Главная > İdman > Masallı taekvondoçuları Bakıdan 2 medalla geri dönüb

Masallı taekvondoçuları Bakıdan 2 medalla geri dönüb


. Разместил: admin44
Masallı taekvondoçuları Bakıdan 2 medalla geri dönüb
 
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə keçirilən Bakı şəhər açıq birinciliyinə yekun vurulub.
“26 fevral Xocalı soyqırımına” həsr olunan yarışlar üç gün (28 fevral -1 mart) davam edib.
Abşeron Olimpiya İdman Kompleksində təşkil edilən birincilikdə respublikada fəaliyyət göstərən 49 klub və bölmələrdən,  eləcə də Rusiya və Gürcüstandan 750-dək uşaq, yeniyetmə və gənc taekvondoçu iştirak edib.
“DAEDO International” taekvondo sistemi üzrə keçirilən turnirin təşkilində məqsəd bu idman növünün təbliği və inkişaf etdirilməsi, eləcə də idmançıların yarış təcrübəsinin və ustalıqlarının artırılmasıdır.
2009-2011-ci, 2006-2008–ci və 2003-2005-ci il təvəllüdlü idmançıların mübarizə apardığı yarışlarda Masallı taekvondoçuları iki medala sahib olub. Rayon gənclər və idman idarəsinin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbinin yetirmələrindən Miryunus Nəbizadə (36 kq) uşaqlar arasında üçüncü, Rahid Vəliyev (45 kq) isə gənclər arasında ikinci yerə layiq görülüb.
Mükafatçılar sırasında yer alan idmançılarımız Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin müvafiq dərəcəli diplom və medalları, xatirə hədiyyələri ilə təltif olunublar.
Məlumat üçün bildirək ki, taekvondoçuları yarışlara UGİM-nin məşqçi-müəllimi Sadiq Ağayev hazırlayıb.
 
Akif AĞAYEV,
“Yeni həyat”,
www.yeniheyet.az
Вернуться назад