Главная > İdman > Masallıda yunan-roma güləşi üzrə respublika turniri keçiriləcək

Masallıda yunan-roma güləşi üzrə respublika turniri keçiriləcək


. Разместил: admin44
Masallıda yunan-roma güləşi üzrə respublika turniri keçiriləcək

15-17 noyabr 2019-cu il tarixdə Masallı Olimpiya İdman Kompleksində Masallı Rayon İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyası, Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Əməkdar məşqçisi, SSRİ idman ustası, tanınmış pəhləvan Nadir Yaqub oğlu Ağayevin (1935-1985) xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə yeniyetmələr arasında XXV ənənəvi respublika turniri keçiriləcək.
Yarışın keçirilməsində məqsəd yeniyetmələr arasında güləş idman növünün inkişafına və kütləviliyinə nail olmaq, perspektivli idmançıların aşkar edilməsi, idmançılar arasında dostluq əlaqələrini möhkəmləndirmək və onlara vətənə məhəbbət hisslərini aşılamaq, eləcə də Masallı güləş məktəbinin yaradıcısı Nadir Ağayevin xatirəsini yad etməkdir.
Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən keçiriləcək yarışlar AGF-nin hakimlər kollegiyası tərəfindən idarə olunacaq.
Qaliblər təşkilat komitəsi və sponsor tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
 
“Yeni həyat”,
www.yeniheyet.az
 
Вернуться назад