilə əməkdaşlıq imkanlarını itirdi və nəticədə dövlət-biznes münasibətlərindən kənarda qaldı. Bu səbəbdən dövlət bütün güzəşt və stimullaşdırıcı tədbirlərini yalnız dövlətlə əməkdaşlıq edən sahibkar və vətəndaşa şamil edə bildi.
    Əlavə olaraq iqtisadiyyata mənfi təsirlər zamanı öz fəaliyyətində dürüst olan intizamlı sahibkarı və vətəndaşı qorumaq dövlət üçün daha asan oldu. Qeyri-şəffaf fəaliyyətdə olanlar isə dövlətin geniş maliyyə dəstəyinin daha böyük hissəsindən kənarda qalır.
    Bununla yanaşı,dövlətimiz hətta qeyri-formal məşğulluq sahəsində fəaliyyət göstərən və “kölgə”də olan vətəndaşlarına belə ən çətin dövrlərdə sosial dövlət mövqeyindən çıxış edərək öz dəstəyini göstərir.
    Pandemiya ilə əlaqədar tətbiq edilən xüsusi rejimli karantin dövründə qeyri-formal məşğul vətəndaşlar təbii olaraq şəffaf olmayan gəlir mənbəyini itirmiş oldular. Belə bir vəziyyət dövləti əslində çətin seçim qarşısında qoydu. Lakin ölkə başçısının humanizmi, Azərbaycan vətəndaşına diqqət və qayğısı nəticəsində hətta əvvəllər qeyri-formal sektorda çalışanların sosial müdafiəsinin də nəzərə alınması təmin edildi.
    Aprelin 17-də Prezident cənab İlham Əliyev keçirdiyi videobağlantı formatında iclasda 600 min insana iki ay ərzində hər ay 190 manat birdəfəlik vəsait verilməsini tapşırdı. “Bu kateqoriyaya aid olan insanlar aztəminatlı təbəqənin nümayəndələridir, eyni zamanda, koronavirusla bağlı işini müvəqqəti itirən və qeyri-formal məşğul insanlardır. Onların da problemlərini dövlət öz üzərinə götürür” deyə vurğulayan cənab Prezident bir daha dedi: “Baxmayaraq, mən dəfələrlə onlara müraciət etmişəm ki, qeyri-formal məşğulluğa son qoyun, çünki bu, sizin üçün problem yaradacaq. Siz işsizlikdən sığorta, işsizlik müavinəti, pensiya, tibbi sığorta ala bilməyəcəksiniz. Son vaxtlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumların fəaliyyəti nəticəsində on minlərlə yeni əmək müqaviləsi bağlanıldı. Mən ümid edirəm ki, bu ağır vəziyyətdən sonra bunu nəzərə alaraq bu gün hələ də kölgə iqtisadiyyatında çalışan insanlar da dərk edəcəklər ki, yeganə çıxış yolu kölgə iqtisadiyyatından çıxmaqdır. Sahibkarlara müraciət edirəm, qeyri-formal məşğulluğa son qoyun. İşçilərə müraciət edirəm bir daha, əmək müqaviləsi olmadan işləməyin, tələb edin. Əgər hansısa sahibkar sizinlə əmək müqaviləsi bağlamaq istəmirsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Prezident Administrasiyasına dərhal məlumat verin”.
    Beləliklə, pandemiya dövründə işsiz kimi qeydiyyata alınan 600 min vətəndaşa iki ay müddətində yaşayış minimumu həcmində (190 manat) birdəfəlik müavinətin verilməsi nəzərdə tutuldu. Halbuki, şəffaf fəaliyyət göstərməklə dövlətin bütün maliyyə yardımından faydalanmaq və daha çox sosial yardım əldə etmək olardı. Hazırki dövrədək Masallı rayonu üzrə 11398 nəfərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik müavinət verilmişdir.
    Belə ki, əmək qabiliyyətli ailə üzvünün formal sektorda işləməsi tələbi əsas şərtlərdən olan ünvanlı dövlət sosial yardım proqramının əhatə dairəsi pandemiya dövründə genişlənmiş, təkcə aprel ayında respublika üzrə əlavə 12 min ailə (50 min ailə üzvü) də bu proqrama cəlb edilmiş və hazırda 82 mindən çox ailənin 342 min üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin edilir. Eyni zamanda Masallı rayonu üzrə təkcə aprel ayında əlavə 1434 ailə (5800 ailə üzvü) də bu proqrama cəlb edilmiş və hazırda 5123 ailənin 20500 üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin edilir.
    Digər tərəfdən, ölkə üzrə pensiya, müavinət və təqaüd alan 2 milyon şəxsə, o cümlədən Masallı rayonu üzrə 43 min şəxsə ödənişlərin davamlılığı təmin edildi. Sosial ödənişlər formal sektorda işləyən şəxslər üçün sosial dayaq və sosial müdafiə rolunda çıxış edir. Qeyri-formal sektorda çalışanlar isə qeyd olunan ödənişlərdən kənarda qalır.
    Koronavirus dövrünün “acı nəticələri”ni nəzərə alaraq hər bir sahibkar və vətəndaş şəffaf fəaliyyət göstərməlidir. Dövlətin biznesdən və əhalidən gözləntisi - fəaliyyətin tam şəffaflaşdırılmasıdır.
    Şəffaflıq sahibkarın və vətəndaşın gələcəkdə baş verə bilən bütün gözlənilməz təsirlərə hazırlıqlı olmasını təmin edir. Bu üstünlüyü görməyi bacaranlar dövlət başçısı ilə həmrəylik nümayiş etdirdi.
    Koronavirus təcrübəsi beləbir həmrəyliyin olduqca vacib olduğunu bir daha təsdiq etdi.
    Ölkə başçısının qeyd etdiyi kimi, “burada təkcə dövlət orqanlarının fəaliyyəti kifayət deyil. Biznes dairələri də öz məsuliyyətini dərk etməli və əyri yola getməməli, öz fəaliyyətini kölgədən çıxarmalıdırlar...”. Əks halda, əmək müqaviləsinin və şəffaf fəaliyyətin olmaması koronavirus dövründə olduğu kimi, vətəndaş üçün yeni həyat dərsinə çevriləcək.
    Bunu nəzərə alaraq Masallı rayonunda da iqtisadi fəaliyyətdə məsuliyyət və nizam-intizama üstünlük verilməli, bu birlik post-koronavirus dövründə də davam etdirilməlidir.

    “Yeni həyat”,
    www.yeniheyet.az
    DİGƏR XƏBƏRLƏR
    Latest News
    1. Masallı Rayon İcra Hakimiyyəti başçısından yeni təyinatlar
    2. Masallıda xüsusi karantin rejiminin sərtləşdirilməsilə bağlı rayon icra hakimiyyəti başçısının geniş tərkibdə onlayn müşavirəsi keçirilib
    3. MASALLIDA “MƏNİM POLİSİM” ADLI SOSİAL AKSİYA KEÇİRİLİB
    4. Masallı RİH başçısı növbəti onlayn qəbul keçirib
    5. Koronavirusun profilaktikası çərçivəsində Masallıda reydlər davam etdirilir
    6. Masallıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni inşa olunacaq uşaq bağçasının təməli qoyuldu
    7. MASALLIDA TAXIL BİÇİNİ BAŞA ÇATDI
    8. MASALLIDA İCRA BAŞÇISININ NÖVBƏTİ VİRTUAL QƏBULU
    9. Masallıda karantin rejiminə ciddi nəzarət olunur
    10. Dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsünü dəstəklədi
    11. MASALLININ KOLATAN KƏNDİNDƏ YOLLAR TƏMİR EDİLİR
    12. Bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir
    13. MASALLI: OPERATİV QƏRARGAH (COVİD–19)—QAYNAR XƏTT
    14. Masallıda pandemiya ilə bağlı tədbirlər davam edir
    15. Kərim Ağayev “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub - MASALLI
    16. Masallıda RİH başçısı növbəti onlayn qəbulunu keçirib
    17. Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin nəticələri
    18. Masallıda xüsusi karantin rejiminin sərtləşdirilməsilə bağlı onlayn müşavirə keçirilib
    19. MASALLI RİH BAŞÇISININ NÖVBƏTİ VİRTUAL QƏBULU
    20. MASALLIDA - Şərəfə kəndində çiyələk yığımı
    21. MASALLIDA TÜTÜN ƏKİNİ BAŞA ÇATIB
    22. Masallı RİH başçısının növbəti virtual qəbulu
    23. Masallıda xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı onlayn müşavirə keçirilib
    24. MASALLIDA TAXIL BİÇİNİ DAVAM EDİR
    25. Torpağın sinəsini bəzəyən xırmandalılar
    26. MASALLIDA BARAMA TƏDARÜKÜ DAVAM EDİR
    27. Masallıda RİH başçısı növbəti dəfə virtual qəbul keçirib
    28. Masallıda onlayn şahmat yarışı keçirilib
    29. Masallı məktəblilərinin Respublika Fənn Olimpiadalarında uğurlu nəticələri
    30. Masallı Rayon İcra Hakimiyyəti başçısının tibb işçilərinə təbriki
    31. Masallıda vətəndaşların növbəti onlayn-qəbulu
    32. MASALLI - Ərkivan və Mahmudavar ərazilərində abadlıq-quruculuq işləri
    33. Masallı Rayon İcra Hakimiyyətinin başçısı paralimpiyaçı Bəhruz Mirzəyevlə görüşüb
    34. BÖYÜK QAYIDIŞ VƏ DÖVLƏT MÜSTƏQİLLİYİNİN QORUNUB SAXLANILMASI
    35. Masallıda çəltikçiliyə maraq getdikcə artır
    36. Masallı RİH başçısı növbəti onlayn müşavirə keçirib
    37. MASALLININ TAXIL ZƏMİLƏRİNDƏ
    38. Masallı RİH başçısının növbəti virtual qəbulu
    39. TAXIL YIĞIMI ZAMANI YANĞIN TƏHLÜKƏSİZLİYİ TƏDBİRLƏRİ
    40. Yeni Azərbaycan tarixinin görkəmli siması
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Masallı turizm mərkəzinə çevrilir
    Masallı turizm mərkəzinə çevrilir
     Masallı turizm mərkəzinə çevrilir İstisuda müalicəvi turizm şəhərciyinin salınması təkcə rayonu yox, bölgəni böyük mərkəzə Ətraflı oxu
    All news
    «     2020    »
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    World News