Главная > İdman > Masallı taekvondoçuları Tbilisidə keçirilən beynəlxal turnirdə 2 qızıl, 1 bürünc medal qazanıblar

Masallı taekvondoçuları Tbilisidə keçirilən beynəlxal turnirdə 2 qızıl, 1 bürünc medal qazanıblar


. Разместил: admin44
Masallı taekvondoçuları Tbilisidə keçirilən beynəlxal turnirdə 2 qızıl, 1 bürünc medal qazanıblar
 
Gürcüstanın paytaxtı Tbilisi şəhərində uşaq, yeniyetmə və gənclər arasında keçirilən taekvondo idman növü üzrə "Tbilisi Open" beynəlxalq turnirinə yekun vurulub.
İki gün davam edən (9-10 noyabr) turnirdə Masallı Rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbinin yetirmələri uğurlu nəticə göstəriblər.
İdmançılarımızdan ikisi çempion adını qazanıb. Rahid Vəliyev (45 kq) gənclər, Sevda Əzizova (44 kq) yeniyetmələr arasında birinci yerə layiq görülüb.
Digər yeniyetmə taekvondoçumuz Hüseyn Sadıqlı (23 kq) isə turnirin bürünc medalına sahib olub.
Məlumat üçün bildirək ki, beynəlxalq turnirdə Estoniya, Belarus, Ukrayna və Azərbaycanı təmsil edən 450-ə yaxın taekvondoçu mükafatlar uğrunda mübarizə aparıblar.
Masallı idmançılarını yarışa məşqçi-müəllim Sadiq Ağayev hazırlayıb.
 
Akif AĞAYEV,
“Yeni həyat”,
www.yeniheyet.az
 
 
Вернуться назад