Главная > İdman > Masallı cüdoçusu beynəlxalq turnirdə bürünc medal qazanıb

Masallı cüdoçusu beynəlxalq turnirdə bürünc medal qazanıb


. Разместил: admin44
 

Masallı cüdoçusu beynəlxalq turnirdə bürünc medal qazanıb

   
Sumqayıt şəhərində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş cüdo üzrə yeniyetmələr arasında VII Beynəlxalq turnirə yekun vurulub.
Olimpiya İdman Kompleksində keçirilən yarışlarda Azərbaycanın 25 şəhər və rayonundan, eləcə də Rusiya, Ukrayna, Qazaxıstan və Qırğızıstandan ümumilikdə 660-a yaxın idmançı iştirak edib.
İki gün davam edən turnirdə Masallı rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin yetirmələri də birincilik uğrunda mübarizəyə qatılıblar. 57 kiloqram çəki dərəcəsində qızlar arasında mübarizə aparan cüdoçumuz Nərmin Babayeva Beynəlxalq turniri bürünc medalla başa vurub.
 
A K İ F,
“Yeni həyat”,
www.yeniheyet.az 
 


Вернуться назад