• In Masally very hard-working, patriotic and true citizens of Azerbaijan live...
  • Heydar Aliyev
  • AZ
  • RU
  • » » Masallıda çiyələk əkininə başlanılıb

    Masallıda çiyələk əkininə başlanılıb

    Masallıda çiyələk əkininə başlanılıb

    Bir neçə gündür Masallıda çiyələk əkininə başlanılıb. Rayonun Şərəfə kəndində sahələr şumlandıqdan sonra, ərazidə çiyələk şitillərinin əkilməsi üçün xüsusi kanallar çəkilib. Təsərrüfat sahibləri hər il bu sahədən kifayət qədər gəlir götürdükləri üçün çiyələk əkininə geniş yer verirlər.
    Şərəfə kəndində əsasən yerli iqlimə uyğun çiyələk sortları əkilir. Şitillər daha çox Türkiyə və İsraildən gətirilir. İlk olaraq torpağa aqrotexniki qulluq göstərilir. Sahələr gübrələndikdən sonra əkinə başlanılır. Fermer Rafət Abbasov bu mövsüm məhsuldarlığın bol olacağına əmindir: “Çiyələk sahəsini tam hazırlamışıq. Bu gün də əkinə çıxmışıq. Üç hektara yaxın sahədir və təxminən 250 minədək şitil əkiləcək. Damlama üsulunda da bu il müəyyən qədər dəyişikliklərimiz olub. Əvvəl 1-2 cərgə çəkilirdisə, indi 3 cərgə üsuluna keçmişik. Bu da yay fəslində, 40 dərəcə istilərdə suvarma sistemini tez quraşdıra bilmək üçün nəzərdə tutulub”.
    Əkində işçi qüvvəsinə tələbat yarandığından yerli sakinlərin də köməyindən istifadə olunur. Çiyələk sahəsində hazırda 15-dən çox işçi çalışır. Hətta qonşu kəndlərdən də bura işçilər cəlb edilib.
    Onlardan biri də Həmidə Nəzərovadır. “Biz qonşu kənddən gəlirik burada işləməyə. Sağ olsunlar, işləyib qazancımızı götürürük. Şitilləri əkməklə gündəlik pulumuzu alırıq. Mən özüm Boradigah qəsəbəsində yaşayıram. İstərdim ki, kəndimizdə də fermerlər belə sahələr əksinlər, biz də gedək işləyək”.
    Digər işçi Samirə Nəsirova isə bildirib ki, 10 ildir bu təsərrüfatda işləyir: “Xocavardan gəlmişik bu kəndə. Gördüyünüz kimi, bu gün əkin aparırıq. Mindən çox şitil əkmişik. Yenə də əkəcəyik. Hər gün təxminən axşam 5-də işimizi yekunlaşdırıb evə gedirik. Şükür olsun, qazancımızdan da razıyıq”.
    Rafət Abbasov illərdir bu sahədə əmək sərf edən təsərrüfatçılardandır. O, çiyələkdən yaxşı gəlir əldə etdiyini deyir. Onun sözlərinə görə, Türkiyədən gətirilən çiyələk sortu davamlılığı, uzaq məsafəyə daşınmasına görə daha əlverişli hesab olunur: “Ötənilki sortlarla fərq ondadır ki, bunun məhsuldarlığı boldur. Əkin zamanı sahələrdə 20–yə yaxın işçi çalışır. Hər fəhlə gündə minimum 3000-4000 min şitil əkir”.
    Ötən il Rafət Abbasovun çiyələk sahəsindən 70 tona yaxın məhsul toplanıb ki, bunun da 60 faizi Rusiya bazarlarına çıxarılıb. Bu il də xaricə ixrac istisna edilmir. İndi əkilən çiyələyin yığımına aprelin sonlarında başlanılacaq.

     
    AZƏRTAC.
    DİGƏR XƏBƏRLƏR
    Latest News
    1. Masallı Rayon Mənzil İstismar Sahəsi təmizlik işlərini davam etdirir
    2. Masallının Sığdaş kənd sakinindən nümunəvi addım
    3. Masallı RİH başçısı tərəfindən vətəndaşların növbəti videoqəbulu
    4. Masallıda pandemiya ilə bağlı görülmüş işlər barədə
    5. Masallıda karantin qaydalarının pozulması hallarına qarşı reydlər
    6. Masallıda təhsil işçilərinin onlayn müşavirəsi keçirilib
    7. Masallıda növbəti virtual qəbul keçirilib
    8. Masallı Rayon İcra Hakimiyyəti başçısından yeni təyinatlar
    9. MASALLIDA QADIN MOLLALARLA MAARİFLƏNDİRİCİ VİDEOMÜŞAVİRƏ KEÇİRİLİB
    10. Masallıda xüsusi karantin rejiminin sərtləşdirilməsilə bağlı rayon icra hakimiyyəti başçısının geniş tərkibdə onlayn müşavirəsi keçirilib
    11. MASALLIDA “MƏNİM POLİSİM” ADLI SOSİAL AKSİYA KEÇİRİLİB
    12. Masallı RİH başçısı növbəti onlayn qəbul keçirib
    13. Koronavirusun profilaktikası çərçivəsində Masallıda reydlər davam etdirilir
    14. Masallıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni inşa olunacaq uşaq bağçasının təməli qoyuldu
    15. Milli mətbuatımızın 145 illik yubileyi ölkəmizdə geniş qeyd olunacaq
    16. MASALLIDA TAXIL BİÇİNİ BAŞA ÇATDI
    17. MASALLIDA İCRA BAŞÇISININ NÖVBƏTİ VİRTUAL QƏBULU
    18. Masallıda karantin rejiminə ciddi nəzarət olunur
    19. Dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsünü dəstəklədi
    20. MASALLININ KOLATAN KƏNDİNDƏ YOLLAR TƏMİR EDİLİR
    21. Bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir
    22. MASALLI: OPERATİV QƏRARGAH (COVİD–19)—QAYNAR XƏTT
    23. Masallıda pandemiya ilə bağlı tədbirlər davam edir
    24. Kərim Ağayev “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub - MASALLI
    25. Masallıda RİH başçısı növbəti onlayn qəbulunu keçirib
    26. Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin nəticələri
    27. Masallıda xüsusi karantin rejiminin sərtləşdirilməsilə bağlı onlayn müşavirə keçirilib
    28. MASALLI RİH BAŞÇISININ NÖVBƏTİ VİRTUAL QƏBULU
    29. MASALLIDA - Şərəfə kəndində çiyələk yığımı
    30. MASALLIDA TÜTÜN ƏKİNİ BAŞA ÇATIB
    31. Masallı RİH başçısının növbəti virtual qəbulu
    32. Masallıda xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı onlayn müşavirə keçirilib
    33. MASALLIDA TAXIL BİÇİNİ DAVAM EDİR
    34. Torpağın sinəsini bəzəyən xırmandalılar
    35. MASALLIDA BARAMA TƏDARÜKÜ DAVAM EDİR
    36. Masallıda RİH başçısı növbəti dəfə virtual qəbul keçirib
    37. Masallıda onlayn şahmat yarışı keçirilib
    38. Masallı məktəblilərinin Respublika Fənn Olimpiadalarında uğurlu nəticələri
    39. Masallı Rayon İcra Hakimiyyəti başçısının tibb işçilərinə təbriki
    40. Masallıda vətəndaşların növbəti onlayn-qəbulu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Masallı turizm mərkəzinə çevrilir
    Masallı turizm mərkəzinə çevrilir
     Masallı turizm mərkəzinə çevrilir İstisuda müalicəvi turizm şəhərciyinin salınması təkcə rayonu yox, bölgəni böyük mərkəzə Ətraflı oxu
    All news
    «     2020    »
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    World News