• In Masally very hard-working, patriotic and true citizens of Azerbaijan live...
  • Heydar Aliyev
  • AZ
  • RU
  • » » Masallı Rayon İcra Hakimiyyətinin başçısı paralimpiyaçı Bəhruz Mirzəyevlə görüşüb

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı paralimpiyaçı Bəhruz Mirzəyevlə görüşüb

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı paralimpiyaçı Bəhruz Mirzəyevlə görüşüb

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Viləş kəndində paralimpiyaçı Bəhruz Mirzəyevlə görüşüb.
    İcra başçısı əvvəlcə Viləş kəndində Aprel şəhidi Nurlan Əsgərlinin adını daşıyan küçənin xatirə lövhəsi önünə tər qərənfillər düzüb.
    Sonra rayon rəhbəri kənddə 31 yaşlı idmançı Bəhruz Mirzəyevlə görüşüb.
    RİH başçısı 15 İyun - Milli Qurtuluş Günü münasibətilə idmançını təbrik edib.
    Məlumat üçün bildirək ki, boccia üzrə İtaliyada keçirilən beynəlxalq səviyyəli açıq regional turnirdə (21-28 oktyabr 2018-ci il) BC 4 kateqoriyasında ölkəmizə qızıl medal qazandırmış Bəhruz Şakir oğlu Mirzəyev 8 aprel 1988-ci ildə Viləş kəndində anadan olub. Seyran Hacıyev adına Viləş kənd tam orta məktəbini bitirib. Boccia İdman Federasiyasına 2018-ci ilin martından – Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şəxsi dəstəyilə yaradılan vaxtdan qoşulub. 3 dəfə ölkə birinciliyində iştirak edən bocciaçı ikiqat Azərbaycan çempionu tituluna yiyələnib. Belarusun paytaxtı Minskdə təlim-məşqlərdə iştirak edib. İspaniyanın Madrid şəhərində keçirilən açıq regional çempionatda 12 ölkə arasında Macarıstan, İspaniya və Fransa təmsilçilərini – 20 illik təcrübəyə malik oyunçuları məğlub edib. Azərbaycanda keçirilən Türkiyənin milli komandası ilə yoldaşlıq görüşündə (28 dekabr 2017-ci il ) 3-cü yerin sahibi olub. İtaliyanın Olbiya şəhərində 15 Avropa komandası arasında təşkil olunan yarışlarda, açıq regional turnirdə Bəhruz qızıl, millimiz isə komanda yarışında bürünc medala layiq görülüb. Beləliklə, boccia üzrə Paralimpiya millimizin beynəlxalq yarışda qazandığı bu möhtəşəm zəfərlə B.Mirzəyev İtaliyada tarix yazıb.
    Tel-Əviv şəhərində keçirilən İsrail açıq çempionatında (18-23 dekabr 2018-ci il) da Bəhruz qızıl medala qazanıb.
    2018-ci ildə Bəhruz Mirzəyev boccia idman növü üzrə ilin ən yaxşı paralimpiyaçısı adına layiq görülüb.
    İdmançı ilə səmimi söhbət edən icra başçısı respublikamızın gündən-günə inkişaf etdiyini bildirərək, deyib ki, bu gün möhtərəm Prezident İlham Əliyevin ölkəmizin bütün regionlarında idman sahəsinə və idmançılara göstərdiyi diqqət və qayğı öz bəhrəsini verir. Azərbaycan gündən-günə öz uğurlarını artıraraq idman ölkəsi kimi öz adını güclü dövlətlər sırasına yazdırır.
    Şahin Məmmədov gənc Bəhruza dünya çempionu olmağı, Azərbaycan Dövlət Himnin sədaları altında Bayrağımızın daha da uca zirvədələrdə dalğalanmasını arzu edib.
    Sonra İcra hakimiyyətinin başçısı gənc idmançının təəssüratlarını dinləyib.
    Tanınmış idmançı idman sahəsinə, idmançılara, göstərilən diqqət və qayğıya görə ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevə, eləcə də rayon rəhbərliyinə öz minnətdarlığını bildirib. İdmançı qeyd edib ki, Masallı çox dəyişib, gözəlləşib. Bu gün seviniriəm ki, idmançılara belə diqqət və qayğı göstərirsiniz. Mən də çalışacağam ki, gələcəkdə ölkəmizin bayrağını daim yüksəklərə qaldırım və Azərbaycanın idman ölkəsi olduğunu bütün dünyaya bir daha sübut edim.
    Sonda rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov paralimpiyaçı Bəhruz Mirzəyevin yaşadığı evdə onun əlil atası və əlil qardaşı ilə görüşüb.

    “Yeni həyat”,
    www.yeniheyet.az

     

     

     

     

     

    DİGƏR XƏBƏRLƏR
    Latest News
    1. Masallıda Beynəlxalq Gənclər Gününə həsr olunmuş videokonfrans keçirilib
    2. MASALLIDA MAARİFLƏNDİRİCİ AKSİYA
    3. Masallıda sərt karantin rejimi ilə əlaqədar reydlər davam edir
    4. Masallı şəhərində 1 küçənin asfaltlanması yekunlaşıb, 2 küçədə işlər davam edir
    5. Masallıda yaralı əsgərlə görüş
    6. MASALLI - Çaxırlı təsərrüfatçıları əkin sahələrini daha da genişləndirirlər
    7. MASALLI - Xılda 95, 6 hektarda çəltik əkilib
    8. Masallıda şahmat və bilik yarışlarının qalibləri mükafatlandırılıb
    9. Masallı RİH başçısının növbəti videoqəbulu
    10. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    11. GƏNCLƏR BİZİM SABAHIMIZDIR
    12. MASALLIDA SƏNAYE
    13. Sərçuvarda bu il də pomidor boldur
    14. Ərkivan təsərrüfatçıları bu mövsümdə bol məhsul əldə ediblər
    15. Masallı şəhər ərazisində asfaltlanma işləri davam etdirilir
    16. Masallıda RİH başçısının sədrliyi ilə növbəti onlayn müşavirə keçirilib
    17. Masallıda meşə ərazisində baş verən yanğın söndürülüb
    18. MASALLIDA DEMOQRAFİK VƏZİYYƏT
    19. Koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur
    20. MASALLIDA BİTKİÇİLİK SAHƏSİNDƏ QAZANILAN NƏTİCƏLƏR
    21. Masallı şəhər Heydər Əliyev prospektində yaşıllaşdırma işləri
    22. Masallıda daha bir küçənin asfaltlanması yekunlaşdı
    23. Masallıda RİH başçısının növbəti videoqəbulu keçirilib
    24. BİR GÖRÜŞÜN TARİXÇƏSİ
    25. MASALLI RAYONUNUN YARADILMASINDAN 90 İL ÖTÜR
    26. Son 6 ayda Masallının iqtisadi və sosial inkişafı artmışdır
    27. MASALLI ŞƏHƏRİNİN KÜÇƏLƏRİ ASFALTLANIR
    28. Masallıda əkin sahələrinin suvarılması üçün kifayət qədər su ehtiyatı var
    29. Masallıda 49 hektarda balqabaq əkilib
    30. MASALLI – Sərçuvar və Lürən ərazilərində abadlıq işləri
    31. MASALLIDA VƏTƏNDAŞLARIN NÖVBƏTİ ONLAYN QƏBULU
    32. Masallıda bu günədək 200 ton yaş, 15,8 ton quru tütün tədarük olunub
    33. «Baba bulağı» bağının ilk nübarı
    34. Masallı şəhərinin 18 küçəsi asfaltlanacaq
    35. Masallı Rayon İcra Hakimiyyətində yeni təyinat
    36. Masallı RİH başçısı növbəti onlayn qəbul keçirib
    37. Masallıda bostan və tərəvəz bitkilərinin əkin sahəsi genişlənib
    38. Masallıda günəbaxan və noxud da yetişdirilir
    39. Masallıda Böyük Vətən müharibəsi veteranlarına ərzaq sovqatları paylanılıb
    40. Masallıda kartof yığımı başa çatır
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    All news
    «     2020    »
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    World News